Məhkəmə qərarları › İş №2(034)-709/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-709/2021

23.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-709/2021 23.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi və onun vəkili X8, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dost Mərkəzinin Zəngilan rayon şöbəsinə qarşı «əmək münasibətlərində olma faktının təsdiq edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dost Mərkəzinin Zəngilan rayon şöbəsinə qarşı «əmək münasibətlərində olma faktının təsdiq edilməsi» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun 1973-cü ilin iyul ayından 1974-cü ilin noyabr ayınadək olan müddət ərzində Zəngilan rayonu «Kalinin» adına sovxozda çilingər, 17 fevral 1977-ci il tarixdən 28 oktyabr 1993-cü il tarixədək olan müddət ərzində Zəngilan rayon 33 saylı Səyyar Mexanikləşdirmə dəstəsində kran sürücüsü işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx xxxx 1956-cı il tarixdə Zəngilan rayonu Malatkeşin kəndində anadan olmuş, 1993-cü ilin oktyabr ayının 28-də rayonun ermənilər tərəfindən işğal edilməsi ilə əlaqədar Zəngilan rayonunu tərk etmək məcburiyyətində qalmışdır. Rayonu tərk edərkən əmək kitabçasını götürmək mümkün olmamışdır. Yaşa görə pensiya yaşına çatdığı üçün işlədiyi müddətin təsdiq edilməsi zərurəti yaranmışdır. Onun işlədiyi qurumlar hal-hazırda fəaliyyət göstərmir. Eyni zamanda əmək kitabçasını bərpa etmək mümkün olmamışdır. O, 1973-cü ilin iyul ayından 1974-cü ilin noyabr ayınadək olan müddət ərzində Zəngilan rayonu “Kalinin” adına sovxozda çilingər işləmişdir. 15 noyabr 1974-cü il tarixdə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. 20 dekabr 1976-cı il tarixdə həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. 17 fevral 1977-ci il tarixdə 33 saylı X3 avtokran sürücüsü işinə qəbul edilmişdir. 28 oktyabr 1993-cü il tarixdə Zəngilan rayonunun işğalı ilə əlaqədar işdən azad edilmişdir. Hal-hazırda yaşı 65 olduğu üçün pensiyaya çıxmışdır. Lakin, ona pensiya deyil, sosial müavinət verilməkdədir. Çünki qanunun tələblərinə əsasən onun 2006-cı ilədək 25 il 6 ay müddətinə sosial sığorta stajı olmalıdır. Qeyd etdiyi müddətlərdə işlədiyi müddətləri hesabladıqda onun 2006-cı ilədək 25 il 6 aylıq sosial sığorta stajı tamam olmuşdur. Ona görə də Zəngilan rayon 33 saylı SMD-də işlədiyi müddətin təsdiq edilməsi zərurəti yaranmışdır. Onun qeyd edilən müddət ərzində Zəngilan rayonu “Kalinin” sovxozunda və 33 saylı SMD-də onunla işləyən şəxslər təsdiq edə bilər. Belə ki, onunla işləyən şəxslərin bir çoxu əmək kitabçasını özü ilə gətirmişdir. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Qanuni nümayəndə ərizəni qəbul etməyərək izahatında bildirmişdir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. K.S.Kərimov ərizəsində 1973-cü ilin iyul ayından 1974-cü ilin noyabr ayınadək Zəngilan rayon “Kalinin” sovxozunda çilingər vəzifəsində çalışdığını, 1974-1976cı il tarixlərdə Hərbi xidmətdə olduğunu qeyd etmişdir. Habelə, ərizəçi 17 fevral 1977-ci il tarixdən 28 oktyabr Zəngilan rayonun işğal edildiyi tarixədək olan müddət ərzində 33 saylı X6 avtokran sürücüsü kimi fəaliyyət göstərdiyini, lakin bu faktları təsdiq edən sənədlərin işğal bölgəsində qaldığını qeyd etmişdir. Həmin faktları təsdiq edən hər hansı bir sənəd olmamasını əsas gətirərək məhkəməyə müraciət etmişdir. Sonda maraqlı şəxsin nümayəndəsi məhkəmədən Ərizəçi sosial sığorta stajının müəyyən edilməsinə dair ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddəndir və eyni iş yerində işləmişlər. O,1972-ci ildə orta məktəbi qutardıqdan sonra universitetə getmiş, lakin universitet alınmadığı üçün qayıdaraq Kalinin adına sovxozda çilingər kimi işə başlamışdır. Kolxozda işlədiyi vaxtı Kərimdə orada işləmişdir. Daha sonra onları peşə məktəbinə göndərmişlər. Sonra isə 1977-ci ildə PMK-da ZiL-133 avtomobilində sürücü kimi çalışmışdır. Həmin vaxtlar Kənd Təsərüfatı Nazirliyinin Trestı olmuşdur və həmin trestə aid olan PMK-lar, yəni X4 bir yerdə, bir ərazidə fəaliyyət göstərmişlər. Zəngilan rayonu 33 saylı Səyyar Mexanikləşdirmə dəstəsi də orada olmuşdur. 1977-ci ildə o, işə başladıqda Kərim artıq 33 saylı Səyyar Mexanikləşdirmə dəstəsində avtokran sürücüsü kimi işləmişdir.Onlar bir yerdə1993-cü ilə kimi işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ərizəçini tanıyır. Belə ki, onunla birlikdə işləmişlər. Ərizəçi ilə birlikdə çayın kənarında bənd salmışlar. 33 saylı səyyar mexanikləşdirmə dəstəsində işləmişlər. O, buldozerdə, kranda işləmiş, ərizəçi isə ancaq kranda işləmişdir. Ərizəçi onunla eyni işi görmüşdür. O, 1975- ci ildə işə başlamış, ərizəçi isə ondan sonra işə gəlmişdir. Qaçqın dünəşədək Kərim ilə birlikdə 33 saylı səyyar mexanikləşdirmə dəstəsində işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsinə bildirmişdir ki, Zəngilan rayonu 33 saylı Səyyar Mexanikləşdirmə dəstəsində Kərim ilə birlikdə işləmişlər. O, 1977ci ildə işə daxil olmuşdur. 1993-cü ilə kimi həmin yerdə müxtəlif vəzifələrdə işləmişdir. O, işə başlayanda Kərim artıq kran sürücüsü kimi işləmişdir. Həmin vaxtlar işdən tez çıxdığına görə kadrlar şöbəsindən əmək kitabçasını almışdır. Lakin işçilərin çoxusunun əmək kitabçaları işğal zonasında galmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Kərimi rayondan tanıyır. Həmçinin birlikdə Kalinin kolxozunda işləmişlər. Məktəbi qurtarandan sonra öz kəndlərində Kalinin kolxozunda işləmişdir. 1973-1974-cü illərdə işə başlamışdır və qaçqınlıq düşənə kimi həmin kolxozda işləmişdir. Kərim isə əsgərlikdən gələndən sonra 33 saylı Səyyar Mexanikləşdirmə dəstəsində işləmişdir. Kərim kran sürücüsü işləmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Zəngilan rayon Dövlət Arxivinin 16 nömrəli 03.09.2021-ci il tarixli arayışından görünür ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən, Zəngilan rayon 33 sayılı X2 sənədləri arxivə daxil olmamışdır. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 27 nömrəli, 15.07.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yerləşən yaşayış binasının 85-ci mənzilində qeydiyyatsız yaşayır. İş materiallarında əlavə edilmiş Xətai Rabitə Tikinti Açıq Səhmdar Cəmiyyətinin 03 nömrəli, 05.11.2021-ci il tarixli arayışdan aydın olur ki, Ərizəçi 03.01.1994-cü il tarixdən 3 saylı TQİ «Azərrabitəinşaat» LTB-yə avtokran sürücüsü peşəsi üzrə işə qəbul edilmiş və 31.12.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və Ərizəçi məxsus olan əmək kitabçasının surətindən görünür ki, o, 03.01.1994-cü ildən 31.12.1998-ci ilə kimi 3 saylı TQİ «Azərrabitəinşaat» LTB-yə avtokran sürücüsü kimi işə qəbul edilmiş, 1998-ci ildə öz ərizəsi əsasında işdən azad edilmiş, 25.11.2019-cu ildə isə "xxxx" Mənzil Tikinti Kooperativiendə avtomoil kran maşinisti vəzifəsinə qəbul edilmiş, 14.02.2020-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi filialının Ərizəçi ünvananmış 21.12.2021-ci il tarixli **********4 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatın verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə is il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pens 55 yaş müəyyən edilmişdir.Qeyd edilən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta sta pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər ; dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər c məcmusudur.Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən 01,09.1970-ci il tarixindən 25.07.1973-cü il tarixinədək əyani təhsil dövrü, 08.11.19 tarixindən 29.11.1976cı il tarixinədək hərbi xidmət dövrü, eyni zamanda kitabçada qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 5 il 2 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır.Eyni zamanda bildirilir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixinədək 4 il 11 ay sığorta stajına uyğun olaraq 3778,59, 01.12.2019-cu il tarixindən 01,03.2020-ci il tarixinədək 76,58 manat olmaqla, ümumilikdə 3855,17 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır. 01.01,2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.Qeyd olunanları nəzərə alaraq, yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək kitabçasının surətində qeyd edilmiş 03.01.1994-cü il tarixindən 31.12.1998-ci il tarixinədək 3№-li Azərrabitə inşaatdakı əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Sözügedən araşdırmanın nəticəsindən asılı olaraq, qeyd olunan dövrlərin sığorta stajına əlavə edilməsinə baxılacaqdır.“Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 3.2.1 -ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.Ərizədə qeyd edilən 17.02.1977-ci il tarixindən 31.10.1993-cü il tarixinədək əmək fəaliyyəti barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 1 saylı Bakı “DOST” Mərkəzinə təqdim etdikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona15.03.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.“inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 127-ci maddəsinin 4-cü bəndində göstərildiyi kimi ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət soial sığorta haqları ödəmək şərti ilə)və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mükün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, ərizəçi xx xxxx 1956-cı il tarixdə Zəngilan rayonu Malatkeşin kəndində anadan olmuş, 1993-cü ilin oktyabr ayının 28-də rayonun ermənilər tərəfindən işğal edilməsi ilə əlaqədar Zəngilan rayonunu tərk etmək məcburiyyətində qalmış və rayonu tərk edərkən əmək kitabçasını götürmək mümkün olmamışdır. Ərizəçinin yaşa görə pensiya yaşına çatdığı üçün işlədiyi müddətin təsdiq edilməsi zərurəti yaranmışdır, lakin onun işlədiyi qurumlar hal-hazırda fəaliyyət göstərmir və əmək kitabçasını bərpa etmək mümkün olmamışdır. Ərizəçi 1973-cü ilin iyul ayından 1974-cü ilin noyabr ayınadək olan müddət ərzində Zəngilan rayonu “Kalinin” adına sovxozda çilingər işləmiş, 15 noyabr 1974-cü il tarixdə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. 20 dekabr 1976-cı il tarixdə həqiqi hərbi xidmətdən təxris olunmuşdur. 17 fevral 1977-ci il tarixdə 33 saylı X3 avtokran sürücüsü işinə qəbul edilmişdir. 28 oktyabr 1993-cü il tarixdə Zəngilan rayonunun işğalı ilə əlaqədar işdən azad edilmişdir. Hal-hazırda yaşı 65 olduğu üçün pensiyaya çıxmış, lakin, ona pensiya deyil, sosial müavinət verilməkdədir. Çünki qanunun tələblərinə əsasən onun 2006-cı ilədək 25 il 6 ay müddətinə sosial sığorta stajı olmalıdır. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, ərizəçinin işlədiyi müddətləri hesabladıqda onun 2006-cı ilədək 25 il 6 aylıq sosial sığorta stajı tamam olmuşdur. Beləliklə də, Ərizəçi 1973-cü ilin iyul ayından 1974-cü ilin noyabr ayınadək olan müddət ərzində Zəngilan rayonu «Kalinin» adına sovxozda çilingər, 17 fevral 1977-ci il tarixdən 28 oktyabr 1993-cü il tarixədək olan müddət ərzində Zəngilan rayon 33 saylı Səyyar Mexanikləşdirmə dəstəsində kran sürücüsü işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən Ərizəçi 1973-cü ilin iyul ayından 1974-cü ilin noyabr ayınadək olan müddət ərzində Zəngilan rayonu «Kalinin» adına sovxozda çilingər, 17 fevral 1977-ci il tarixdən 28 oktyabr 1993-cü il tarixədək olan müddət ərzində Zəngilan rayon 33 saylı Səyyar Mexanikləşdirmə dəstəsində kran sürücüsü işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab edir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 308, 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Ərizəçi 1973-cü ilin iyul ayından 1974-cü ilin noyabr ayınadək olan müddət ərzində Zəngilan rayonu «Kalinin» adına sovxozda çilingər, 17 fevral 1977-ci il tarixdən 28 oktyabr 1993-cü il tarixədək olan müddət ərzində Zəngilan rayon 33 saylı Səyyar Mexanikləşdirmə dəstəsində kran sürücüsü işləməsi faktı müəyyən olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar