Məhkəmə qərarları › İş №2(035)-159/2024

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-159/2024

13.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-159/2024 13.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin baxılmamış saxlanması barədə) Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı cavabdeh Zərdab Rayon X2 Məktəbinin direktoru X1 qarşı “işdən çıxarılma ilə bağlı xx.xx.2021-ci il tarixli, 494 nömrəli əmrin ləğvi, işə bərpa və məcburi işdən buraxmaya görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 13 mart 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Zərdab Rayon X2 Məktəbinin direktoru X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən işdən çıxarılma ilə bağlı verilmiş xx.xx.2021-ci il tarixli, 494 nömrəli əmrin ləğv edilməsini, işə bərpa olmasını və məcburi işdən buraxmaya görə orta aylıq əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir xx.xx.2024-ci il tarixdə cavabdeh İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizənin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Zərdab Rayon X2 Məktəbinin direktoru X1 qarşı “işdən çıxarılma ilə bağlı xx.xx.2021-ci il tarixli, 494 nömrəli əmrin ləğvi, işə bərpa və məcburi işdən buraxmaya görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar