Məhkəmə qərarları › İş №2(034)-474/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-474/2022

04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-474/2022 04.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi üçün üzürlü səbəbdən ötürülmüş müddət bərpa edilməklə mirasın qəbul edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi üçün üzürlü səbəbdən ötürülmüş müddət bərpa edilməklə mirasın qəbul edilməsi» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, mərhum atalarına məxsus ** ZM *** qeydiyyat nişanlı, «Mersedes Benz C200» markalı, 1999-cu il buraxılışlı, ** DN *** qeydiyyat nişanlı, «Mersedes Benz E240» markalı, 2004-cü il buraxılışlı, nəqliyyat vasitələri üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün üzürlü səbəbdən ötürülmüş müddətin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, atası 12 iyun 1952-ci il tarixdə Zəngillan rayonu, Xumarlı kəndində anadan olan atası X9 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Atalarına Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Atasının ölümündən əvvəl AC №-li 512364 X4 şəhadətnaməsi onun adına olan ** ZM *** qeydiyyat nişanlı, «Mersedes Benz C 200» markalı, 1999-cu il buraxılışlı, nəqliyyat vasitəsi faktiki olaraq atasından miras qalmışdır. Onlar bu miras barədə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə də müraciət etmişlər. Lakin oradan onlara 1072 və 1073 saylı imtina məktubu verilərək bildirilmişdir ki, onlar vərəsəliyin qəbul olunması üçün 6 aylıq müddəti ötürmüşlər. Onlar müddəti üzürlü səbəbdən ötürmüşlər. Belə ki, vərəsəliyin açılması barədə qanundan başları çıxmamışdır. Həmçinin başları atalarının yas mərasiminə qarışdığından, həmçinin onun ölümü onlara pis təsir etdiyindən bu işlə maraqlana bilməmişlər. Elə bilmişlər ki, hər bir vaxt vərəsəliyi qəbul etmək olar. Ona görə də bu müddətin buraxılması üzürlü səbəbdən olmuş və bunun nəzərə alınmasını xahiş edir. X2 əslində miras əmlakda olan paylarından onların xeyrinə imtina etməyə hazırdır. Atasından onlara qalmış miras əmlakdan təyinatı üzrə istifadə edə bilmirlər. Notariat ofisi tərəfindən imtina olunması isə onlara maneçilik törədir. Həmin nəqliyyat vasitələrindən istifadə etmədikçə məhv olmağa doğru gedir. Ona görə də onlar atalarının 1-ci dərəcəli vərəsələri kimi miras əmlak üzərində hüquqlarını tanınmasını istəyirlər. Digər vərəsələr isə buna etiraz etmirlər. Sonda ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, atası X3 il, yəni noyabr ayının 17-də vəfat etmişdir. Onlar elə bilmişlər ki, vərəsəliyi qəbul etmək üçün ərizəni 6 aydan sonra aparıb vermək lazımdır. Lakin notariusda olan zaman bilmişlər ki, artıq vərəsəliyin qəbul olunmasında gecikmişlər. Avtomobillər onlara etibarnamə ilə verilmişdir. 2024-cü ilə kimi etibarnamə var. Artıq etibarnamə verilən vaxtdan 4-5 il keçmişdir. «Mersedes Benz C200» markalı, ** DN *** qeydiyyat nişanlı avtomobil ona məxsusdur, onun istifadəsində olmaqla onun tərəfində idarə edilir. Avtomobil ona atası tərəfindən verilmişdir. Avtomobil əvvəllər onun adında olsa da, bankla bağlı problemi olduğundan, avtomobilləri sonradan atalarının adlarına keçirmişlər. Elə o vaxtdan da avtomobillər atasının adında qalmışdır. O elə bilmişdir ki, vərəsəliyi qəbul etmək üçün 6 aydan sonra ərizə verilməlidir. Avtomobili idarə edə bilmədiyi üçün məhkəmələrə düşmüşlər. Sonda ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Məhkəmədə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinin ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ünvanladıqları xx.xx.2022-ci il tarixli 1072-1073 nömrəli imtina məktubların məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 adına V-308/2022 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. AR MM 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X10 xx.xx.1978-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş doğum haqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X9 və X12 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 valideynləridirlər. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Ərizəçi1 və Əzimov X11 rayonundan məcburi köçkündürlər. İş materillarına əlavə edilmiş Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, «Mercedes Benz E240» markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9 xx.xx.2018-ci il tarixdə avtomobilin idarə olunmasını Ərizəçi2 etibar etmişdir. İş materillarına əlavə edilmiş Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, «Mercedes Benz C200» markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9 xx.xx.2015-ci il tarixdə avtomobilin idarə olunmasını Ərizəçi1 etibar etmişdir. İş materiallarında olan X4 Şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, «Mercedes Benz C200» markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı və «Mercedes Benz E240» markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibi X6r. İş materiallarına əlavə edilmiş X7 ərizəsindən görünür ki, o, «Mercedes Benz C200» markalı **-ZM-*** və «Mercedes Benz E240» markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillərdən imtina etmiş, «Mercedes Benz E240» markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi2 və «Mercedes Benz C200» markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Ərizəçi1 verilməsinə etiraz etməməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı madəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcələnin 1256-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X9 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ataları olmuşdur. Mübahisə predmeti olan «Mercedes Benz C200» markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı və «Mercedes Benz E240» markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillər X5 mülkiyyətində olmuş və həmin avtomobillərin sahibi X9 olmuşdur. X1 özünə məxsus olan «Mercedes Benz C200» markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün xx.xx.2015-ci il tarixdə oğlu Ərizəçi1 və «Mercedes Benz E240» markalı **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobili isə idarə olunması üçün xx.xx.2018-ci il tarixdə digər oğlu Ərizəçi2 etibarnamələr vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 faktiki olaraq atalarından qalmış avtomobilərlə bağlı mirası faktiki olaraq qəbul etmələri iş materiallarında olan sübutlarla tam sübuta yetmişdir. Belə ki, avtomobillər elə miras qoyanın ölümündən əvvəl də, ölmündən sonra da oğullarının istifadəsində, yəni «Mercedes Benz E240» markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil Ərizəçi2n istifadəsində, «Mercedes Benz C200» markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ərizəçi1 istifadəsində olmuşdur. Hal-hazırda da avtomobillər ərizəçilərin istifadəsindədir. Məhkəmə tələbin ərizəçilərin mirasın qəbul edilməsi üçün üzürlü səbəbdən ötürülmüş müddətin bərpa olunması hissəsində hesab edir ki, həmin hissədə ərizə təmin edilməməlidir. Belə ki, qanunvericilyin tələblərinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçilər mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti artıq ötürmüş və müddətin onlar tərəfindən üzürlü səbəbdən ötürülməsini bildirsələr də, bununla bağlı möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilərək xx.xx.2021-ci ildə vəfat etmiş X8 məxsus olan «Mercedes Benz E240» markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Ərizəçi2 tərəfindən və «Mersedes Benz C200» markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Ərizəçi1 tərəfindən mirasın faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstatasılənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin olunsun. xx.xx.2021-ci ildə vəfat etmiş X8 məxsus olan «Mercedes Benz E240» markalı **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Ərizəçi2 tərəfindən və «Mersedes Benz C200» markalı, 90-ZM 364 dövlət qeydiyyat nişanlı avtomobil üzrə Ərizəçi1 tərəfindən mirasın faktiki olataq qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar