Məhkəmə qərarları › İş №2(035)-285/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-285/2025

12.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-285/2025 12.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh x1 qarşı “maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maneənin aradan qaldırılması tələbi) X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh x1 sədri X1 iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh x1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonunun Çallı kəndində yerləşən Zərdab rayonu Çallı Bələdiyyəsnin 29 sentyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə və 29 sentyabr 2007-ci il tarixli, 09 saylı icarə müqaviləsi ilə 50 (əlli) il müddətinə icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 24,7 ha və 28,7 ha (53,4 hektar) torpaq sahələrindən istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmasını, icarəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 28,7 ha və 24,7 ha (53,4 ha) hissələrinin ona təhvil verilməsini və ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, x1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 86.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Mövcud icarə müqaviləsi ilə onun icarəsinə verilmiş 86,0 ha torpaq sahəsindən 53,4 hektarı Çallı Bələdiyyəsi tərəfindən ona təhvil verilməsi təmin olunmamış və onun icarəsində olan 261743 qeydiyyat nömrəli 28,7 ha və AN 397642 saylı dövlət qeydiyyatı olan 24,7 ha torpaq sahəsi bu günə kimi onun istifadəsinə verilməmişdir. Zərdab rayonunun Çallı kəndində yerləşən Zərdab rayonu Çallı Bələdiyyəsnin 29 sentyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə və 29 sentyabr 2007-ci il tarixli, 09 saylı icarə müqaviləsi ilə 50 (əlli) il müddətinə icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 24,7 hektar və 28,7 hektar (53,4 hektar) torpaq sahələrindən istifadə etməyinə cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılmalıdır. Bununla əlaqədar onun tərəfindən Çallı Bələdiyyəsinə rəsmi və şifahi qaydada müraciətlər etsələr də, cavabdeh tərəfindən bu vaxta kimi torpaq sahəsinin ona verilməsi təmin edilməmiş və üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Ona görə də, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, x1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 86.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İddiaçı icarəsində olan torpaq sahələrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** Qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı və ********** Qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli nömrəli Çıxarışlar almışdır. Mövcud icarə müqavilələri ilə icarəçiyə verilmiş torpaq sahələri verilən gündən bu günədək, 27.2 ha ona, 28.7 ha və 24.7 ha iddiaçının icarəsinə verilmişdir. Lakin, bugünədək 86,0 ha torpaq sahələri Çallı Bələdiyyəsi tərəfindən təhvil verilməsi təmin olunmamışdır. İddiaçının icarəsində olan 261743 qeydiyyat nömrəli, 28,7 ha və AN 397642 saylı dövlət qeydiyyatı olan 24,7 ha torpaq sahəsi bu günə kimi iddiaçının istifadəsinə verilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfəfindən Çallı Bələdiyyəsinə rəsmi qaydada və dəfələrlə şifahi qaydada müraciət etsələr də, Çallı Bələdiyyəsi bu vaxta kimi torpaq sahəsini iddiaçının istifadəsinə verilməsini təmin etməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərini pozaraq, icarə müqaviləsinin bağlanmasından 18 il keçməsinə baxmayaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən dəfələrlə rəsmi və şifahi müraciətlərə baxmayaraq bugünədək bir nəticə əldə olunmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Zərdab rayon Çallı Bələdiyyəsinin sədri X2 iddianı qəbul edərək izahatında bildirmişdir ki, Zərdab rayonu Çallı kəndi ərazisində Çallı kənd bələdiyyəsinin mülkiyyətində 1665 ha torpaq sahəsi vardır. Bələdiyyənin xx.xx.2000ci il tarixli, 08 saylı qərarına əsasən həmin torpaq sahəsindən 86.0 hektarının 50 il müddətinə hazırkı iddiaçının istifadəsinə ayrılması qərara alınmış və həmin qərar əsasında tərəflər arasında xx.xx.2007-ci il tarixli icarə müqaviləsi bağlanaraq 86.0 ha torpaq sahəsi 50 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə, 50 il müddətinə əkinçiliyin inkişafı üçün 86,0 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair icarə müqaviləsi bağlamışlar. Hazırda onun tərəfindən iddiaçının icarəsində olan torpaq sahəsinə heç-bir maneə yoxdur. İddianın təmin olunmasına etiraz etmir. Mülki işdə olan sənədlər: İşdə olan x1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 86.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli və RX ******* seriyalı Çıxarışın surətindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışa əsasən bağlanmış xx.xx.2007-ci il tarixli,icarə müqaviləsinə əsasən hazırkı İddiaçı Zərdab rayonu Çallı kəndi ərazisindən 28.7 ha torpaq sahəsi icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli nömrəli Çıxarışın surətindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışa əsasən bağlanmış xx.xx.2007-ci il tarixli,icarə müqaviləsinə əsasən hazırkı İddiaçı Zərdab rayonu Çallı kəndi ərazisindən 24.7 ha torpaq sahəsi icarəyə verilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci bəndinə əsasən Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 241.1-ci maddəsinə görə Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyəyə məxsusdur. 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tərbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. “X4rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquqAvropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin müdafiəsi təsirinə düşür. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunun: 22-ci maddəsinə əsasən icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, Zərdab rayonu Çallı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 86.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İddiaçı icarəsində olan torpaq sahələrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** Qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı və ********** Qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli nömrəli Çıxarışlar almışdır. Lakin, mövcud icarə müqavilələri ilə icarəçiyə verilmiş torpaq sahələri verilən gündən bu günədək, 27.2 ha ona, 28.7 ha və 24.7 ha iddiaçının icarəsinə verilsə də, lakin, bugünədək 53.4 ha torpaq sahələri Çallı Bələdiyyəsi tərəfindən təhvil verilməsi tam təmin olunmamışdır. Cavabdeh isə məhkəmə iclasında iddianı qəbul edərək onun tərəfindən iddiaçının icarəsində olan torpaq sahəsinə heç vaxt, heç-bir maneənin olmadığını və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, həmçinin işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. Zərdab rayonunun Çallı kəndində yerləşən Zərdab rayonu Çallı Bələdiyyəsnin 29 sentyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə və 29 sentyabr 2007-ci il tarixli, 09 saylı icarə müqaviləsi ilə 50 (əlli) il müddətinə İddiaçı icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 24,7 ha və 28,7 ha (53,4 hektar) torpaq sahələrindən istifadə etməsinə cavabdeh x1 tərəfindən törədilən maneə aradan qaldırılsın, 28,7 ha və 24,7 ha (53,4 ha) icarədə olan torpaq sahələri İddiaçı təhvil verilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar