Məhkəmə qərarları › İş №2(035)-18/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-18/2024

12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-18/2024 12.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək arvadı X1 miras qalmış Zərdab rayonu Bıçaqçı kəndində 0.7417 ha və 1.178 ha çöl pay torpaq sahəsini onun tərəfindən miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum arvadı X1 Zərdab rayonu Bıçaqçı kəndində 0.7417 ha və 1.178 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Sözügedən mirası faktiki olaraq qəbul etmiş, lakin mirasin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti üzürlü səbəbdən gecikdirmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Zərdab rayon Dövlət Notariat Ofisi ona imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2024-cü il tarixli məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, arvadı X4 ilə xx.xx.1965-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından övladları olmamışdır. Zərdab rayonu Bıçaqçı kəndində yerləşən 1.178 ha və 0.7417 ha kənd təsərrüfatı təyinatlı torpaqlar miras qalmışdır. Miras qoyan Susanə Səmədovanın yeganə vərəsəsi özü olmuşdur. Miras qalan əmlaklar onun tərəfindən faktiki olaraq miras kimi qəbul edilmişdir. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi və X3 arasında xx.xx.1965-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Səmədov, arvada Səmədova soyadı verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab rayonu Bıçaqçı kəndi ərazisində yerləşən 1.178 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2023-cü il, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi Ərizəçi və X2 ümimi birgə mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab rayonu Bıçaqçı kəndi ərazisində yerləşən 0.7417 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2023-cü il, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi Ərizəçi və X2 ümimi birgə mülkiyyətindədir. İş materiallarında olan Zərdab RİHB-nin Bıçaqçı kənd nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Zərdab rayon Dövlət Notariat Ofisi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14 saylı məktubdan görünür ki, “Elektron Notariat” informasiya sistemində axtarış zamanı mərhum X1 miras qalmış heç bir miras əmlaklara dair vərəsəlik işi açılmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Azərbaycan Respublikası Mülki Məcəllənin: Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cü maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin arvadı X4 ilə birlikdə Zərdab rayonu Bıçaqçı kəndi ərazisində ümumi birgə mülkiyyətlərində 1.178 ha və 0.7417 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. Ərizəçinin arvadı Susanə Səmədova xx.xx.2010-cu il tarixdə ölmüşdür. Miras qoyan sözügedən miras əmlakları heç kimə vəsiyyət etməmişdir. Miras qoyan X2 ərizəçidən başqa birinci növbəli vərəsələri yoxdur. Ərizəçi sözügedən miras əmlakları faktiki qəbul etmişdir. Miras əmlaklar barəsində vərəsəlik işi açılmamışdır. Miras əmlaklar barədə hər hansı bir mübahisə yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddalarını rəhbər tutaraq hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli və sözügedən mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış Zərdab rayonu Bıçaqçı kəndi ərazisindən verilmiş 1.178 ha və 0.7417 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar