Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-617/2022 18.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümyəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyintı üzrə Mərkəzi Filialına qarşı "əmək sitajının (sosial sığota stajının) mövcud olması faktının müəyyən edilməsi" barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyintı üzrə Mərkəzi Filialına qarşı "əmək sitajının (sosial sığota stajının) mövcud olması faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1994cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləmişdir. Lakin o, təqaüdə çıxarkən həmin illər, yəni Zəngilan rayon Şəfibəyli kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından həmin illər sosial sığorta stajına daxil ediiməmişdlr. Ona görə də o, başqa müəllimlərə nisbətdə az məbləğdə təqaüd alır. Bu da isə onun hüquqlarının pozulmasıdır. Azərbayan Respublikasının Konstitusiyasının 25-ci maddəsində də göstərilmişdir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. O, orada işləyərkən onunla bir çox iş yoldaşları da işləmişdir. Həmin şəxslər onun xx.xx.1981 -ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllim işləməsini şahid qismində də təsdiq edə bilərlər. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına da müraciət etmiş, lakin onlar ona şifahi imtina edərək rəsmi qaydada məktub vermişlər. O, hətta İnzibati Məhkəməyə də müraciət etmiş, orda iddiası təmin olunmamış, bununla bağlı hüquqi fakt təsdiq olunmamışdır. Ona görə də o, faktın təsdiq olunması üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İş üzrə maraqlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyintı üzrə Mərkəzi Filialı ərizənin baxılmamış saxlanması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi "iş stajı faktının müəyyən edilməsi" tələbinə dair 2(034)-617/2022 nömrəli iş üzrə ərizənin baxılmamış saxlanmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir.Belə ki, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi ərizəsində xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsi faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, məhkəmənin icraatında olan 2(034)-61712022 saylı iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11,1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə’’ Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə əsasən, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Həmin qərarın, 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin əmək kitabçasında xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsi faktına dair qeydlər mövcuddur. Həmçinin ərizəçi məhkəməyə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Təhsil Nazirliyi Zəngilan Rayon Təhsil şöbəsinin arayışını təqdim etmişdir.Məhz həmin dövrə dair əmək kitabçasında qeydlər və arayışın mövcud olması həmin faktın hüquqi əhəmiyyətini və nəticədə məhkəmə qaydasında müəyyən edilməsini istisna edir.Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, 1981-1994-cü illər üzrə iddiaçıya aid sənədlərin təqdim edilməməsi, əmək haqlarının tam qeyd edilməməsi, həmin dövrlərdə ərizəçinin işləməsi faktına dair şübhələrin mövcud olması, həmin mötəbərliyə hüquqi qiymət verilməsi inzibati məhkəmənin vurisdiksiyasına aiddir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümyəndəsi Nümayəndə bildirmişdir ki, əgər hüquq haqqında mübahisə varsa işə inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü ki, hüquqi əhəmiyyətli faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada müəyyən edilməsinin mümkünsüzlüyü qanunverici tərəfindən zəruri şərt hesab edilmişdir. İş materiallarında olan və ərizəçi tərəfindən təqdim edilmiş ona məxsus olan əmək kitabçasının surətində görünür ki, ərizəçinin xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsi faktına dair qeydlər aparılmışdır. İş materiallarına əlavə edilmiş Zəngilan rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 49(01)-01-81/13 nömrəli arayışından görünür ki, Ərizəçi həqiqətəndən xx.xx.19981-ci il tarxdən 29 oktyabr 1993-cü ilə kimi yəni Zəngilan rayonu işğal edilənədək Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində müəllim vəzifəsində işləmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi mübahisənin həlli ilə bağlı inzibati icraat qaydasında məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyintı üzrə Mərkəzi Filialına qarşı "əmək sitajının (sosial sığota stajının) mövcud olması faktının müəyyən edilməsi" barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-617/2022
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-617/2022
18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver