Məhkəmə qərarları › İş №2(034)-591/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-591/2022

08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-591/2022 08.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “nikahın etibarsız sayılması haqqında” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması haqqında” iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək,onunla cavabdeh arasında Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci ildə qeydə alınmış 15 saylı nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Lakin onların el adəti ilə toyu olmamış, həmçinin iddiaçı cavabdehlə ər-arvad münasibətində olmamış, bir yerdə bir gündə ailə kimi yaşamamışlar. Bir sözlə ailə qurmaq niyyətləri olmamışdır. Cavabdeh iddiaçıdan xahiş etmişdir ki, o, ipoteka ilə mənzil götürmək istəyir və bunun üçün ona nikah lazımdır. Ona görə də o rəsmi nikaha daxil olmağı xahiş etmişdir. İddiaçı insanlıq vəzifəsini yerinə yetirmək üçün cavabdehin dediyinə etiraz etməmişdir. Ona görə də iddiaçı saxta olan nikahın etibarsız sayılmasını istəyir. Rəsmi nikahda olsalar da, heç bir vaxt bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Nikah ancaq kağız üzərində formal xarakter daşıyır. Bu nikah iddiaçının qanuni hüquqlarını və maraqlarını pozur.Tərəflərin ailəri bir-birləri ilə tanışdırlar, özlərinin isə şəxsi tanışlıqları olmamışdır. Artıq ailələr arasında münaqişə yaranımşdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, sosial evə görə iddiaçı ilə rəsmi nikaha daxil olub qeydiyaytdan keçmişlər. Ailə qurmaq məqsədləri olmamışdır. Aralarında elçilik olmamış, ailəri bir-birlərini tanımışlar. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunması xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanaraq bu barədə Zəngilan Rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 15 saylı qeyd aparılmışdır. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmişt xx.xx.2022-ci il tarixli MŞB/6-5499 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etmək barədə qərar qərar qəbul etməmişlər. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cəfərli X2 rayonundan məcburi köçkündür. İş materiallarında olan və məhkəmə tərəfindən elektron məhkəmə portalına verilmiş sorğu əsasında alınmış məlumatda Cavabdeh məcburi köçkün olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinin tələblərinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə araşdırması zamanı müəəyən edilmişdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər arasında ər-arvad münasibətində olmamış, bir ailə kimi bir yerdə yaşamamış, birgə təsərrüfat idarə etməmişlər. Tərəflərin ümumiyyətlə ailə qurmaq niyyətləri olmamışdır. Tərəflərin rəsmi nikaha daxil olmaqda məqsədləri küzəşlı ev almaq olmuşdur. Tərəflər arasında olan nikah formal xarakter daşıyır və iddiaçı saxta olan nikahın etibarsız sayılmasını istəyir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsində bağlanmış nikah bağlandığı andan etibarsız sayılmalı və akt qeydləri kitabındakı 15 saylı nikah qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci tarixdə Zəngilan rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah bağlandığı andan etibarsız sayılsın və akt qeydləri kitabındakı 15 saylı nikah qeydi ləğv edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar