Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-592/2023 06.10.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi X1 «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində müəllim vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin Azərbaycan Respublkası MPM-nin tələblərinə riayət olunmaqla verilibverilməməsi məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, hüquqi faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət edən ərizəçi əslində ərizəyə əlavə olunmuş sənədlər ilə təsdiq olunmuş faktın yenidən müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə-hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina edir. Ərizəyə əlavə edilmiş ərizəçi X2 məxsus olan əmək kitabçasının notarial təsdiq oulnmuş surətindən görünür ki, ərizəçinin xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində müəllim vəzifəsində işləməsi faktı artıq müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi Zəngilan Rayon Məhkəməsinə deyil, inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, ərizəçi X1 «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi X1 «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-592/2023
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-592/2023
06.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver