Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-128/2025 25.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi tələbinə” dair mülki iş üzrə (Açar sözlər: doğum faktının müəyyən edilməsi tələbi) X8 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.2024cü il tarixdə Zərdab rayonunun Əlvənd kəndində bir nəfər qız uşağı (X2) doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə Zərdab rayonunun Əlvənd kənd sakini Nümayəndə ilə faktiki olaraq ailə qurmuş, faktiki nikahdan iki uşaqları var. Doğuş zamanı xəstəxanaya gedə bilmədiyindən qızı Nuray xx.xx.2024-cü il tarixdə ev şəraitində doğulmuşdur. Bu səbəbdən Nuraya doğum haqqında şəhadətnamə ala bilməmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə rəsmi olaraq müraciət etsə də, həkim arayışı olmadığı üçün qızı Nuraya doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Doğum haqqında şəhadətnamənin olmaması gələcəkdə Nurayın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınmasında, təhsil və tibb müəssisələrində qeydiyyata alınmasında və müvafiq arayışlar alınmasında müəyyən çətinliklər törədə bilər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, ərizəçi onunla 2014-cü ildə faktiki olaraq ailə qurmuş, faktiki nikahlarından iki uşaqları var. xx.xx.2024-cü il təvəllüdlü Nuray ev şəraitində doğulmuşdur. Belə ki, ərizəçinin sancıları tutduğundan təcili yardıma 103-ə zəng vurulsa da, həkim vaxtında gəlib çıxmadığından ərizəçi Nurayı ev şəraitində doğmuşdur. Bu səbəbdən ərizəçi Nuraya doğum haqqında şəhadətnamə ala bilməmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizəçi Maraqlı şəxsnə rəsmi olaraq müraciət etsə də, həkim arayışı olmadığı üçün ərizəçiyə qızı Nuraya doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Doğum haqqında şəhadətnamənin olmaması gələcəkdə Nurayın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınmasında, təhsil və tibb müəssisələrində qeydiyyata alınmasında və müvafiq arayışlar alınmasında müəyyən çətinliklər törədə bilər. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində bildirmişdir ki, Ərizəçi gəlinidir. Ərizəçinin iki uşağı var. Ərizəçinin doğuş sancıları tutmuş, bununla əlaqədar həkimə zəng vurulmuş, lakin həkim gələ bilmədiyindən, həkimin başqa xəstəsi olduğundan və özü əvvəllər tibb bacısı işlədiyindən, ərizəçiyə özü yardım göstərmiş, xx.xx.2024-cü il təvəllüdlü Nurayın doğuşunu ev şəraitində özü qəbul etmişdir. Hazırda Nuray sağ salamatdır, ərizəçinin yanında yaşayır. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə eltidirlər. Ərizəçi həqiqətən xx.xx.2024-cü il tarixdə ev şəraitində qız uşağı doğmuşdur. Hazırda uşaq sağ salamatdır, valideynlərinin yanında yaşayır. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon İHB-nin Əlvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi hal-hazırda Zərdab rayonu Aşağı Seyidlər kəndində daimi qeydiyyatdadır, lakin Zərdab rayonu Əlvənd kəndində yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə xx.xx.2014-cü ildə Ərizəçi doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2014-cü ilin oktyabr ayının 17 günündə 47 № ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 537 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, hazırki ərizəçi doğum faktını təsdiq edən tibbi sənəd təqdim etmədiyi üçün qeydiyyat şöbəsi tərəfindən doğumun qeydə alınmasından imtina edilmiş və doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 305.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını məhkəmə qaydasında müəyyən edir. 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetnin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.4.5-ci bəndinə uyğun olaraq uşaq tibb müəssisəsində kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Həmin Qaydanın 2.6-cı bəndinə görə Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi Nümayəndə ilə 2014-cü ildə faktiki olaraq ailə qurmuş, tərəflərin faktiki nikahdan iki uşağı var. Ərizəçinin qızı Nuray xx.xx.2024-cü il tarixdə Zərdab rayonunun Əlvənd kəndində ev şəraitində doğulmuşdur. Belə ki, ərizəçinin sancıları tutmuş, bununla əlaqədar təcili yardıma zəng edilsədə, həkim gəlib çıxmamış ərizəçi ev şəraitində qaynanasının köməkliyi ilə xx.xx.2024-cü il tarixdə bir qız uşağını (Nurayı) doğmuşdur. Ərizəçi xx.xx.2024-cü il təvəllüdlü qızı Nuraya doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə rəsmi olaraq müraciət etsə də, doğum faktını təsdiq edən sənədi (tibb müəssisəsinin sənədi) təqdim etmədiyi üçün Nuraya doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarına əsaslanaraq ərizəçinin izahatına, şahidlərin ifadəsinə və işdə digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə Zərdab rayonunun Əlvənd kəndində bir nəfər qız uşağı doğması faktı və bu uşağın doğumunun qeydə alınmasından Maraqlı şəxs tərəfindən imtina edilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi Zərdab rayonunun Əlvənd kəndində xx.xx.2024-cü il tarixdə bir nəfər qız uşağı doğması faktı sübuta yetirildiyindən, bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Zərdab rayonunun Əlvənd kəndində xx.xx.2024-cü il təvəllüdlü bir qız uşağı (X1) doğması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-128/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-128/2025
25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver