Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-638/2022 30.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi Maraqlı şəxsnə qarşı «pensiyanın artırılması tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı «pensiyanın artırılması tələbinə dair» ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddiaçı tərəfindən ərizənin formasına və məzmununa əməl edilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1.-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Prossesual normaların tələbindən müəyyən olunur ki, qanunverici iddia ərizəsinin forma və məzmununu müəyyən edən qanun qəbul etməklə onu adi ərizələrdən fərqləndirmiş, iddia ərizəsinin forma və muzmununa riayət etməyi, məhkəmənin deyil, iddiaçının üzərinə vəzifə olaraq qoymuşdur. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək öz dəlillərini əsaslandırdığı hallara dair lazımı sənədləri ərizəyə əlavə etməməklə yanaşı Azərbaycan Respublikası MPM-nin 149 maddəsində nəzərdə tutulmuş iddia ərizəsinin formasına və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Hesab edirəm ki, ərizədə göstərilən nöqsan aradan qaldırılmadan iddia ərizəsinin icraata qəbul edilməsi qeyri-mümkündür Azərbaycan Respublikası MPM-nin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı «pensiyanın artırılması tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənqədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı «pensiyanın artırılması tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-638/2022
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-638/2022
30.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver