Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-833/2024 26.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində müəllim vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, həmin qurumun 20 sentyabr 2023 tarixli məktubu ilə ona xx.xx.1979-cu il tarixdən xx.xx.1994cü il tarixədək olan dövrlər üzrə əmək haqqı alıb-almadığım müəyyən edilmədiyindən həmin dövrlər iş stajına daxil edilməmişdir. O, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayonu Şəfıbəyli kənd orta məktəbində müəllim işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayonu Şəfıbəyli kənd orta məktəbində müəllim kimi işləməsini həmin vaxt onunla birlikdə işləyən şahidləri də təsdiq edə bilər. Qeyd edilənlərdən göründüyü kimi arxiv sənədlərinin olmaması səbəbindən, o, işləməsi barədə rəsmi sənəd ala bilmir. «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən sosial sğorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə müvafiq olaraq əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəblərdən təqdim edilə bilmədikdən və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqdan sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizənin Azərbaycan Respublkası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla verilib verilməməsi məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, hüquqi faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət edən ərizəçi əslində ərizəyə əlavə olunmuş sənədlər ilə təsdiq olunmuş faktın yenidən müəyyən edilməsini xahiş etmişdir. Məsələ araşdırılarkən o, da məlum olmuşdur ki, hazırkı iş üzrə ərizəçi eyni tələblə bir dəfə məhkəməyə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 2(034)-592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilmiş, həmin qərardaddan ərizəçi tərəfindən şikayət verilməmişdir. Bundan başqa, ərizəyə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11823/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1979 - xx.xx.1994cü il tarixlərdə Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4538/2024 saylı qərardadı ilə iş baxılması ücün ərazi adiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmiş, lakin iddiası mümkün sayılmamış, qərardadda iddiaçının cavabdehə qarşı eyni tələblə bir dəfə məhkəməyə müraciət etməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)2979/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiasının təmin edilməməsi, qərardan isə apellyasiya şikayətinin verilməməsi və qərarın qanuni qüvvəsini alması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-33/2-245/2024 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdən Zəngilan rayonu işğal olunadək (xx.xx.1993) Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində ixtisas üzrə müəllim vəzifəsində işləməsi faktı artıq müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Eyni Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaılıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-833/2024
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-833/2024
26.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver