Məhkəmə qərarları › İş №2(034)-606/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-606/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-606/2022 06.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan rayonu, Bartaz kənd «Qızılqaya» kolxozundan icarəyə götürdüyü torpaq sahəsinin sənədlərinin ona aid olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2(034)-606/2022 saylı mülki işin baxılmamış saxlanmasını və sənədlərinin əslinin ona geri qaytarılmasını xahiş etmiş, maraqlı şəxsi isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, ərizəni nəzərə alıb hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar