Məhkəmə qərarları › İş №2(034)-606/2024

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-606/2024

09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-606/2024 09.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1979-cu ildən 1993-cü ilə kimi Zəngilan rayon İstehlak Cəmiyyətinin Venedli kənd mağazasında müdür-satıcı kimi işləməməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Zəngilan rayonundan məcburi köçkündür, ailəsi ilə birlikdə erməni işğalçıları rayonu işğal etdikdən sonra Bakı şəhərinə gələrək Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 12, mənzil 30-da məskunlaşmışdır.1979-cu ildən 1993-cü ilə kimi Zəngilan rayon İstehlak Cəmiyyətinin Venedli kənd mağazasında müdür satıcı işləmiş, rayonda işlədiyi dövr üçün stajının qanunla bərpa olunmasını istəyir. O, Zəngilan rayon Arxiv İdarəsinə ərizə ilə müraciət edərək rayonda işlədiyi stajla bağlı arayış almaq istədikdə ona bildirmişdirlər ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssiəsinin o cümlədən, Zəngilan rayon İstehlak Cəmiyyətinin sənədləri arxivə daxil olmamışdır. Orada işləyərkən onunla bir çox insan işləmişdir. Ona görə onunla işləyənlər 1979-cu ildən 1993-cü il tarixə kimi Zəngilan rayon İstehlak Cəmiyyətinin Venedli kənd mağazasında müdür-satıcı kimi işləməyini şahid qismində də təsdiq edə bilərlər. Ona xx.xx.2007-ci ildən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilən əmək pensiyası dayandırılmış, səbəb isə bu olmuşdur ki, ona təyin edilmiş pensiyanın qanunvericiliyin tələbləri pozulmaqla təyin edilmişdir. Hesab edir ki, 1979-cu ildən 1993-cü ilə kimi Zəngilan rayon İstehlak Cəmiyyətinin Venedli kənd mağazasında müdür-satıcı kimi işləməyi faktı müəyyən edilməlidir. İşin məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 12:00-a təyin edilmiş, ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhəkəmə iclasında iştirak edən iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 işə mahiyyəti üzrə ğbaxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar