Məhkəmə qərarları › İş №2(035)-10/2023

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-10/2023

14.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-10/2023 14.08.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 sədrliyi oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 14 avqust 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 aprel 1998-ci il tarixli, 04 saylı Qərarı ilə ona və digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Yarməmmədbağı kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş və Torpağa Mülkiyyət Hüququna dair (JN-0036- KOD-********) №-li Dövlət Aktına əsasən ona aid olan İydəlik deyilən massivdə 1.73 ha çöl pay torpaq sahəsinin 0.20 ha hissəsindən Cavabdeh məcburi olaraq çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında ərizə təqdim edərərək iddia ərizəsinin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılması tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar