Məhkəmə qərarları › İş №2(034)-752/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-752/2022

15.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-752/2022 15.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, atası X5 1902-ci ildə Zəngilan rayonunda və anası X1 1929-cu ildə Zəngilan rayonunda doğulmaları barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1962-ci ildə Zəngilan şəhərində anadan olmuş, atası X7, anası isə X2r.X4 1902-ci ildə, anası X3 isə 1929-cu ildə Zəngilan rayonunda anadan olmuşlar. Onlar ailədə 6 uşaq olmuşlar. Atası xx.xx.1978ci ildə mədə xərçəngindən, anası isə xx.xx.1985-ci ildə qaraciyər sirrozundan Zəngilan rayonunda vəfat etmişlər. Valideynlərinin hər ikisini Zəngilan rayonunda dəfn etmişlər. Bu yaxınlarda bəzi sənədləşdirmə işlərinin aparılması üçün müvafiq orqanlara müraciət edən zaman ondan səndlərlə yanaşı, valideynlərinə məxsus olan doğum haqqında şəhadətnamələri də tələb etmişlər. Valideynlərinə məxsus olan doğum haqqında şəhadətnamələri axtarsa da tapa bilməmişdir. Zəngilan rayonu işğal olunan zaman sənədlərinin hamısını götürmək mümkün olmamışdır. Bəzi sənədləri işğal zonasında qalmışdır. O, anası və atasına məxsus olan doğum haqqında şəhadətnamələrin verilməsi üçün Azərbaycan Respublikası Milli Arixiv İdarəsinə ərizələrlə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”-nin 1929-cu ilə dair Zəngilan rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X1 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Eyni ilə də Zəngilan rayonu üzrə 1902-ci ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına (doğum, ölüm, nikah, boşanma) dair sənədlər X9 təhvil verilmədiyi üçün ərizənin crası mümkünsüz olmuşdur.Həmçinin məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, Zəngilan Rayon Qeydiyiat şöbəsi mərhum valideynləri X5 və X1 doğum haqqında akt qeydlərinin bərpa olunmasına dair müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci. 162.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların13-1 8-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə ərazidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edilir. Bu cür hallarda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Hazırkı halda ərizələrinizə əlavə olunan və Şöbədə toplanaraq araşdırılan sənədlər bu cür qeydlərin həqiqətən olduğunu təsdiq etmədiyi üçün ərizənizin təmin olunması imkan xaricindədir. Ərizəçi ərizəsində valideynlərinə məxsus doğum haqqında şəhadətnamələrin ona bəzi sənədləşdirmə işlərinin aparılması üçün lazım olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəsatətlə məhkəməyə müraciət edərək 2(034)-752/2022 saylı mülki işin adiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmçinin ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən məlum olmuşdur ki, Ərizəçi xx.xx.1962-ci ildə ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı mülki işə Zəngilan Rayon Məhkəməsində deyil, Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi vəsatəti təmin edilsin. Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair 2(034)-752/2022 nömrəli mülki iş adiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar