Məhkəmə qərarları › İş №2(035)-174/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-174/2024

19.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-174/2024 19.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən əmlakın çıxarılması tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: mənzildən əmlakın çıxarılması) X10 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı nümayəndəsi X6 qızının Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən əmlakın çıxarılması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus olan cehiz əşyaları-6 ədəd çay nəlbəkisi, 12 ədəd salat boşqabı, 5 ədəd araq rumkası, 6 ədəd billur çay stəkanı, 30 ədəd çaşka, 18 ədəd nəlbəki, 1 ədəd su qabı qrafinka, 1 ədəd yataq dəstində üz, 1 ədəd qəfədan, 1 ədəd vedrə, 1 ədəd çuğun vedrə, 6 ədəd boğma stəkan, 2 ədəd vaz, 2 ədəd balaca gül qabı, 6 ədəd kompot stəkanı, 6 ədəd salfetka stəkanı, 2 ədəd konfet qabı, 4 ədəd kasa, 6 ədəd çaşka dəsti, 4 ədəd konfet qabı, 1 ədəd billur stəkan, 6 ədəd salat qabı, 4 ədəd kasa, 1 komplekt obednı dəst, 1 ədəd billur qrafinka, 7 ədəd ayaqlı rumka, 6 ədəd xrustal stəkan, 1 komplekt kuxna naboru, 2 ədəd çaşka naboru, 24 ədəd duz qabı, 11 ədəd limon üçün nəlbəki, 1 ədəd sandıq, 1 ədəd daroşka, 1 ədəd pəncərə karnizi, 1 ədəd uşaq odyalı, 1 ədəd ütü, 1 ədəd toy güzgüsü, 2 ədəd podnos, 1 ədəd aşsüzən, 1 ədəd ləyən, 5 ədəd aliminium qazan, 1 ədəd tumboçka, 1 ədəd saat, 1 ədəd gecə lampası, 1 ədəd soyuducu, 1 ədəd termos, 1 ədəd çay çaşkası, 2 ədəd su qabı, 1 dəst çəngəl bıçaq dəsti, 6 ədəd bəzəkli rumka, 6 ədəd “Slavi” rumka, 1 ədəd döşək stulu, 6 ədəd oturacaq stulu, divan və 2 ədəd kreslo, 1 ədəd paltar asılğanı, 1 ədəd beşik, 1 ədəd çılçıraq, 1 dəst yataq mebeli, 2 ədəd döşək, 2 ədəd yorğan, 4 ədəd döşəkçə, 2 ədəd yastıq, 2 ədəd poduşka, 1 ədəd divan döşəkçəsi, 1 ədəd divan odyalı, 2 ədəd pokrıval, 3 dəst pərdə pəncərə üçün, 1 dəst divan kreslo üzlüyü ona məxsus olan Zərdab rayonu Məmmədqasımlı kəndində yerləşən yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh keçmiş gəlini olmuş, Zərdab Rayon Məhkəməsinin qətnaməsinə əsasən oğlu ilə cavabdehin arasındakı nikah pozulmuşdur. Cavabdehə məxsus olan cehiz əmlakı onun mülkiyyətində olan Zərdab rayonu Məmmədqasımlı kəndində yerlşən fərdi yaşayış evindədir. Cavabdeh könüllü şəkildə əmlakını çıxartmaq istəmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onun keçmiş gəlini, oğlu Aqif Əzizovun keçmiş arvadı olmuşdur. Cavabdehlə Aqifin arasındakı nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Lakin, cavabdehə məxsus olan iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları -6 ədəd çay nəlbəkisi, 12 ədəd salat boşqabı, 5 ədəd araq rumkası, 6 ədəd billur çay stəkanı, 30 ədəd çaşka, 18 ədəd nəlbəki, 1 ədəd su qabı qrafinka, 1 ədəd yataq dəstində üz, 1 ədəd qəfədan, 1 ədəd vedrə, 1 ədəd çuğun vedrə, 6 ədəd boğma stəkan, 2 ədəd vaz, 2 ədəd balaca gül qabı, 6 ədəd kompot stəkanı, 6 ədəd salfetka stəkanı, 2 ədəd konfet qabı, 4 ədəd kasa, 6 ədəd çaşka dəsti, 4 ədəd konfet qabı, 1 ədəd billur stəkan, 6 ədəd salat qabı, 4 ədəd kasa, 1 komplekt obednı dəst, 1 ədəd billur qrafinka, 7 ədəd ayaqlı rumka, 6 ədəd xrustal stəkan, 1 komplekt kuxna naboru, 2 ədəd çaşka naboru, 24 ədəd duz qabı, 11 ədəd limon üçün nəlbəki, 1 ədəd sandıq, 1 ədəd daroşka, 1 ədəd pəncərə karnizi, 1 ədəd uşaq odyalı, 1 ədəd ütü, 1 ədəd toy güzgüsü, 2 ədəd podnos, 1 ədəd aşsüzən, 1 ədəd ləyən, 5 ədəd aliminium qazan, 1 ədəd tumboçka, 1 ədəd saat, 1 ədəd gecə lampası, 1 ədəd soyuducu, 1 ədəd termos, 1 ədəd çay çaşkası, 2 ədəd su qabı, 1 dəst çəngəl bıçaq dəsti, 6 ədəd bəzəkli rumka, 6 ədəd “Slavi” rumka, 1 ədəd döşək stulu, 6 ədəd oturacaq stulu, divan və 2 ədəd kreslo, 1 ədəd paltar asılğanı, 1 ədəd beşik, 1 ədəd çılçıraq, 1 dəst yataq mebeli, 2 ədəd döşək, 2 ədəd yorğan, 4 ədəd döşəkçə, 2 ədəd yastıq, 2 ədəd poduşka, 1 ədəd divan döşəkçəsi, 1 ədəd divan odyalı, 2 ədəd pokrıval, 3 dəst pərdə pəncərə üçün, 1 dəst divan kreslo üzlüyü ona məxsus olan Zərdab rayonu Məmmədqasımlı kəndində yerləşən yaşayış evində qalmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh yuxarıda adı çəkilən öz cehiz əşyalarını aparmamışdır. Bu isə onun öz evindən öz istədiyi kimi (sərbəst) istifadə etmək və sərəncam vermək hüququnu pozur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, ona məxsus cehiz əşyaları hazırda iddiaçının evində yerləşir. Həmin əşyalarını götürmək istəmir. İddiaçının evinə həmin əşyalar darısqallıq yaradırsa çıxarıb həmin əşyaları çölə ata bilər. Mülki işdə olan sənədlər: İşdə olan mediator X5 tərəfindən verilmişxx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT18/2023- 03130 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq vermədiyi üçün mediator prosesi davam etdirmək qərarına gəlməmişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-094A, KOD ******* 8 olan Şəhadətnamənin surətindən görünür ki,Zərdab rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 98 saylı qərarı ilə İddiaçı, X2, X3 və X4 mülkiyyətinə Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisndə 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında Zərdab rayon Məmmədqasımlı kənd icra nümayəndəliyində xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmiş nikah pozulması,...qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinəgörə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının tərafdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci bəndinə görə hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, cavabdeh iddiaçının oğlu Aqif Əzizovla xx.xx.2006-cı il tarixdə faktiki olaraq ailə qurmuş (nikahlarını xx.xx.2006-cı il tarixdə rəsmiləşdirmişlər) və iddiaçıya məxsus Zərdab rayonu Məmmədqasımlı kəndində yerləşən evə gəlin köçmüşdür. Sonradan Aqiflə cavabdehin münasibətləri pisləşmiş, cavabdeh xx.xx.2022-ci il tarixdən ata evinə getmiş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. xx.xx.2022-ci il tarixdən cavabdeh ata evində yaşasa da, ona məxsus cehiz əşyaları: -6 ədəd çay nəlbəkisi, 12 ədəd salat boşqabı, 5 ədəd araq rumkası, 6 ədəd billur çay stəkanı, 30 ədəd çaşka, 18 ədəd nəlbəki, 1 ədəd su qabı qrafinka, 1 ədəd yataq dəstində üz, 1 ədəd qəfədan, 1 ədəd vedrə, 1 ədəd çuğun vedrə, 6 ədəd boğma stəkan, 2 ədəd vaz, 2 ədəd balaca gül qabı, 6 ədəd kompot stəkanı, 6 ədəd salfetka stəkanı, 2 ədəd konfet qabı, 4 ədəd kasa, 6 ədəd çaşka dəsti, 4 ədəd konfet qabı, 1 ədəd billur stəkan, 6 ədəd salat qabı, 4 ədəd kasa, 1 komplekt obednı dəst, 1 ədəd billur qrafinka, 7 ədəd ayaqlı rumka, 6 ədəd xrustal stəkan, 1 komplekt kuxna naboru, 2 ədəd çaşka naboru, 24 ədəd duz qabı, 11 ədəd limon üçün nəlbəki, 1 ədəd sandıq, 1 ədəd daroşka, 1 ədəd pəncərə karnizi, 1 ədəd uşaq odyalı, 1 ədəd ütü, 1 ədəd toy güzgüsü, 2 ədəd podnos, 1 ədəd aşsüzən, 1 ədəd ləyən, 5 ədəd aliminium qazan, 1 ədəd tumboçka, 1 ədəd saat, 1 ədəd gecə lampası, 1 ədəd soyuducu, 1 ədəd termos, 1 ədəd çay çaşkası, 2 ədəd su qabı, 1 dəst çəngəl bıçaq dəsti, 6 ədəd bəzəkli rumka, 6 ədəd “Slavi” rumka, 1 ədəd döşək stulu, 6 ədəd oturacaq stulu, divan və 2 ədəd kreslo, 1 ədəd paltar asılğanı, 1 ədəd beşik, 1 ədəd çılçıraq, 1 dəst yataq mebeli, 2 ədəd döşək, 2 ədəd yorğan, 4 ədəd döşəkçə, 2 ədəd yastıq, 2 ədəd poduşka, 1 ədəd divan döşəkçəsi, 1 ədəd divan odyalı, 2 ədəd pokrıval, 3 dəst pərdə pəncərə üçün, 1 dəst divan kreslo üzlüyü iddiaçının yaşadığı Zərdab rayonu Məmmədqasımlı kəndində yerləşən evdə qalmışdır. Dəfələrlə iddiaçının tələb edilməsinə baxmayaraq cavabdeh yuxarıda adıçəkilən cehiz əşyalarını aparmamışdır. Cavabdeh özü də sözügedən cehiz əşyalarını iddiaçının evindən götürmək istəmədiyini, həmin əşyaların çölə atılmasını məhkəmə iclasında bildirmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən Cavabdeh məxsus cehiz əşyalarının yerləşdiyi fərdi yaşayış evi İddiaçı əmlakı olduğundan onun həmin əmlaka (evə) dair öz mülahizəsinə görə sahiblik, ondan istifadə hüququ vardır. Hazırda tərəflər arasında ümumiliyə əsas verən hal olmadığı vəbaşqa yerdə yaşadığı halda cavabdehə məxsus iddia ərizəsində göstərilən cehiz əşyalarının iddiaçının iradəsinin ziddinə olaraq sonuncuya məxsus evdə qalması və cavabdehin həmin əşyaları oradan çıxartmaması iddiaçının öz əmlakından - yaşadığı evdən sərbəst istifadə və sahiblik hüququnu pozur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının öz evindən öz istədiyi kimi istifadə və sahiblik hüququna təminat verilməli və bu məqsədlə iddia tam təmin edilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları: -6 ədəd çay nəlbəkisi, 12 ədəd salat boşqabı, 5 ədəd araq rumkası, 6 ədəd billur çay stəkanı, 30 ədəd çaşka, 18 ədəd nəlbəki, 1 ədəd su qabı qrafinka, 1 ədəd yataq dəstində üz, 1 ədəd qəfədan, 1 ədəd vedrə, 1 ədəd çuğun vedrə, 6 ədəd boğma stəkan, 2 ədəd vaz, 2 ədəd balaca gül qabı, 6 ədəd kompot stəkanı, 6 ədəd salfetka stəkanı, 2 ədəd konfet qabı, 4 ədəd kasa, 6 ədəd çaşka dəsti, 4 ədəd konfet qabı, 1 ədəd billur stəkan, 6 ədəd salat qabı, 4 ədəd kasa, 1 komplekt obednı dəst, 1 ədəd billur qrafinka, 7 ədəd ayaqlı rumka, 6 ədəd xrustal stəkan, 1 komplekt kuxna naboru, 2 ədəd çaşka naboru, 24 ədəd duz qabı, 11 ədəd limon üçün nəlbəki, 1 ədəd sandıq, 1 ədəd daroşka, 1 ədəd pəncərə karnizi, 1 ədəd uşaq odyalı, 1 ədəd ütü, 1 ədəd toy güzgüsü, 2 ədəd podnos, 1 ədəd aşsüzən, 1 ədəd ləyən, 5 ədəd aliminium qazan, 1 ədəd tumboçka, 1 ədəd saat, 1 ədəd gecə lampası, 1 ədəd soyuducu, 1 ədəd termos, 1 ədəd çay çaşkası, 2 ədəd su qabı, 1 dəst çəngəl bıçaq dəsti, 6 ədəd bəzəkli rumka, 6 ədəd “Slavi” rumka, 1 ədəd döşək stulu, 6 ədəd oturacaq stulu, divan və 2 ədəd kreslo, 1 ədəd paltar asılğanı, 1 ədəd beşik, 1 ədəd çılçıraq, 1 dəst yataq mebeli, 2 ədəd döşək, 2 ədəd yorğan, 4 ədəd döşəkçə, 2 ədəd yastıq, 2 ədəd poduşka, 1 ədəd divan döşəkçəsi, 1 ədəd divan odyalı, 2 ədəd pokrıval, 3 dəst pərdə pəncərə üçün, 1 dəst divan kreslo üzlüyü iddiaçının yaşadığı Zərdab rayon Məmmədqasımlı kəndində yerləşən evdən çıxarılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar