Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-849/2021 07.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclasının katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nə qarşı «zaminlik müqaviləsinin ləğv eldilməsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə qarşı «zaminlik müqaviləsinin ləğv eldilməsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bağlanmış 11.01.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X1 və İddiaçı qarşı «avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12828,66 ABŞ dolları əsas, 896,29 ABŞ dolları faiz 826,20 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 22620,15 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin cavabdeh X1 mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan «Chevrolet Aveo» minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi vəsatətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək bir-biri ilə əlaqəli olan işlərin birləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli 2(006)-6610/2021 saylı qərardadı ilə vəsatət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair 2(006)-6619/2021 saylı mülki iş Zəngilan Rayon Məhkəməsinin hakimi Gülsarə İmanovnanın icraatında olan iddiaçı ’’Bank (Azərbaycan)” ASC-nin cavabdehlər X1 və İddiaçı qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(034)-201/2021 saylı mülki işin icraatda birləşdirilməsi qərara alınaraq baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 hər iki mülki işin birləşdirilərək bir icraatda baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və X3 hər iki mülki işin birləşdirilərək bir icraatda baxılmasına etiraz etmədiyini bildirdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, icraatında olan 2(034)-201/2021 saylı mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, 2(034)-201/2021 saylı mülki iş üzrə İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X1 və İddiaçı qarşı «avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi» tələbi və 2(034)- 849/2021 saylı mülki iş üzrə İddiaçı cavabdeh Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə qarşı «zaminlik müqaviləsinin ləğv eldilməsinə xitam verilməsi» tələbi mahiyyətinə görə eyni növlü iddia tələbləri bağlı olduqlarından, bu tələblərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Buna görə də göstərilən mülki işlər birləşdirilərək bir icraatda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, hər iki mülki işlər birləşdirilməli və həmin iddia tələblərinə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ : İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X1 və İddiaçı qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(034)-201/2021 saylı mülki işlə, İddiaçı Sayatdula oğlunun Bank VTB (Azərbaycan) ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair 2(034)- 849/2021 saylı mülki işlər bir icraatda birləşdirilsin. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-849/2021
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-849/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver