Məhkəmə qərarları › İş №2(034)-675/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-675/2022

21.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-675/2022 21.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iş stajının bərpasına dair» iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iş stajının bərpasına dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsinə və iş stajının bərpasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, iddiaçı ilk növbədə iş stajının bərpa edilməsi və əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etdikdən sonra, tərəfindən xahişinin təmin edilməsindən imtina olunduğu halda inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməlidir. İddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 1975-ci il tarixindən 1977-ci il tarixə kimi hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə kimi Füzili rayon tikinti idarəsində fəhlə işləmiş, xx.xx.1978-ci il tarixindən 1993-cü ilə kimi Azərbaycan Dəmir Yolları Zəngilan rayonu üzrə 3 №-li Qarışıq malları ticarəti mağazasında əmək fəaliyyətini davam etdirmişdir. Zəngilan rayonu üzrə 68 №-li qarışıq ticarəti mağazası Azərbaycan Dəmir Yolları Naxçıvan fəhlə tədcizatı idarəsinə tabe olmuş və bu idarə 2003-cü ilə kimi öz fəaliyyətini davam etdirdiyindən o faktiki olaraq bu idarənin işçisi hesab edilmiş və hal onun Əmək kitabçasında öz rəsmi təsdiqini tapıbmıdır. Yaşa görə ona əmək pensiyasının təyin edilməsi məqsədi ilə əmək kitabçasını Sosial Müdafiə Fonduna təqdim etmiş və cavabdeh təşkilat isə bundan imtina edərək, Ərizəçi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Həmçinin iddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ da izah edilmişdir. Ümumi məhkəmələr tərəfindən baxılan işlərin məhkəmə aidiyyatı məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 25-ci maddəsi ilə tənzimlənir. Belə olan halda hesab edirəm ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iş stajının bərpa edilməsi və əmək pensiyasnın təyin edilməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iş stajının bərpa edilməsi və əmək pensiyasnın təyin edilməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar