Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-253/2025 09.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “ZX7rşı “İstifadə olunmamış məzuniyyət günlərinin kompensasiya olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn öhdəliklər) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X11 nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “x” X6rşı “İstifadə olunmamış məzuniyyət günlərinin kompensasiya olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “x” X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2021-2022- 2023-cü illər ərzində istifadə olunmamış əsas məzuniyyət günlərinin kompensasiya olunaraq pul şəklində cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,cavabdehlə aralarında xx.xx.2014cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Sözü gedən əmək müqaviləsinə əsasən iddiaçı Zərdab rayon Mərkəzi xəstəxanasına “Tibb bacısı” vəzifəsinə təyin olunmuşdur. Cavabdeh iddiaçının 2021-2022-2023-cü illər ərzində əmək məzuniyyəti hüququndan istifadə etməsinə şərait yaratmamışdır. Buna əsasəndə iddiaçı 3 il ərzində məzuniyyət hüququndan istifadə etmədən fasiləsiz olaraq çalışmışdır. Bununla bağlı sonradan cavabdehə müraciət edərək istifadə olunmamış əmək məzuniyyəti günlərinin kompensasiya olunmasını xahiş etsədə lakin cavabdeh müraciətindən imtina etmişdir. Sonradan sözü gedən məsələ ilə bağlı mediasiyaya müraciət etsədə cavabdeh mediasiya prosesindədə iştirak etməmişdir. Cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll edə bilmədiyi üçün hazır ki, ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki,məhkəmədən iddianın təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək izahatında bildirmişdir ki,cavabdehlə aralarında xx.xx.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Sözü gedən əmək müqaviləsinə əsasən o, Zərdab rayon Mərkəzi xəstəxanasına “Tibb bacısı” vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinə əsasən hər təqvim ili üçün 30 gün əsas əmək məzuniyyəti hüququ yaranmışdır. Cavabdeh onun 2021- 2022-2023-cü illər ərzində əmək məzuniyyəti hüququndan istifadə etməsinə şərait yaratmamışdır. Buna əsasəndə o, 3 il ərzində məzuniyyət hüququndan istifadə etmədən fasiləsiz olaraq çalışmışdır. Bununla bağlı sonradan cavabdehə müraciət edərək istifadə olunmamış əmək məzuniyyəti günlərinin kompensasiya olunmasını xahiş etsədə lakin cavabdeh orqan müraciətindən imtina etmişdir. Sonradan sözü gedən məsələ ilə bağlı mediasiyaya müraciət etsədə cavabdeh mediasiya prosesindədə iştirak etməmişdir. Cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll edə bilmədiyi üçün hazır ki,ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki,məhkəmədən iddianın təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X11 nümayəndəsi X4 iddianı qəbul edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Əmək Müqaviləsindən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı “Tibb bacısı” vəzifəsinə təyin olunmuşdur. Müqavilə şərtlərinə əsasən əsas məzuniyyət günlərinin müddəti 30 təqvim günü müəyyən olunur. İşdə olan mediator X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞŞ/MT018/2025- 00104 nömrəli X1 İştirak edilməməsi barədə Arayışdan müəyyən olunur ki, iddiaçı işin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etsədə lakin cavabdeh şəxs mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli etibarnamədən müəyyən olunur ki,X4 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X11 səlahiyyətli nümayəndəsidir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 26-cı maddəsinin 1-ci hissəsinə görə Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 37-ci maddəsinin 2-ci hissəsinə görə Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 9-cu maddəsinin “x” bəndinə əsasən hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 110.1-ci maddəsinə əsasən İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 113.1-ci maddəsinə əsasən Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. 113.3-cü maddəsinə əsasən Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. 135.1-ci maddəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. 135.2-ci maddəsinə əsasən İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və tədqiq edilən iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinə əsasən iddiaçı “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə “Tibb bacısı” vəzifəsinə təyin olunmuşdur. İddiaçının, əmək müqaviləsinə əsasən hər təqvim ili üçün 30 gün əsas əmək məzuniyyət hüququ olsada cavabdeh iddiaçının məzuniyyət günlərindən istifadəsinə şərait yaratmamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının iddiası əmək müqaviləsi öhdəliklərindən irəli gəlməklə yanaşı hüquqlarının müdafiəsi məqsədini daşıyır. Eyni zamanda iddia hüquqi baxımdan əsaslıdır. Belə ki,cavabdeh orqan məzuniyyət günlərinin istifadə olunmasına şərait yaratmamışdır. Buna əsasəndə ümumilikdə iddiaçının 3 ili ərzində istifadə olunmamış məzuniyyət günləri yığılmışdır. İddiaçının məzuniyyət günlərinin əvəzinin pul ilə kompensasiya olunması təklifinə isə cavabdeh orqan münasibət bildirməmişdir. Belə ki,işdə olan mediasiya arayışındanda müəyyən olunur ki, cavabdeh mediasiya bildirişini alsada lakin prosesdə iştirak etməmişdir. Bundan əlavə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul edərək məzuniyyət günlərinin əvəzinin pul ilə kompensasiya olunmasına etiraz etməmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki,iddia əsaslı olduğundan və tərəflər arasında iddianın təmin olunmaması ilə bağlı hər hansı mübahisə olmadığından iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14.2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. İddiaçı 2021-2022-2023-cü illər ərzində istifadə olunmamış əsas məzuniyyət günlərinin əvəzi kompensasiya olunaraq pul şəklində cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-253/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-253/2025
09.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver