Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-146/2025 21.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin bərpası tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: doğum haqqında akt qeydinin bərpası tələbi) X13 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə Abdulhəmid qızının iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin bərpası tələbi”nə dair mülki iş üzrə ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1975-ci il tarixdə Zərdab rayonunun Çallı kəndində X4 (ata) və X1 (ana) ailəsində anadan olmuş, onun- Əhmədova (Vəliyeva) Ədilə Abdulhəmid qızının doğum haqqında akt qeydinin bərpasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci ildə Zərdab rayonunun Çallı kəndində X4 və X1 ailəsində anadan olmuş, xx.xx.1993-cü ildə həmkəndlisi X12 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Həyatında bir neçə dəfə itkiləri olmuş, həyat yoldaşını itirdikdən sonra evi yanmış, heç bir sənəd və əşya çıxarda bilməmişdir. İş yerindən doğum haqqında şəhadətnamə tələb edildiyinə görə Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsində və Çallı kənd icra nümayəndəliyində xx.xx.1972-xx.xx.1978-ci illər üzrə ilkin akt qeydləri, xx.xx.1975-xx.xx.1981-ci illər üzrə bərpa akt qeydləri üzrə axtarış aparılmış, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin onun haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında şəhadətnaməsinin olmaması ona bəzi hərəkətləri etməyinə maneçilik törədir. Qeyd edir ki, o, doğulmuş, təhsil almış, ailə qurmuş, iki övlad dünyaya gətirmiş, övladları üçün sənədlər alınmış, ona torpaq sahəsi verilmiş və müxtəlif işlərdə çalışmış və çalışır, bu sadaladıqları şəxsiyyətini təsdiq edən sənəd olmasa baş verə bilməz. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi xx.xx.1975-ci ildə Zərdab rayonunun Çallı kəndində doğulmuş, hazırda da həmin kənddə yaşayır. Ərizəçinin atası X4, anası X5 olmuşdur. Ərizəçinin əvvəllər doğum haqqında şəhadətnaməsi olmuş, həmin şəhadətnamə əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin, indi həmin doğum haqqında şəhadətnamə tapılmır. Belə ki, ərizəçinin evində 2012-ci ildə baş vermiş yanğın zamanı ev bütün əmlakı ilə birlikdə yanmış, evdən heç bir əşya, sənəd çıxarmaq mümkün olmamışdır. Hazırda ərizəçiyə iş yerindən doğum haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Maraqlı şəxsnə müraciət edilsə də, ərizəçinin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, ərizəçi doğma bacısıdır. Ərizəçi xx.xx.1975-ci ildə doğulmuş, ərizəçinin atası X4, anası X5 olmuşdur. Ərizəçi 1993-cü ildə ailə qurmuş, 2012-ci ildə ərizəçiyə məxsus evi yanmış, heç bir əşya, sənəd çıxarmaq mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli və qonşudurlar. Ərizəçi Zərdab rayonunun Çallı kəndində anadan olmuş, kənddə boya başa çatmışdır. Hazırda ərizəçi ailəlidir, iki övladıda var. 2012-ci ildə ərizəçiyə məxsus bütün əmlakı ilə birlikdə evi yanmışdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan AZE seriyalı, 0******* № li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqənin sahibi Ərizəçi kimi göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 133 saylı nikah haqqında arayışın surətindən görünür ki, X12 və X3 Zərdab rayon Çallı kənd icra nümayəndəliyində nikahı haqqında xx.xx.1993-cü il tarixdə 20 № li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 530 nömrəli arayışdan görünür ki, xx.xx.1975-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olmuş X3 doğum haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Maraqlı şəxsndə və Çallı kənd icra nümayəndəliyində xx.xx.1972-xx.xx.1978-ci illər üzrə ilkin akt qeydləri, xx.xx.1975-xx.xx.1981-ci illər üzrə bərpa akt qeydləri üzrə axtarış aparılmış, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış lakin, X3 doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Zərdab rayon X11 Hissəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-18-319/2-020125 saylı arayışdan görünür ki, 09 aprel 2012-ci il tarixdə Zərdab rayonu Çallı kənd sakini Ərizəçi məxsus şəxsi yaşayış evində baş vermiş yanğın zamanı doğum haqqında şəhadətnaməsi yanmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında doğumun ... qeyd edilmə faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi xx.xx.1975-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olmuş, ərizəçinin atası X4, anası X5 olmuşdur. Ərizəçi xx.xx.1993-cü il tarixdə X12 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ərizəçinin işi ilə əlaqədar doğum haqqında şəhadətnaməsinə zərurət yaranmış, bununla əlaqədar Maraqlı şəxsnə müraciət edilsə də, aparılan axtarışda ərizəçinin doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçiyə xx.xx.2011-ci il tarixdə AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Ərizəçiyə məxsus yaşayış evində xx.xx.2012-ci il tarixdə baş vermiş yağın zamanı doğum haqqında şəhadətnaməsi yanmışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, sadalanan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin döğum akt qeydinin başqa qaydada bərpası mümkün deyildir. Ərizə əsaslı və qanunidir. Ona görə də ərizə təmin edilməli, Ərizəçi xx.xx.1975-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olması, atasının X4, anasının X5 olması qeyd edilməklə doğum akt qeydi məhkəmə qaydasında bərpa edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 307-311-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1975-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olması, atasının X4, anasının X5 olması qeyd edilməklə onun doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydinin bərpa edilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-146/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-146/2025
21.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver