Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-733/2024 26.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iş stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iş stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə qədər Zəngilan rayonu, Həzi Aslanov adına kolxozda işlədiyi müddətin sosial sığorta stajı kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, anadan olduğu tarixdən Zəngilan rayonu işğal olunadək Zəngilan rayonu, Quyu-dərə Xəştab kəndində yaşamışdır. Əmək fəaliyyətinə xx.xx.1983-cü ildən Zəngilan rayonu, Həzi Aslanov adına kolxozda üzümçü (fəhlə) kimi işə başlamışdır. xx.xx.1993-cü il tarixədək həmin müəssiədə işləmiş, bununla bağlı arayışı iş materiallarına əlavə etmişdir. Zəngilan rayonunun işğalından bir gün öncə yaşadığı kəndi tərk etdiyi üçün heç bir sənədi, o cümlədən əmək kitabçasını da götürə bilməmişdir. Həmçinin Zəngilan rayonu 1993-cü il oktyabr ayında işğaı olunduğu üçün Zəngilan rayon Dövlət Arxivinin həmin tarixə qədər olan sənədləri işğal bölgəsində qalmışdır. Buna görə də xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə qədər olan əmək fəaliyyətini təsdiq edən arxiv arayışını də ala bilməmişdir. Həm əmək kitabçası, həm də arxiv arayışı olmadığı üçün əmək fəaliyyətini təsdiq edən heç bir sənəd mövcud deyildir. Həmin faktın təsdiqlənməsi yalnız məhkəmənin səlahiyyətindədir. Onun xx.xx.1983-cü il tarixindən xx.xx.1993-cü il tarixinə qədər Zəngilan rayonu Həzi Aslanov adına kolxozda işlədiyi müddətin sosial sığorta stajı vaxtı kimi müəyyən edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciətinə müsbət cavab verilməmiş, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İşin məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 11:10-a təyin edilmiş, Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iş stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-733/2024
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-733/2024
26.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver