Məhkəmə qərarları › İş №2(035)-254/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-254/2025

17.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-254/2025 17.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “İşə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmək mübahisəsi) Zərdab Rayon Məhkəməsi Hakim: X8 oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İşə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Dövlət X9 direktoru tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli № 3-22-3-63/3-1- 38/2024 nömrəli əmrin ləğv olunaraq əvvəlki iş yeri və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Zərdab Rayon Dövlət X10 baş mütəxəssiz-sürücü vəzifəsinə təyin olunmuşdur. 2024-cü ildə 46 günlük əmək məzuniyyəti hüququ yarandığından 46 gün müddətinə əmək məzuniyyətinə çıxmışdır. İşdə olma tarixi xx.xx.2024-cü il müəyyən olunmuşdur. Əmək məzuniyyətinə çıxdıqdan sonra istirahət məqsədi ilə Rusiya Federasiyasına getmişdir. Bildirir ki, Rusiya Federasiyasında olan zaman yıxılaraq zədə almış və buna əsasən də yerimə qabiliyyətini itirərək hərəkət edə bilməmişdir. Məlumat üçün qeyd edir ki,hazırdada yerimə qabiliyyəti tam bərpa olunmayıb. Tibb müəssəsində müalicə alan zaman iş yeri ilə əlaqə saxlayaraq onlara yıxılmağı barədə məlumat vermiş və eyni zamanda işə gələ bilmədiyinə görə həkim rəyini göndərəcəyini bildirmişdir. Buna əsasən xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə X7 X15 Klinik Xəstəxanası tərəfindən verilmiş Ambulator,stasionar xəstənin tibb kartasından Çıxarışları və xəstəliyə görə əlavə məzuniyyətin verilməsinə dair ərizəni poçt vasitəsi ilə iş yerinə ünvanlamışdır. Lakin cavabdeh orqan əsassız olaraq xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin “72.a” maddəsində sadalanan halda əmək vəzifələrini kobud şəkildə pozulması) əsasən xitam vermişdir. Hesab edir ki,cavabdeh tərəfindən qəbul olunmuş № 3-22-3-63/3-1-38/2024 nömrəli əmr əsassızdır və heç bir hüquqi əsası yoxdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir bildiriş göndərilmədən və xəstəlik kağızları nəzərə alınmadan işdən azad olunmuşdur. Buna əsasən hazır ki,ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaya etiraz: Cavabdeh iddiaya etiraz təqdim edərək iddiaçı tərəfindən verilmiş iddianın əsassız hesab olunmasını məhkəmədən xahiş etmişdir. Etirazını iddiaçının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək iş günləri ərzində işəgötürənə yazılı və şifahi məlumat vermədən və üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməməsi, bununla bağlı iddiaçıya rəsmi bildirişlərin göndərilməsi və Zərdab DAİM-də fəaliyyət göstərən X11 X2 Cavabdeh İlk Həmkarlar İttifaqı Komitəsinin razılığının alınması şərti ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əsaslandırmışdır. Eyni zamanda qeyd etmişdir ki,iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsədə lakin iddiaçı tərəfindən xarici ölkədən göndərilmiş xəstəlik kağızları tərcümə olunmamış şəkildə Zərdab DAİM-ə xx.xx.2024-cü il tarixdə yəni işdən azad olunma barədə əmrdən 1 gün sonra daxil olmuşdur. Buna əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş edir. İş üzrə vəsatətlər Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tədbiq olunması barədə vəsatət təqdim edərək iddia müddətinin tədbiq olunmasını məhkəmədən xahiş etmişdir. Vəsatətində ƏM-nin 296-cı maddəsinə istinad edərək bildirmişdir ki, işə bərpa tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş 1 ay müddət cavabdeh tərəfindən üzürsüz səbəbdən ötürülmüşdür. Bu səbəbdən iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərdab Rayon Dövlət X10 baş mütəxəssiz-sürücü vəzifəsinə təyin olunmuşdur. İddia ərizəsindən texniki səhv olaraq 46 gün göstərsədə əslində 39 günlük əmək məzuniyyəti hüququ yarandığından 39 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxmışdır. İşdə olma tarixi xx.xx.2024-cü il müəyyən olunmuşdur. Əmək məzuniyyətinə çıxdıqdan sonra istirahət məqsədi ilə Rusiya Federasiyasına getmişdir. Bildirir ki,Rusiya Federasiyasında olan zaman yıxılaraq zədə almış və buna əsasən də yerimə qabiliyyətini itirərək hərəkət edə bilməmişdir. Məlumat üçün qeyd edir ki,hazırdada yerimə qabiliyyəti tam bərpa olunmayıb. Tibb müəssəsində müalicə alan zaman iş yeri ilə WhatsApp vasitəsi ilə əlaqə saxlayaraq onlara yıxılmağı barədə məlumat vermiş və eyni zamanda işə gələ bilmədiyinə görə həkim rəyini göndərəcəyini bildirmişdir. Buna əsasən xx.xx.2024-cü il,xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə X7 X15 Klinik Xəstəxanası tərəfindən verilmiş Ambulator,stasionar xəstənin tibb kartasından Çıxarışları və xəstəliyə görə əlavə məzuniyyətin verilməsinə dair ərizəni poçt vasitəsi ilə iş yerinə ünvanlamışdır. Lakin cavabdeh orqan əsassız olaraq xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin “72.a” maddəsində sadalanan halda əmək vəzifələrini kobud şəkildə pozulması) əsasən xitam vermişdir. Hesab edir ki,cavabdeh tərəfindən qəbul olunmuş № 3-22-3-63/3-1-38/2024 nömrəli əmr əsassızdır və heç bir hüquqi əsası yoxdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir bildiriş göndərilmədən və xəstəlik kağızlarım nəzərə alınmadan işdən azad olunmuşdur. Buna əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Nümayəndə2 etiraz ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan İddiaçı məxsus ******* saylı Əmək Kitabçasının surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə cavabdeh Zərdab DAİM arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan X7 X15 Klinik Xəstəxanası tərəfindən verilmiş və “İdeya” tərcümə mərkəzi tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş xx.xx.2024-cü il tarixli, 25.10. 2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Ambulator,stasionar xəstənin tibb kartasından müəyyən olunur ki, iddiaçıya soldan 1.5 dərəcəsinə basaraq, onurğa bel hissəsinin oxteoxondrozu diaqnozu qoyulmuşdur. İş materiallarında olan mediator X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞŞ/MT018/2024-00003 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən olunur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etmiş lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli 3-22-3-63/2-40/2024 saylı Təqdimatdan müəyyən olunur ki, cavabdeh X11 X3 Cavabdeh İlk Həmkarlar İttifaqı Komitəsinin sədrinə müraciət edərək İddiaçı əmək intizamı qaydalarını pozduğu üçün münasibət bildirmələrini xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya bildiriş göndərilərək işə çıxmamağının səbəbləri barədə rəsmi məlumat verməsi tələb olunmuşdur. Əks halda onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi haqqında xəbərdar olunmuşdur. İşdə olan X11 X3 Cavabdeh İlk Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar iclasının xx.xx.2024-cü il tarixli 01 nömrəli protokolundan çıxarışa əsasən mərkəzin Maliyyə-təsərrüfat sektorunun baş mütəxəssis sürücüsü İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğunu nəzərə alaraq,onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə ittifaq üzvləri razılıq vermişdir. İşdə olan № 3-22-3-63/3-1-38/2024 saylı Əmrdən müəyyən olunur ki,iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 18 sentyabr 2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdə olan 28 fevral 2025-ci il tarixli 3-22-3-63/3-7-1/2025 saylı etibarnamədən müəyyən olunur ki, Cavabdeh Maliyyə-təsərrüfat sektorunun böyük məsləhətçisihüquqşunas Nümayəndə2 cavabdehin səlahiyyətli nümayəndəsidir. İşdə olan iddiaçıya məxsus C05031048 saylı xarici pasportun surətindən müəyyən olunur ki,iddiaçı xx.xx.2024-cü il tarixdə ölkədən çıxmış xx.xx.2024-cü il tarixdə isə ölkəyə qayıtmışdır. İşdə olan 02 sentyabr 2024-cü il tarixli, 03 sentyabr 2024-cü il tarixli, 04 sentyabr 2024-cü il tarixli, 05 sentyabr 2024-cü il tarixli, 06 sentyabr 2024-cü il tarixli, 09 sentyabr 2024-cü il tarixli, 10 sentyabr 2024-cü il tarixli, 11 sentyabr 2024-cü il tarixli, 12 sentyabr 2024-cü il tarixli, 13 sentyabr 2024-cü il tarixli, 16 sentyabr 2024-cü il tarixli, 17 sentyabr 2024-cü il tarixli və 18 sentyabr 2024-cü il tarixli aktlardan müəyyən olunur ki, İddiaçı qeyd olunan tarixlərdə tam iş günü ərzində işə gəlməmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 26.1-ci maddəsinə əsasən Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60.1-ci maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən Vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Həmin Məcəllənin 189.2-ci maddəsinə əsasən İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 294.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 294.3-cü maddəsinə əsasən Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Məhkəmənin mövqeyi:

Məhkəmə proses iştirakçılarının izaһatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğunda təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Hazır ki, iş üzrə ilk öncə məhkəmə cavabdehin müddətin tədbiqinə dair ərizəsinə münasibət bildirərək bildirir ki, iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). İş materiallarındanda müəyyən olunduğu kimi iddiaçı xx.xx.2024-cü il tarixdə ölkəni tərk etmiş və xx.xx.2024-cü il tarixdə ölkəyə geri dönmüşdür. xx.xx.2024-cü il tarixdə isə cavabdeh orqana mediasiya təklifi yollayaraq mübahisənin məhkəmədən kənar qaydada həll olunmasına çalışmışdır. xx.xx.2024-cü il tarixdə isə mediasiya təşkilatına ərizə ilə müraciət edərək müraciətinin qeydə alınmasını xahiş etmişdir. Mülki Məcəllənin 379.1.6-cı maddəsində imperativ norma kimi göstərilmişdir ki, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.İddia müddətinin axını dayandırılır: Eyni zamanda məhkəmə qeyd edir ki, İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış xx.xx.2025-ci il tarixdə iddiaçıya verilmişdir. İddiaçıda arayış əsassında hazır ki,iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Buna əsasən məhkəmə cavabdehin müddətin ötürülməsinə dair vəsatətini əsaslı hesab etməyərək bildirir ki,iddia müddəti iddiaçının ölkə ərazisində olduğu müddətdən hesablanmalıdır. İş materialları ilə sübut olunur ki,iddiaçı ölkəyə daxil olduqdan bir neçə gün sonra hüquqlarının müdafiəsi üçün prosessual normalara uyğun olaraq ilk öncə mediasiya təşkilatına sonra isə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatında iddiaçının xəstəlik kağızından məlumatsız olmaları və xəstəlik kağızının əmək müqaviləsinə xitam verilməsindən bir gün sonra gəlməsi məsələsinə münasibətdə bildirir ki, cavabdeh xəstəlik kağızının bir gün sonra gəlməsini bildirsədə lakin bununla bağlı müvafiq sübutları (müraciətlərin qeydə alınması kitabından çıxarış və s) məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə məsələyə məntiqi qiymət verərək bildirir ki,iddiaçı xəstəlik vərəqəsini poçt vasitəsilə cavabdehə göndərmişdir.Rusiya Federasiyasından ölkəmizə xüsusilədə Zərdab rayonuna çatdırılma müəyyən gecikmələrin və ya ləngimələrin olması ağlabatandır. İddiaçıya göndərilən bildirişlərin şəxsən iddiaçı tərəfindən imza çəkilərək alınması məsələsi isə həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xarici pasportun surətindən müəyyən olunur ki, məktublar göndərilən zaman iddiaçı ölkə xaricində olmuşdur. Lakin kimsə onun yerinə imza çəkərək cavabdeh tərəfindən göndərilən məktubları qəbul etmişdir. Xəstəlik kağızlarının Azərbaycan qanunvericiliyinə uyğun tərtib olunmamasına münasibətdə isə məhkəmə bildirir ki, iddiaçı xəstəlik kağızlarını poçt vasitəsi ilə cavabdehə təqdim edən zaman ölkə xaricində olduğundan və xəstəlik kağızlarını qanunvericiliyə uyğun standartlaşdıraraq təqdim etməsi onun imkanları xaricində olduğundan cavabdehin bu arqumentidə əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə” dair 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Zərdab Rayon Dövlət X9 direktoru tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli № 3-22-3- 63/3-1-38/2024 nömrəli əmr ləğv olunaraq iddiaçı əvvəlki iş yeri və vəzifəsinə bərpa olunmalı və məcburi iş buraxmaya görə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq

Qət etdi:

İddia təmin olunsun. Cavabdeh direktoru Nazim Hüseynov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli № 3-22-3-63/3-1-38/2024 nömrəli əmr ləğv olunsun. İddiaçı Cavabdeh Maliyyə-təsərrüfat sektorunun baş mütəxəssiz sürücüsü vəzifəsinə bərpa olunsun. Cavabdeh tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

HAKİM: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar