Məhkəmə qərarları › İş №2(035)-117/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-117/2024

21.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-117/2024 21.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: doğum faktının müəyyən olunması tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1960-cı il tarixdə Zərdab rayonunun Əlibəyli kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü olmaqla, Zərdab rayonunun Əlibəyli kəndində anadan olmuş, Zərdab rayonu, K.Marks adına kolxozda, “Volodarsk fabrikinin Zərdab rayon filialında, Əlibəyli kənd uşaq bağçasında tərbiyəçi və s. işləmişdir. Təxminən 25 ildir ki, Rusiya Federasiyasında yaşayır. Azərbaycan Respublikasının pasportu ilə Rusiya Federasiyasına getmiş, orada ailə qurmuşdur. Azərbaycan Respublikasında yaşamağa başladığında məlum olmuşdur ki, onun doğum haqqında şəhadətnaməsi yoxdur, Maraqlı şəxs tərəfindən aparılan axtarışda onun doğumu haqqında akt qeydi aşkar edilməmişdir. O,doğulmuş, təhsil almış, ailə qurmuş, dünyaya övlad gətirmiş, övladı üçün sənədlər alınıb, ona torpaq sahəsi verilib, əmək kitabçası mövcuddur, müxtəlif vəzifələrdə çalışmış, yəni bu sadaladıqları şəxsiyyəti təsdiq edən sənəd olmasa baş verə bilməzdi. 2010-cu ildə Zərdab rayonunda Kür çayının daşması səbəbindən ona məxsus həyətyanı torpaq sahəsinin su istehkam bəndi ərazisinə düşməsi və ona məxsus olan 0.28 ha torpaq sahəsində bəndvurma işlərinin aparılmasını nəzərə alaraq ona Zərdab rayon Əlibəyli Bələdiyyəsinin 27 iyun 2010-cu il tarixli, 05 saylı qərarı ilə Əlibəyli Bələdiyyəsinin ehtiyat fondundan 0,12 ha torpaq sahəsi ayrılmışdır. X1 ilə xx.xx.1999-cu il tarixdə birgə nikaha girmiş, xx.xx.1999-cu il tarixdə övladı Səfət dünyaya gəlmişdir. Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə ona Zərdab rayonunun Əlibəyli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.33 ha torpaq sahəsi ayrılmışdır. Əgər o, həyatda olmasaydı, sənədi olmasaydı ona həmin torpaq sahəsi necə ayrılardı? Hazırda onun doğum haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1960-cı il tarixdə Zərdab rayonunun Əlibəyli kəndində anadan olmuş, həmin kənddə yaşamış, Zərdab rayonu, K.Marks adına kolxozda, “Volodarsk fabrikinin Zərdab rayon filialında, Əlibəyli kənd uşaq bağçasında tərbiyəçi və s. işləmişdir. Təxminən 25 ildir ki, Rusiya Federasiyasında yaşayır. Belə ki, Azərbaycan Respublikasının pasportu ilə Rusiya Federasiyasına getmiş, orada 1999-cu ildə X1 ilə ailə qurmuşdur. Azərbaycan Respublikasında yaşamağa başladığında onun doğum haqqında şəhadətnaməsinin olmaması məlum olmuşdur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət etmiş, aparılan axtarışda onun doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd edir ki, o, doğulmuş, təhsil almış, ailə qurmuş, dünyaya övlad gətirmiş, övladı üçün sənədlər alınıb, ona torpaq sahəsi verilib, əmək kitabçası mövcuddur, müxtəlif vəzifələrdə çalışmış, yəni bu sadaladıqları şəxsiyyəti təsdiq edən sənəd olmasa baş verə bilməzdi. 2010-cu ildə Zərdab rayonunda Kür çayının daşması səbəbindən ona məxsus həyətyanı torpaq sahəsinin su istehkam bəndi ərazisinə düşməsi və ona məxsus olan 0.28 ha torpaq sahəsində bəndvurma işlərinin aparılmasını nəzərə alaraq ona Zərdab rayon Əlibəyli Bələdiyyəsinin 27 iyun 2010-cu il tarixli, 05 saylı qərarı ilə Əlibəyli Bələdiyyəsinin ehtiyat fondundan 0,12 ha torpaq sahəsi ayrılmışdır. Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə ona Zərdab rayonunun Əlibəyli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.33 ha torpaq sahəsi ayrılmışdır. Əgər o, həyatda olmasaydı, sənədi olmasaydı ona həmin torpaq sahəsi necə ayrılardı. Hazırda onun doğum haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciət olunsa da, doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini və onun xx.xx.1960-cı ildə Zərdab rayonunun Əlibəyli kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli və qonşudurlar. Ərizəçi Zərdab rayonunun Əlibəyli kəndində doğulmuş, ərizəçi ilə birlikdə kənd məktəbində təhsil alımışlar. Ərizəçi kolxozda, Əlibəyli kənd baxçasında işləmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli və qonşudurlar. Ərizəçi Zərdab rayonunun Əlibəyli kəndində anadan olmuş, kənddə boya başa çatmışdır. Ərizəçi ilə birlikdə kənd məktəbində oxumuşlar. Hazırda ərizəçi ailəlidir, bir övladıda var. Mülki işdə olan sənədlər: İş materiallarında olan Rusiya Federasiyası vətəndaşının pasportunun sutərindən görünür ki, pasportun sahibi Ərizəçi xx.xx.1960-cı il təvəllüdlü olmaqla, Zərdab rayonunun Əlibəyli kəndində anadan olmuşdur. İşdə olan nikahın bağlanması haqqında arayışdan görünür ki, X1 və Ərizəçi arasında Kostromsk vilayətinin Sudislavsk rayonunun, Sudislavsk kənd administrasiyasında xx.xx.1999-cu il nikah akt qeydləri kitabında 07 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Məlikov, arvada Məlikova soyadı verilmişdir. Nikah bağlanarkən qadının (gəlinin) şəxsiyyəti Azərbaycan SSR Zərdab RDİŞ (POBD) tərəfindən xx.xx.1983-cü ildə verilmiş XVİİİ-JQ, 653769 № pasporta əsasən müəyyən edildiyi əlavə qeyd edilmişdir. Həmçinin Ərizəçi doğulduğu tarix xx.xx.1960-cı il, doğulduğu yer Azərbaycan SSR, Zərdab rayonu, Əibəyli kəndi kimi göstərilmişdir. İşdə olan Zərdab rayon Maarif İşçiləri evi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş 534 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1985-86-cı dərs ilində bir illik tikiş (dərzilik) kursunu əla qiymətlərlə bitirmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-186, Kod 90505058 olan Dövlət Aktından görünür ki, Zərdab rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə Zərdab rayonu Əlibəyli kənd sakini Ərizəçi mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.33 ha torpaq sahəsi verilmişdir. İşdə olan Zərdab rayon Əlibəyli bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 05 saylı iclas protokolundan çıxarışdan görünür ki, 2010-cu il Kür çayının daşması ilə əlaqədar Əlibəyli kənd sakini Ərizəçi məxsus həyətyanı torpaq sahəsinin su istehkam bənd ərazisinə düşməsi və vətəndaşa məxsus JN 186 Akod 90505058 № li mülkiyyət hüququnu təsdiq edən 0.28 ha torpaq sahəsindən bənd vurma işləri aparılmasını nəzərə alaraq, Əlibəyli kənd sakini Ərizəçi Əlibəyli bələdiyyə torpaq fondundan 012 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 545 saylı arayışdan görünür ki, xx.xx.1960-cı ildə Zərdab rayonunun Alıbəyli kəndində anadan olmuş Ərizəçi doğumu haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Maraqlı şəxs 1960-1978-ci illər üzrə bərpa akt qeydləri, Maraqlı şəxs və Gəlmə kənd icra nümayəndəliyində 1957-1963-cü illər üzrə axtarış aparılmış, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış lakin, Ərizəçi Əbər qızının doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Zərdab rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-3-12/2-187/24 nömrəli məktubdan görünür ki, Zərdab rayonu Alıbəyli kəndində anadan olmuş Ərizəçi xx.xx.1983-cü ildə XVİİİ-JQ 653769 nömrəli köhnə nümunəli sovet pasportu verilmişdir. Qeyd olunan köhnə nümunəli sovet pasportunun verilməsinə əsas olmuş ilkin sənədlər müvafiq qanunvericiliyə əsasən məhv edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi xx.xx.1960-cı ildə Zərdab rayonunun Əlibəyli kəndində anadan olmuş, həmin kənddə yaşamış, Zərdab rayonu, K.Marks adına kolxozda, “Volodarsk fabrikinin Zərdab rayon filialında, Əlibəyli kənd uşaq bağçasında və s. işləmişdir. Təxminən 25 ildir ki, Rusiya Federasiyasında yaşayır. Ərizəçi Azərbaycan Respublikasının pasportu ilə Rusiya Federasiyasına getmiş, orada xx.xx.1999-cu il tarixdə X1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsinə zərurət yaranmış, lakin onun doğum haqqında şəhadətnaməsinin olmaması məlum olmuşdur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət etmiş, aparılan axtarışda onun doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyi doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarıına əsaslanaraq ərizəçinin izahatına, şahid ifadələrinə və işdə olan digər yazılı sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1960-ci ildə Zərdab rayonunun Əlibəyli kəndində doğulması faktı məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Ona görə də Ərizəçi xx.xx.1960-cı ildə Zərdab rayonunun Əlibəyli kəndində doğulması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1960-cı ildə Zərdab rayonunun Əlibəyli kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar