Məhkəmə qərarları › İş №2(035)-19/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-19/2024

23.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-19/2024 23.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pay torpaq sahəsindən çıxarılma və pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pay torpaq sahəsindən çıxarılma və pul tələbi) X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pay torpaq sahəsindən çıxarılma və pul tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailə üzvlərinə Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş Zərdab rayonu Allahqulubağı kəndində olan 1.8 hektar pay torpaq sahəsinin üzərində inşa olunmuş mənzilin cavabdehin hesabına sökülərək torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin təyinatından kənar məqsədlər üçün istifadə olunmasına görə torpaq sahəsinə dəymiş ziyana görə 2000 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zərdab rayonu Allahqulubağı kəndi ərazisindən 2.34 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 1.8 ha və 0.53 ha olmaqla kənd ərazisində ayrı-ayrı yerlərdən verilmişdir. 1.8 ha torpaq sahəsi bir müddət istifadəsiz qadığından cavabdeh həmin torpaq sahəsini zəbt edərək orada ev inşa etmiş və bununla yanaşı onun kənd təsərrüfat təyinatlı torpağın təyinatını qanunsuz olaraq dəyişərək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh ona məxsus pay torpaq sahəsini uzun müddət təyinata uyğun olmayan şəkildə istifadə etdiyi üçün ona ziyan vuraraq əkin üçün yararsız hala gətirmiş, həmin torpaq sahəsini yararlı hala salınması üçün 2000 manat pul lazımdır. İddiaya etiraz: Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki,1990-cı ildən etibarən mübahisəli torpaq sahəsində ev inşa etmiş və ailə üzvləri ilə birlikdə orada yaşayır. Onun sözlərinə görə bu onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi iddiaçıdan öncə onun mülkiyyətinə verilmişdir. Eyni zamanda qeyd etmişdir ki,sözü gedən torpaq sahəsinə və mənzilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə № ********** saylı qeydiyyat nömrəli çıxarış və reyestr nömrəsi **********68-10301 saylı fərdi yaşayış evinin Texniki Pasportu verilmişdir. Buna əsasən məhkəmədən iddiaçının iddiasının rədd olunmasını xahiş etmişdir Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zərdab rayonu Allahqulubağı kəndi ərazisindən 2.34 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 1.8 ha və 0.53 ha olmaqla kənd ərazisində ayrı-ayrı yerlərdən verilmişdir. 1.8 ha torpaq sahəsi bir müddət istifadəsiz qadığından cavabdeh həmin torpaq sahəsini zəbt edərək orada ev inşa etmiş və bununla yanaşı onun kənd təsərrüfat təyinatlı torpağın təyinatını qanunsuz olaraq dəyişərək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh ona məxsus pay torpaq sahəsini uzun müddət təyinata uyğun olmayan şəkildə istifadə etdiyi üçün ona ziyan vuraraq əkin üçün yararsız hala gətirmiş, nəticədə ona 2000 manat maddi ziyan dəymişdir. Dəfələrlə cavabdehdən ona məxsus pay torpaq sahəsini zəbt etdiyi hissəsindən çıxmasını və ona vurduğu 2000 manat maddi ziyanı tələb etsə də, cavabdeh onun tələbinə əməl etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarlarından öncə onun və ailə üzvlərinin istifadəsində olmuşdur. Beləki, iddiaçının söküntüsünü tələb etdiyi ev 1990-cı ildə inşa olunmuşdur. Sözügedən torpaq sahəsinə və mənzilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə № ********** saylı qeydiyyat nömrəli çıxarış və reyestr nömrəsi **********68-10301 saylı fərdi yaşayış evinin Texniki Pasportu verilmişdir. Sözügedən torpaq sahəsi və mənzil qanuni olaraq onun mülkiyyətindədir. Hesab edir ki, iddia əsassız və qanunsuzdur. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş X3 izahatında bildirmişdir ki, Elektron baza məlumatlarından təqdim olunan Torpaqların elektron kadastrı uçotu xəritəsində göstərilən JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Zərdab rayonu Allahqulubağı kəndi ərazisində yerləşən 2.34 ha torpaq sahəsinin 1.80 ha (JN-0029C) sahəsinin 0.0128 ha hissəsinin Cavabdeh istifadə etdiyi məlum olmuşdur. Lakin, **********68 nömrəli Çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi, JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Zərdab rayonu Allahqulubağı kəndi ərazisində yerləşən 2.34 ha torpaq sahəsinin (JN-0029C) hissəsi ilə üst-üstə düşmədiyi məlum olmuşdur. Mülki işdə olan sənədlər: İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-0029 KOD 90501018 nömrəli Dövlət Aktından görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Allahqulubağı kənd ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.34 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışın surətindən görünür ki, Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Allahqulubağı kənd ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-6/2024 saylı məktubla göndərilən mütəxəssi rəyindən görünür ki, Elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr uçotu xəritəsində göstərilən JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.34 ha torpaq sahəsinin 1.80 ha (JN-0029C) hissəsinin 0.0128 ha torpaq sahəsindən Cavabdeh istifadə etdiyi məlum olmuşdur. Əlavə olaraq bildirilir ki, **********68 nömrəli çıxarışla X1 mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.34 ha torpaq sahəsinin 1.80 ha (JN- 0029C) hissəsi ilə üst üstə düşmür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/691 nömrəli, xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr uçotu xəritəsində göstərilən JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.34 ha torpaq sahəsinin 1.80 ha (JN-0029C) hissəsinin 0.0128 ha torpaq sahəsindən Cavabdeh istifadə etdiyi məlum olmuşdur. Əlavə olaraq bildirilir ki, **********68 nömrəli çıxarışla X1 mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi JN-0029 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.34 ha torpaq sahəsinin 1.80 ha (JN-0029C) hissəsi ilə üst üstə düşmür. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 3-cü bəndinə əsasən Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 saylı qərarına əsasən iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Allahqulubağı kəndi ərazisindən 2.34 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi 1.8 ha və 0.53 ha olmaqla kənd ərazisində ayrı-ayrı yerlərdən verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinin 1.8 ha hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsə də, heç bir nəticəsi olmamış, ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması gedişində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və müəyyən olunmuşdur ki, Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 11 saylı qərarına əsasən iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsinin yalnız 0.0128 ha hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında tədqiq edilən Torpağa Mülkiyyət Hüququna dair JN-0029 KOD 90505068 nömrəli Dövlət Aktına və məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/691 saylı, xx.xx.2024-cü il tarixli rəyinə, həmçinin işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə əldə olunmuş 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi və məhkəmə tikinti-texniki ekspertizasının müvafiq ekspert rəyi onu deməyə əsas verir ki, iddiaçı iddiasında (torpaq sahəsinin zəbt olunması hissəsində) qismən haqlıdır. Belə ki, təqdim olunmuş mütəxəssis və ekspert rəylərində Zərdab rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.34 ha pay torpaq sahəsinin 1.80 ha (JN-0029C) sahəsinin 0.0128 ha hissəsinin Cavabdeh faktiki olaraq istifadəsində olduğu məlum olmuşdur. Buna əsasən də məhkəmə hesab edir ki, İddiaçı cavabdehin ona və ailə üzvlərinə məxsus pay torpaq sahəsindən çıxarılması hissəsində qismən haqlıdır. Lakin məhkəmə iddianı “torpaq sahəsi üzərində inşa olunmuş mənzilin cavabdehin hesabına sökülməsi və pul” tələbi olan hissədə əsaslı saymır. Belə ki, işdə olan mütəxəssis rəyi, məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyi və məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş X2 izahatından məlum olur ki,Cavabdeh faktiki olaraq mülkiyyətində olan 108 kv.m mənzilin yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətidir və iddiaçının zəbt olunmuş 0.0128 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Eyni zamanda məhkəmə iddiaçının torpaq sahəsinin təyinatından kənar istifadə olunmasına görə torpaq sahəsinə 2000 (iki min) manat ziyanın dəyməsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə də rədd olunmalıdır. Belə ki, iddiaçı torpaq sahəsinə hansı şəkildə ziyan vurulduğunu və cavabdehdən tələb olunan məbləğin hansı əsaslarla hesablanmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir.Həmçinin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən zəbt olunmuş 0.0128 ha pay torpaq sahəsi təyinatından kənar məqsədlərlə istifadə olunmur və hazırda boş sahə olaraq cavabdehin istifadəsindədir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərzəsində dövlət rüsumunu tələb etmədiyi üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin olunsun: Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli,11 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə Zərdab rayonu Allahqulubağı kəndi ərazisində verilmiş 2.34 ha torpaq sahəsinin 1.80 ha (JN-0029C) sahəsinin 0.0128 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar