Məhkəmə qərarları › İş №2(034)-684/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-684/2022

31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-684/2022 31.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun N saylı hərbi hissədən təxris olunmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, hüquqi əhəmiyyətli faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada müəyyən edilməsinin mümkünsüzlüyü qanunverici tərəfindən zəruri şərt hesab edilmişdir. Ərizənin məzmunundan aydın olur ki, ərizəçi N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə hərbi hissəyə qəbul edilmiş və 1993-cü ilin dekabr ayı da daxil olmaqla xidmət keçmiş, bu da Müdafiə Nazirliyinin xx.xx.1999-cu il tarixli 26/2- 1894 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Həmin dövrdə xx.xx.1992-ci ildən xx.xx.1993cü ilə qədər N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş, bu hal ona məxsus hərbi biletin 6 və 7-ci vərəqlərində öz təsdiqini tapmışdır. Belə ki, ona məxsus hərbi biletin 23-cü səhifəsində Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən açıq şəkildə qeyd edilmişdir ki, tərxis sənədləri işğal altında qaldığı üçün hərbi biletin 6 və 7-ci səhifələrinə aparılan düzəlişlər etibarlı sayılmış, lakin sənədlər işğal zonasında qaldığı üçün onun hərbi xidmətdən qanunamüvafiq qaydada tərxis olunması ilə bağlı sənədlərini təqdim edə bilmir. Zəngilan rayon hərbi komissarı tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli № 184 saylı arayışından göründüyü kimi, ərizəçi xx.xx.1992-xx.xx.1993-cü il tarıxdə AP SQ-nin tərkibində Pespublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Hesab edirəm ki, ərizəçi ərizəsində qeyd etdiyi məsələlərlə bağlı ilk növbədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qurumlarına müraciət etdikdən sonra, tərəfindən xahişinin təmin edilməsindən imtina olunduğu təqdirdə inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar