Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-773/2024 26.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Padamdar qəsəbəsi, 12-ci dalan, ev 10-da ev şəraitində xx.xx.2022-ci ildə anadan olmuş X3 və xx.xx.2023-cü ildə anadan olmuş X1 doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Əli adlı adamla tanış olmuş, onunla teztez görüşmüş və sonradan həmin şəxsin ailəli olmasını bilmişdir. Faktiki olaraq bir evdə yaşamış, yaşadıqları müddətdə onların xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur. İmkanları olmadığı üçün uşaqların hər biri tibb məntəqəsindən kənarda, yəni evdə doğulmuşlar. O, hər dəfə hamilə olanda gedib ansının evində qalmış, anasını ona baxmış və uşaqlarda anasının evində doğulmuşlar. Hazırda o, uşaqların atası ilə nə görüşür, nə də danışır. Uşaqların atası onunlarla əlaqəni tam kəsmişdir. O, hazırda uşaqlara doğum haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında şəhadətnaməni verməkdən şöbə imtina etmişdir. Şöbə imtinasını onun şöbəyə çox gec müraciət etməsi və tibb müəsissəsinin sənədinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Ərizəçi Əli adlı adamla tanış olmuş, onunla tez-tez görüşmüş, lakin sonradan Əlinin ailəli olmasını bilmişdir. Faktiki olaraq bir evdə yaşadıqları müddətdə iki övladları-xx.xx.2022-ci ildə X8 və xx.xx.2023-cü ildə X7 anadan olmuşlar. İmkanları olmadıqları üçün uşaqların hər biri tibb məntəqəsindən kənarda evdə doğulmuşlar. Hazırda ərizəçi uşaqların atası ilə görüşmür, əlaqələri tam kəsilmişdir. Uşaqlara hər bir baxımdan ərizəçinin anası baxır. Ərizəçi özu İİ qrup əlildir. Sonda ərizəçinin nümayəndəsi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Qızı xx.xx.1992-ci ildə Zəngilan rayonunda anadan olmuşdur. Anadan olduğu zaman ürəyində qüsur olmuş və qızı İİ qrup əlildir. X4 ilə tanış olmuş, onunla qeyri-rəsmi yaşamış və onların xx.xx.2022-ci ildə X8 və xx.xx.2023-cü ildə X7 adlı iki uşaqları anadan olmuşdur. Uşaqların atası onlarla heç maraqlanmamışdır,onun harda olmasını da bilmirlər. Qızına doğuş zamanı qonşuluqda kirayədə yaşayan əvvəllər tibb bacısı işləmiş xanım köməklik etmişdir. Hal-hazırda qızı onunla bir evdə yaşayır. Uşaqların doğum haqqında şəhadətnaməsi olmadığından onu heç bir poliklinika qeydiyyata almamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşı qızıdır. Qardaşı qızı Əli adlı şəxslə qeyri-rəsmi yaşamış, onların xx.xx.2022-ci ildə X8 və xx.xx.2023-cü ildə X7 adlı iki uşaqları anadan olmuşlar. Qardaşının imkanı olmadığı üçün uşaqlar evdə doğulmuş, doğuş zamanı qardaşı qızına qonşuluqda kirayədə yaşayan xanım köməklik etmişdir. Qardaşı qızı İİ qrup əlildir, özünü çox idarə edə bilmədiyindən uşaqlara nənə-babası baxır. Uşaqlar nikahdan kənar doğulmuşlar. Qardaşı qızının hamilə olmasını görmüşdür. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18/24 nömrəli imtina məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-cı maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Doğumun qeydə alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr tarixli 145 nömrəli qərarı itə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» nın 2.5-cı və 2.6-cı bəndlərinə uyğun olaraq, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər və valideynlərin nikah haqqında şəhadətnaməsi ilə bərabər, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd də (tibbi şəhadətnamə, forma 103) şöbəyə təqdim edilməlidir və həmin tibbi sənəd təqdim olunmadığı üçün uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi müddətsiz olaraq İİ qrup əlil olmaqla əmək qabiliyytsizdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Paşayeva X6 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və içtimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Əli adlı şəxslə tanış olmuş, onunla qeyri-rəsmi nikah münasibətlərində olmuş, lakin şəxsin ailəli olmasını bildikdən sonra ərizəçi həmin şəxslə əlaqələrini kəsməli olmuşdur. Tərəflərin qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı iki uşaqları Bakı şəhəri, Səbail rayonu, Padamdar qəsəbəsi, 12-ci dalan, ev 10-da ev şəraitində doğulmuşlar. Lakin ərizəçinin maddi vəziyyəti çətin olduğundan uşaqların hər ikisidə ev şəraitində, yəni ərizəçinin anasının evində doğulmuşlar. Ərizəçi uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin qeydiyyat şöbəsi lazım olan sənədlər təqdim olunmadığından uşaqlara doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciətetməsi tövsiyə edilmişdir. Ərizəçinin maddi vəziyyətinin çətin olması səbəbindən uşaqları ev şəraitində doğmasını məhkəmə iclasında iştirak edən şahidlər də öz ifadələri ilə təsdiq etmişlər. Beləliklə məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə X8 adlı oğlan uşağını və xx.xx.2023-cü ildə X7 adlı qız uşağını Bakı şəhəri, Səbail rayonu, Padamdar qəsəbəsi, 12-ci dalan, ev 10-da ev şəraitində doğması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2022-ci il tarixdə X8 adlı oğlan uşağını və xx.xx.2023-cü il tarixdə X7 adlı qız uşağını Bakı şəhəri, Səbail rayonu, Padamdar qəsəbəsi, 12-ci dalan, ev 10-da ev şəraitində doğması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-773/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-773/2024
26.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver