Məhkəmə qərarları › İş №2(034)-73/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-73/2025

10.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-73/2025 10.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi“ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi“ tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun 1981-ci il tarixdən 1991-ci il tarixə kimi Zəngilan rayonu Rəzdərə kənd orta məktəbində oxumasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1974-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, 1981-ci ildə Zəngilan rayonu Rəzdərə kəndində orta məktəbə getmiş və 1991-ci ildə Zəngilan rayonu Rəzdərə kənd orta məktəbini bitirmişdir. Məktəbdə 11 il oxumuşdur. Onlar sinifdə 24 uşaq olmuşlar. Sinif yoldaşları olan Rəsmiyyə və Xanoğlan ilə bir sinifdə oxumuşdur. Məlum hadisələrlə əlaqədar olaraq doğulub böyüdüyü və təhsil aldığı yerdən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışdır. Zəngilan rayonu işğal olunandan sonra bütün sənədləri, o, cümlədən orta təhsil haqqında attestatı da rayonda qalmışdır. Sənədləri özü ilə gətirə bilməmişdir. Orta təhsil haqqında attestatın dublikatının ona verilməsi üçün ilk olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, ordan isə onu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsinə göndərmişlər. X8 Təhsil İdarəsində ərizəsinə baxılmış və ərizəsinə cavab olaraq, 1993-cü ildə Zəngilan rayonunun işğalı ilə əlaqədar olaraq, arxiv sənədləri, elecə də, Rəzdərə kənd orta məktəbində mövcud olan təhsil haqqında sənədlər Bakı şəhərinə gətirilmədiyi üçün tərəflərindən dublikat attestatın verilməsinin mümkün olmaması bildirilmişdir. Onun Zəngilan rayon Rəzdərə kənd məktəbində təhsil almasını sinif yoldaşları olan X6 və X1 ilə yanaşı onlara idman dərsini tədris edən müəllimi X3 da təsdiq edə bilərlər. Orta təhsil haqqında ona sənəd lazımdır. Çünki hara işlə bağlı müraciət etmişdirsə, ondan orta təhsil haqqında sənəd tələb edirlər. O, orta təhsil haqqında sənədi başqa cür ala bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx xxxx 1974-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, 1981-ci ildə Zəngilan rayonu Rəzdərə kəndində orta məktəbə getmiş və 1991-ci ildə Zəngilan rayonu Rəzdərə kənd orta məktəbini bitirmişdir. Məktəbdə 11 il oxumuşdur. Onlar sinifdə 24 uşaq olmuşlar. Sinif yoldaşları olan Rəsmiyyə və Xanoğlan ilə bir sinifdə oxumuşdur. Məlum hadisələrlə əlaqədar olaraq doğulub böyüdüyü və təhsil aldığı yerdən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışdır. Zəngilan rayonu işğal olunandan sonra bütün sənədləri, o, cümlədən orta təhsil haqqında attestatı da rayonda qalmışdır. Sənədləri özü ilə gətirə bilməmişdir. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndələri məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi ilə heç bir qohumluq əlaqələri yoxdur. Ərizəçi şagirdi olmuşdur. 1973-cü ildən Zəngilan rayonunda Rəzdərə kənd orta məktəbində işləmişdir. O, Rəzdərə kənd orta məktəbində həm hərbi rəhbər, həm də bədən tərbiyə müəllimi işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi əmisi qızıdır və bir sinifdə oxumuşlar. Abuzər ilə 1981-ci ildən 1991-ci ilə kimi Zəngilan rayonu, Rəzdərə kənd orta məktəbində oxumuşlar. Məhəmməd müəllim onlara bədən tərbiyəsi fənnindən dərs demişdir. Sinifdə 24 uşaq olmuşlar. Ərizəçinin attestatı olmuş, lakin qaçqınlıq dövründə rayonda qaldığı üçün gətirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ərizəçi ilə heç bir qohumluq əlaqələri yoxdur, bir sinifdə oxumuşlar. Ərizəçi sinif yoldaşı olmuşdur. Abuzər ilə 1981-ci ildən 1991-ci ilə kimi Zəngilan rayonu, Rəzdərə kənd orta məktəbində oxumuşlar. Məhəmməd müəllim onlara bədən tərbiyəsi fənnindən dərs demişdir. Ərizəçinin attestatı olmuş, lakin qaçqınlıq dövründə rayonda qaldığı üçün gətirə bilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.20224-cü il tarixli 3-29-33/2-Z-92 -4/2024 nömrəli məktubundan görünür ki, 1993-cü ildə Zəngilan rayonunun işğalı ilə əlaqədar olaraq arxiv sənədləri, eləcə də Rəzdərə kənd orta məktəbində mövcud olan təhsil haqqında sənədlər Bakı şəhərinə gətirilmədiyi üçün İdarə tərəfindən dublikat attesttatın verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-29/2-Z-3635-4/2005 nömrəli məktubdan görünür ki, 1991-ci ilə dair Zəngilan rayon məktəbləri barədə məlumatlar Elm və Təhsil Nazirliyinin Arxiv Fondunda aşkar olunmadığından arayışın verilməsi imkanı xaricindəndir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş və şahid X2 məxsus olan əmək kitabçasının surətndən görünür ki, X3 xx.xx.1973-cü ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Rəzdərə kənd orta məktəbinə hərbi rəhbər təyin edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, ərizəçi xx.xx.1974-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, 1981-ci il tarixdən 1991-ci il tarixə kimi Zəngilan rayonu Rəzdərə kənd orta məktəbində oxumuşdur. Orta məktəbi qutarması ilə bağlı atestatı almamış, atestat məktəbdə qalmışdır. Sonradan attestatı rayon erməni işğalçıları tərəfindən işğal olunarkən işqal zonasında qalmışdır. Ərizəçi orta təhsil haqqında attestat almaq üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, ordan isə onu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsinə göndərilmiş, X8 Təhsil İdarəsində ərizəsinə baxılmış və ərizəsinə cavab olaraq, 1993-cü ildə Zəngilan rayonunun işğalı ilə əlaqədar olaraq, arxiv sənədləri, elecə də Rəzdərə kənd orta məktəbində mövcud olan təhsil haqqında sənədlər Bakı şəhərinə gətirilmdəiyi üçün tərəflərindən dublikat attestatın verilməsinin mümkün olmaması bildirilmişdir. Ərizəçinin 1981-ci ildən 1991-ci ilə kimi Zəngilan rayonu, Rəzdərə kənd orta məktəbində oxumasını, məlum hadisələrlə əlaqədar olaraq ona aid olan attestatı götürə bilməməsini məhkəmə iclasında dindirilən şahidlər öz ifadələrində təsdiq etmişlər. Beləliklə də, xx.xx.1974-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş Ərizəçi 1981-ci ildən 1991-ci ilə kimi Zəngilan rayonu Rəzdərə kənd orta məktəbində oxuması faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab edir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 308, 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Ərizəçi 1981-ci ildən 1991-ci ilə kimi Zəngilan rayonu Rəzdərə kənd orta məktəbində oxuması faktı müəyyən olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar