Məhkəmə qərarları › İş №2(035)-22/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-22/2024

12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-22/2024 12.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsin”nə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi) X12 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixdə dünyasını dəyişmiş mərhum anası X2 və xx.xx.2013-cü il tarixdə dünyasını dəyişmiş mərhum atası X4 qalan Zərdab rayonunun Qaravəlli kəndində yerləşən 1960-cı illərdə çiy kərpicdən tikilmiş (qəzalı vəziyyətdə), birmətəbəli, üçotaqlı, bir zal, kiçik bir mətbəxdən ibarət ümumi sahəsi 40 kv.metr, yaşayış sahəsi isə 28 kv.metr olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 20 sot həyətyanı torpaq sahəsi, xüsusi mülkiyyətində olan Zərdab rayonunun Qaravəlli kəndində yerləşən 1.1493 və 0.885 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən və ot damından ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X10 xx.xx.2013-cü il, atası X13 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişlər. Valideynlərinə son nəfəslərinədək özləri baxmışlar. Valideynlərindən Zərdab rayonunun Qaravəlli kəndində yerləşən 1960-cı illərdə çiy kərpicdən tikilmiş (qəzalı vəziyyətdə), birmətəbəli, üçotaqlı, bir zal, kiçik bir mətbəxdən ibarət ümumi sahəsi 40 kv.metr, yaşayış sahəsi isə 28 kv.metr olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 20 sot həyətyanı torpaq sahəsi, xüsusi mülkiyyətində olan Zərdab rayonunun Qaravəlli kəndində yerləşən 1.1493 və 0.885 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən və ot damından ibarət miras qalmışdır. Sözügedən miras əmlakları faktiki olaraq qəbul etsə də savadsızlıq səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Dövlət Notariat Kontoruna vaxtında müraciət etməmiş, prosessual müddəti ötürmüşdür. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2023-cü il tarixli məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçinin anası X10 xx.xx.2013-cü il tarixdə, atası X13 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Zərdab rayonu Qaravəlli kəndi ərazisində yerləşən, 1960-cı illərdə çiy kərpicdən tikilmiş (qəzalı vəziyyətdə), birmətəbəli, üçotaqlı, bir zal, kiçik bir mətbəxdən ibarət ümumi sahəsi 40 kv.metr, yaşayış sahəsi isə 28 kv.metr olan fərdi yaşayış evi , 20 sot həyətyanı torpaq sahəsi, ərizəçinin xüsusi mülkiyyətində, ərizəçinin və valideynlərinin (Abbas Abbasov və Zahra Abbasovanın) ümumi birgə payları olmaqla Qaravəlli kəndində yerləşən 1.1493 və 0.885 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən və ot damından ibarət miras qalmışdır. Ərizəçinin atası X13 özünə məxsus olan bütün əmlakını oğlu X5 vəsiyyət etmiş, digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Lakin sözügedən miras əmlakları faktiki olaraq ərizəçi qəbul etmiş və X8 buna etiraz etməmiş, etibarnamə də vermişdir. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab rayonu Qaravəlli kəndində yerləşən 1.1493 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2023-cü il, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi Ərizəçi, X13 və X6 ümimi birgə mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab rayonu Qaravəlli kəndində yerləşən 0.885 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2023-cü il, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi Ərizəçi, X13 və X6 ümimi birgə mülkiyyətindədir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-106A, KOD 90507028 olan Şəhadətnamədən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarı ilə Zərdab rayonu Qaravəlli kənd sakinləri X13, X11 və Ərizəçi mülkiyyətinə 0.20 ha həytyanı torpaq sahəsi verilmişdir. Həyətyanı sahənin Qaiməsində /Sertifikatı/həmin torpaq sahəsinin tikinti altında olan sahəsi 159.8 kv.m., yaşayış evi 103.8 kv.m., başqa tikintilər 56.0, ... kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə tərtib olunmuş vəsiyyətnamənin surətindən görünür ki, X13 ötən günədək ona məxsus olan Zərdab rayon ərazisində yerləşən bütün əmlakını, doğma oğlu X5 vəsiyyət etmiş, digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X10 xx.xx.2013-cü l tarixdə ölmüşdür. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X13 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Novosibirsk şəhər notariat dairəsinin notariusu X7 tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Etibarnamənin surətindən görünür ki, X1 rayonu Qaravəlli kəndində yerləşən ona mülkiyyət hüququ üzrə məxsus torpaq sahələri və yaşayış evi idarə etməyə və onların üzərində sərəncam verməyə, yaşayış evinə və torpaq sahələrinə sərbəst daxil olma icazəyə malik olmağa, qeyd olunmuş daşınmaz əmlakın saxlaması ilə əlaqədar xərcləri ödəməyə, bunun üçün bütün səlahiyyətli təşkilatlar və müəssisələrdə, dövlət inzibati, bələdiyyə orqanlarında, yerli hakimiyyət və özünü idarəetmə orqanlarında, istənilən hüquqi və fiziki şəxslər qarşısında onun nümayəndəsi olmağa, müxtəlif mülkiyyət formalı təşkilatlarda, idarələrdə ona, yuxarıda qeyd edilmiş əmlakın mülkiyyətçisinə kimi aid olan bütün məsələlər üzrə nümayəndəsi olmağa, ististənilən növ ərizələr təqdim etməyə, sorğular etməyə və onlara dair cavablar almağa, texniki sənədləri, informasiyanı, qətnamələri, sərəncamları, arayışları, çıxarışları və digər sənədləri almağa, zəruri ödənişlər etməyə, o cümlədən vergiləri, kommunal ödənişləri ödəməyə, onun əvəzinə imza etməyə və Nümayəndə yuxarıda qeyd edilmiş ünvan üzrə köçürmək və onu daimi qeydiyyat uçotuna almaq hüququ ilə yuxarıda qeyd edilmiş əmlakı özgəninkiləşdirməmək hüququ ilə, yuxarıda qeyd edilmiş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün formallıqları yerinə yetirməyi on il müddətinə Nümayəndə etibar etmişdir. İş materiallarında olan Zərdab rayon Dövlət Notariat Ofisi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 200 saylı məktubdan görünür ki, “Elektron Notariat” informasiya sistemində axtarış zamanı mərhum X14 və X3 miras qalmış heç bir miras əmlaklara dair vərəsəlik işi açılmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cü maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin anası X10 xx.xx.2023-cü il tarixdə, atası X13 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ərizəçinin valideynlərindən Zərdab rayonu Qaravəlli kəndində yerləşən 1960-cı illərdə çiy kərpicdən tikilmiş (qəzalı vəziyyətdə), birmətəbəli, üçotaqlı, bir zal, kiçik bir mətbəxdən ibarət ümumi sahəsi 40 kv.metr, yaşayış sahəsi isə 28 kv.metr olan fərdi yaşayış evi, 20 sot həyətyanı torpaq sahəsi, ərizəçinin xüsusi mülkiyyətində, ərizəçinin və valideynlərinin (Abbas Abbasov və Zahra Abbasovanın) ümumi birgə payları olmaqla Qaravəlli kəndində yerləşən 1.1493 və 0.885 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən və ot damından ibarət miras qalmışdır. Həmin miras əmlakları ərizəçinin atası X13 xx.xx.2013-cü il tarixli vəsiyyətnamə ilə doğma oğlu X5 vəsiyyət etmiş və digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Lakin həmin miras əmlakları faktiki olaraq hazırki Ərizəçi qəbul etmiş və hazırki günədək idarə edir. Ərizəçinin qardaşı Nəriman Abbasov sözügedən miras əmlakları vəsiyyətnamə əsasında atası Abbas Abbasov tərəfindən ona vəsiyyət edilsə də, ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etməmişdir. Miras əmlak barəsində vərəsəlik işi açılmamışdır. Miras əmlak barədə hər hansı bir mübahisə yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddalarını rəhbər tutaraq hesab edir ki, ərizə qanuni və əsaslıdır. Ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli və sözügedən miras əmlakların ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X13 və X2 miras qalmış Zərdab rayonunun Qaravəlli kəndində yerləşən 1960-cı illərdə çiy kərpicdən tikilmiş (qəzalı vəziyyətdə), birmətəbəli, üçotaqlı, bir zal, kiçik bir mətbəxdən ibarət ümumi sahəsi 40 kv.metr, yaşayış sahəsi isə 28 kv.metr olan fərdi yaşayış evi, 20 sot həyətyanı torpaq sahəsi, 1.1493 ha və 0.885 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ot damının Ərizəçi Məlik oğlu tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar