Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-884/2021 16.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi maraqlı şəxs Zəngilan rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Zəngilan rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan rayon VVAQ şöbəsində 16.10.1974-cü il tarixdə tərtib edilmiş 146 saylı doğum haqqında akt qeydinə düzəliş edilməklə adının Aytəndən Aygülə yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü ki, hüquqi əhəmiyyətli faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada müəyyən edilməsinin mümkünsüzlüyü qanunverici tərəfindən zəruri şərt hesab edilmişdir. Ərizəyə əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən göründüyü kimi ərizəçinin adı doğum haqqında şəhadətnamədə “Aygül” kimi göstərilmişdir. Zəngilan rayon Qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı 09.12.2021-ci il tarixli 05Q146/15 nömrəli məktubundan görünür ki, ərizəçi Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək akt qeydinə düzəliş edilməsini xahiş etmiş, Qeydiyyat şöbəsi isə öz növbəsində bunun şöbənin imkanı xaricində olmasını əsas gətirərək imtina etmişdir. Belə olan halda aydın olur ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Zəngilan rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-884/2021
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-884/2021
16.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver