Məhkəmə qərarları › İş №2(035)-214/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-214/2023

19.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-214/2023 19.05.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “evdən çıxarılma tələbi”nə dair iddiası üzrə mülki işə 19 may 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun xüsusi mülkiyyətində olan Zərdab rayon Yuxarı Seyidlər kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən məcburi olaraq çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasına gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və185.6-cı maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 onun doğma qardaşı, Cavabdeh2 isə qardaşı Əlövsətin arvadı, Cavabdeh3 və Cavabdeh4 isə onların qızlarıdır. X4 xx.xx.2008-ci ildə, anası X5 isə xx.xx.2020-ci ildə vəfat etmişdir. X4 və anası X1 Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi, 3.15 ha pay torpaq sahəsi və ümumi sahəsi 83.83 kv.metr, yaşayış sahəsi 48 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. Anası sözügedən miras əmlaklarını ona vəsiyyət etmiş və onun tərəfindən miras əmlakları miras kimi qəbul edilməsi faktı Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir. Hazırda sözü gedən əmlakına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli, Çıxarış almışdır. Cavabdehlər hal-hazırda sözügedən evdə və həyətdə yaşamağa davam edirlər. Onun tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq heç-bir nəticə olmamışdır.Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun doğma qardaşıdır. X4 xx.xx.2008-ci ildə, anası X5 isə xx.xx.2020-ci ildə vəfat etmişdir. Valideyinlərindən Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi, 3.15 ha pay torpaq sahəsi və ümumi sahəsi 83.83 kv.metr, yaşayış sahəsi 48 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. İddiaçı iddia edir ki, sözügedən həyətyanı torpaq sahəsini və evi anası tərəfindən verilmiş vəsiyyətnaməyə uyğun olaraq miras əmlakı olaraq qəbul etmişdir. Lakin, iddiaçının anası tək Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən sözügedən fərdi yaşayış evini hazırkı iddiaçıya vəsiyyət etmişdir. Qalan miras əmlakların, ev istisna olmaqla yəni Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi, 3.15 ha pay torpaq sahələrinin onun tərəfindən miras kimi qəbul edilməsi faktı Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-66/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmişdir. Ondan sonra sözügedən miras əmlakların, yəni fərdi yaşayış evinin və torpaq sahələrinin hazırkı iddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-442/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmişdir. Sözügedən evdə və həyətdə hazırda özü və iş üzrə digər cavabdehlər olan arvadı Aynurə və uşaqları Arzu və Mələk yaşayırlar.Yaşamaq üçün başqa yerləri yoxdur. O, hesab edir ki, mərhum anası iddiaçıya həyətyanı torpaq sahəsini yox yalnız evi vəsiyyət etmişdir. Ona görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İşdə olan Zərdab rayon,Yuxarı Seyidlər kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2008-ci ildə ölmüşdür. İşdə olan Zərdab rayon,Yuxarı Seyidlər kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan xx.xx.2013-cü il tarixli vəsiyyətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon Yuxarı Seyidlər kəndində yaşayan X5 ölən günədək ona məxsus olan Zərdab rayon,Yuxarı Seyidlər kəndində yerləşən fərdi yaşayış evini oğlu İddiaçı (hazırkı iddiaçıya) vəsiyyət etmiş, digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-685/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnamənin surətindən görünür ki, hazırki Cavabdeh1 X3 (iddiaçının anasına) məxsus olan Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh1 həmin evdən çıxarılması qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-174/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamənin surətindən görünür ki, X2 iddiası təmin edilmiş, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə X3 məxsus Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilməsi və həmin evdən məcburi çıxarılması qət edilmiş, Cavabdeh2 X3 qarşı “yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsinə” dair qarşılıqlı iddiası isə təmin edilməmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-66/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş X8 və xx.xx.2020-ci ildə vəfat etmiş X1 miras qalmış Zərdab rayonuYuxarı Seyidlər kəndində yerləşən Aqrar İslahat Komissiyasının 21 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin və 3.15 ha pay torpaq sahəsinin miras qoyanlara aid hissəsinin iddiaçı Cavabdeh1 tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu Yuxarı Seyidlər kəndində İddiaçı xüsusi mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi və 3.15 ha pay torpaq sahəsi və ümumi sahəsi 83.83 kv.metr, yaşayış sahəsi 48 kv.metr olan fərdi yaşayış evi verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 184.2-ci maddəsinə görə hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və tədqiq edilən iş materialları ilə müəyyən olundu ki, Cavabdeh1 iddiaçının doğma qardaşı, Cavabdeh2 isə qardaşı Cavabdeh1 arvadı, Cavabdeh3 və Cavabdeh4 isə cavabdehin qızlarıdır. Tərəflərin valideyinləri vəfat etmiş və onlardan Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi, 3.15 ha pay torpaq sahəsi və ümumi sahəsi 83.83 kv.metr, yaşayış sahəsi 48 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. İddiaçı anası sözügedən miras əmlakını ona vəsiyyət etmiş və İddiaçı tərəfindən miras əmlakı miras kimi qəbul edilməsi faktı Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixıi qətnaməsinə əsasən müəyyən edilmişdir. Sözü gedən həyətyanı torpaq sahəsinə və evə İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli, Çıxarış almışdır. Laklin, cavabdeh Əsədov X6 Rayon Məhkəməsinin 2(035)-66/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən sözü gedən miras əmlakı yəni, Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən Aqrar İslahat Komissiyasının 21 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin və 3.15 ha pay torpaq sahəsinin miras əmlakı olaraq qəbul etməsi faktı təstiq olunsada bu barədə heç-bir hüquq müəyyən edici sənəd almamışdır. İddiaçı məcburiyyət qarşısında qalaraq özünə məxsus sözügedən evdən çıxıb hazırda Bakı şəhərində kirayə yaşamağa məcbur olmuşdur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair xx.xx.2208-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsində əks olunmuş“ mülkiyyətçinin razılığı” müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı vəbu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığının” yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.“İnsan hüquqları vəəsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, yuxarıda qeyd olunan normaları rəhbər tutaraq hesab edir ki, haqqında mübahisə qaldırılan Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 83.83 kv.metr, yaşayış sahəsi 48 kv.metr olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli, Çıxarışına əsasən İddiaçı mülkiyyətçi olduğundan hazırkı iş üzrə iddia tələbi həm qanuni, həm də faktiki əsası olduğundan onun iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “evdən çıxarılma tələbi”nə dair iddiası təmin edilməli və iddiaçı iddia ərizəsinə baxılması üçün ödədiyi dövlət rüsumunu tələb etmədiyi üçün həmin iddia ərizəsinə məhkəmədə baxılması üçün köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus Zərdab rayon Yuxarı Seyidlər kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılsınlar. Həmin iddia ərizəsinə məhkəmədə baxılması üçün köçürülmüş olan dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar