Məhkəmə qərarları › İş №2(034)-61/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-61/2025

15.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-61/2025 15.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı “ləyaqətsiz vərəsə elan olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı “ləyaqətsiz vərəsə elan olunması”tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə mərhum bacısı X10 adına verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayon Digah qəsəbəsində yerləşən 0.14 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmiş vərəsələrindən Cavabdeh ləyaqətsiz vərəsə elan olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarış ilə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən mərhum valideynlərinə məxsus olan 0.14 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi onların (mərhum atası X15, mərhum X3, ona və mərhum bacısı X6) ümumi birgə mülkiyyətlərinə verilmişdir. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mərhum bacısı X6 həyat yoldaşı xx.xx.1982-ci il təvəllüdlü X5 miras əmlakdan düşən payı 3/2 hissədə açıq saxlanılmışdır. Hesab edir ki, Abşeron rayon 2 saylı Notariat Ofisinin gəldiyi nəticə əsassızdır. Belə ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə keçən gecə saat 02:00 radələrində mərhum bacısı X6 həyat yoldaşı Cavabdeh yaşadıqları Abşeron rayonu, Digah qəsəbəsindəki evlərinin hasarından keçərək mərhum atası X16, mərhum anası X4, mərhum bacısı X11 vəhşicəsinə qətlə yetirmiş, onu isə ağır yaralamışdır. Mərhum bacısı X1 Nicat Rizvan oğlu ilə 2006-cı ildə faktiki, xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərəl ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Cavad, xx.xx.2010-cu il təvəllüdlü Cavid adlı iki övladları anadan olmuşdur. Hadisə Cavidin anadan olmasının 40 günü axşamı baş vermişdir. Hadisədən əvvəl də mərhum bacısı Şəlalə ailəsi ilə onların evində yaşamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 281/2011 saylı, xx.xx.2011-ci il tarixli hökmü ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Mərhum valideynlərindən miras qalmış evdə o, yaşayır, mirası qəbul etmiş və mərhum bacısının uşaqları onun qəyyumluğundadır. Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2872/2024 saylı qərardadı ilə iddia ərizəsi və iddia ərizəsinə əlavə etdiyi sənədlər aidiyyat qaydalarını pozduğu üçün geri qaytarılmışdır. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianın dəqiqləşdirilməsinə dair əizə ilə məhkəməyə müraciət edərək, ərizənin “xahiş etdi” hissəsinin Cavabdeh vərəsəlikdən mərhum edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarış ilə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən iddiaçının mərhum valideynlərinə məxsus olan 0.14 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi onların (mərhum atası X15, mərhum X3, ona və mərhum bacısı X6) ümumi birgə mülkiyyətlərinə verilmişdir. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə iddiaçının mərhum bacısı X6 həyat yoldaşı xx.xx.1982-ci il təvəllüdlü X5 miras əmlakdan düşən payı 3/2 hissədə açıq saxlanılmışdır., Abşeron rayon 2 saylı Notariat Ofisinin gəldiyi nəticə əsassızdır. Belə ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə keçən gecə saat 02:00 radələrində iddiaçının mərhum bacısı X6 həyat yoldaşı Cavabdeh yaşadıqları Abşeron rayonu, Digah qəsəbəsindəki evlərinin hasarından keçərək mərhum atası X16, mərhum anası X4, mərhum bacısı X11 vəhşicəsinə qətlə yetirmiş, onu isə ağır yaralamışdır. İddiamının mərhum bacısı X1 Nicat Rizvan oğlu ilə 2006-cı ildə faktiki, xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2007-ci il təvəllüdlü Cavad, xx.xx.2010-cu il təvəllüdlü Cavid adlı iki övladları anadan olmuşdur. Hadisə Cavidin anadan olmasının 40 günü axşamı baş vermişdir. Hadisədən əvvəl də iddiaçının mərhum bacısı Şəlalə ailəsi ilə onların evində yaşamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2011 saylı, xx.xx.2011-ci il tarixli hökmü ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh vəhşicəsinə cinayət törətdiyi üçün hal-hazırda Qobustan həbsxanasındadır .Cavabdehin valideynləri uşaqları almaq üçün məhkəməyə müraciət etmiş, o da işdə iştirak edərək cavabdehi valideynlik hüququndan mərhum etmişdir. Uşağın birinə o öz övladı kimi baxır.Uşaqlar analarından qalma payları olması ilə bağlı məlumatlıdırlar. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və Qobustan həbsxanasında cəza çəkdiyindən onun məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə münasibət bildirilməsi üçün onun cəza çəkdiyi həbsxanaya iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin sürəti göndərilmiş, sənədlər cavabdeh tərəfindən qəbul edilmiş (xəbarnamə iş materiallarına əlavə edilmiş), lakin cavabdehin ona qarşı verilmiş iddiaya dair əsaslandırılmış etirazı və s.məhkəməyə daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Abşeron Rayon 2 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli, 1363 nömrəli Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəmcamınından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X8 dayısı xx.xx.1989-cu il təvəllüdlü İddiaçı qəyyumluğuna (himayəçiliyinə) verilməsi, üzərində qəyyum (himayəçi) təyin edilmiş azyaşlılar 18 yaşına çatdıqda xüsusi sərəncam olmadan qəyyumluğa (himayəçiliyə) xitam verilməsi və sərəncamın icrasına nəzarət Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini İ.Gülməmmədovaya tapşırılması qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində 0.14 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən verilən arayışdan görünür ki, torpaq üzərində mülkiyyət hüququ ümumi birgə mülkiyyət kimi İddiaçı, X12, X2 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 1298 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş V-22/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X6 vərəsələri-ünvan 1 ünvanında qeydiyyatda olan X19 və ünvan 1 ünvanında qeydiyyatda olan X20 qeyd edilmiş, onların hər biri miras əmlakdan 1/6 irs almalıdır. Mərhumun əri xx.xx.1982-ci ildə Zəngilan şəhərində anadan olmuş və ömürlük azadlıqdan məhrum edilmiş Cavabdeh miras əmlakdan düşən 2\3 hissə açıq saxlanılmış, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X13 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsindən ibarətdir.Real vaxt rejmində daşınmaz əmlakın dövlət reystrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********BX71801 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş V-21/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X2 vərəsələri -ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı qeyd edilmiş və o miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X3 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsindən mərhum X3 düşən hissəsindən (0.035 ha) torpaq sahəsindən ibarətdir.Real vaxt rejmində daşınmaz əmlakın dövlət reystrindən əldə edilmiş xx.xx.2024cü il tarixli qeydiyyat nömrəsi **********BX71801 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli , V-220/2024 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X12 vərəsəsi kimi ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı qeyd edilmiş və o miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X15 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsindən mərhum X15 düşən hissəsindən (0.035 ha) torpaq sahəsindən ibarətdir. Real vaxt rejmində daşınmaz əmlakın dövlət reystrindən əldə edilmiş xx.xx.2024cü il tarixli qeydiyyat nömrəsi **********BX71801 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş, xx.xx.2007ci il tarixdən Abşeron rayonu, Digah qəsəbə Ə/D, Digah qəsəbəsi Neftçi küçəsi, ev 34B-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-281/2011 nömrəli hökmün surətindən aydın olur ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Cavabdeh təyin olunan 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilib üzrərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər Eyni Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.14 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi iddiaçının valideynlərinə məxsus olmuş, həmin torpaq sahəsi iddiaçının mərhum atası X12, mərhum anası X3, mərhum bacısı X6 və onun ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçının atası, anası və bacısı yaşadıqları evdə bacısının həyat yoldaşı olan hazırki iş üzrə Cavabdeh tərəfindən qətlə yetrilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-281/2011 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Cavabdeh təyin olunan 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilib üzrərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılmış və hal-hazırda cavabdeh Qobustan həbsxanasında çəza çəkir. İddiaçının bacısı mərhum X6 Cavabdeh ilə rəsmi nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X19 və xx.xx.2010-cu il təvəllüdlü X20 dünyaya gəlmiş və uşaqlar Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 1363 nömrəli sərəmcamı ilə uşaqlarının dayısı olan yəni İddiaçı qəyyumluğuna (himayəçiliyinə) verilmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X6 vərəsələrixx.xx.2007-ci il təvəllüdlü X19 və xx.xx.2010-cu il təvəllüdlü X20 qeyd edilmiş,miras əmlandan onların 1\6 irs payı müəyyən edilmiş, mərhum X6 əri hazırkı iş üzrə cavabdeh olan Cavabdeh isə miras əmlakdan düşən 2\3 hissə açıq saxlanmışdır. İddiaçı mərhum bacısı ilə cavabdehin birgə nikahlarından olan uşaqların hazırda onun himayəsinə verilməsini, cavabdehin isə ömürlük azadlıqdan məhrum edilməsini nəzərə alaraq, Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh vərəsəlik hüququndan məhrum edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.2-ci maddələrinin tələbinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alıb belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə mərhum bacısı X10 adına verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayon Digah qəsəbəsində yerləşən 0.14 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmiş vərəsələrdən Cavabdeh vərəsəlik hüququndan məhrum edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü il tarixdə mərhum X10 adına verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayon Digah qəsəbəsində yerləşən 0.14 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmiş vərəsələrdən Cavabdeh vərəsəlik hüququndan mərhum edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar