Məhkəmə qərarları › İş №2(035)-31/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-31/2024

12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-31/2024 12.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi) X15 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum X6 və mərhum oğlu X2 Zərdab rayonu Xanməmmədli kəndində 0.05 ha həyətyanı torpaq sahəsi, 1.4873 ha və 4.91 ha pay torpaq sahəsi və Zərdab rayonu Xanməmmədli kəndində yerləşən bir mərtəbəli, iki otaqlı, 48 kv.metr yaşayış sahəsi, 38 kv.metr köməkçi sahəsindən ibarət fərdi yaşayış evi onun tərəfindən miras əmlak olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X6 və mərhum oğlu X2 Zərdab rayonu Xanməmmədli kəndində 0.05 ha həyətyanı torpaq sahəsi, 1.4873 ha və 4.91 ha pay torpaq sahəsi və Zərdab rayonu Xanməmmədli kəndində bir mərtəbəli, iki otaqlı, 48 kv.metr yaşayış sahəsi, 38 kv.metr köməkçi sahəsindən ibarət fərdi yaşayış evi miras qalmışdır. Sözügedən mirası faktiki olaraq qəbul etmiş, lakin mirasin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti üzürlü səbəbdən gecikdirmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Zərdab rayon Dövlət Notariat Ofisi ona imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2013-cü il tarixli məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, X6 xx.xx.2015-ci il tarixdə, oğlu X10 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X18 və oğlu X16 rayon Aqrar İslahat Komissiyasının 06 saylı, xx.xx.1998-ci il tarixli qərarı ilə Zərdab rayonu Xanməmmədli kəndi ərazisindən verilmiş 0.05 ha həyətyanı torpaq sahəsi, kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.4873 ha və 4.91 ha pay torpaq sahələri və əri X13 rayonu Xanməmmədli kəndində yerləşən bir mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 38 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. Miras qoyan Qurban Qurbanovun özü də daxil olmaqla oğlu X4, X10 (xx.xx.2018-ci ildə vəfat etmişdir), X11 və X3 ibarət vərəsələri vardır. Digər miras qoyan X10 həyat yoldaşından boşanmış, övladı da olmamışdır. Miras qalan əmlaklar onun tərəfindən faktiki olaraq miras kimi qəbul edilmişdir. Digər vərəsələr miras qalan əmlakların onun tərəfindən miras kimi qəbul edilməsinə razıdırlar. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair JN-077A kod 90505048 olan Şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə Zərdab rayonu Xanməmmədli kəndi ərazisində X14, Ərizəçi, X10, X11, X12 və X1 mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab rayonu Xanməmmədli kəndi ərazisində yerləşən 1.4873 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2023-cü il, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. X12, X11, X4, Ərizəçi, X10 və X14 həmin torpaq sahəsində ümumi birgə payları olmaqla hüquq sahibləridirlər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab rayonu Xanməmmədli kəndi ərazisində yerləşən 4.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2023-cü il, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. X12, X11, X4, Ərizəçi, X10 və X14 həmin torpaq sahəsində ümumi birgə payları olmaqla hüquq sahibləridirlər. İşdə olan Zərdab rayon İHB-nin Hüseynxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan Zərdab rayon İHB-nin Hüseynxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan Zərdab rayon İHB-nin Hüseynxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 85 saylı arayışından görünür ki, Ərizəçi mərhum X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir, onun arvadı Ərizəçi, oğlu X4, X10 (xx.xx.2018-ci il tarixdə vəfat etmişdir), X11 və X3 ibarət vərəsələri qalmışdır. İşdə olan Zərdab rayon İHB-nin Hüseynxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 86 saylı arayışından görünür ki, Ərizəçi oğlu X10 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, o, arvadından boşanmış, övladı yoxdur. İşdə olan X11, X12 və X4 tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onlar mərhum ataları X14 və mərhum qardaşları X2 miras qalmış əmlakların anaları Ərizəçi tərəfindən qəbul edilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. İşdə olan Rayonlar arası texniki inventarizasiya bürosu tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Zərdab rayonu Xanməmmədli kəndində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 487 kv.m, köməkçi sahəsi 38 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X9 məxsusdur. İş materiallarında olan Zərdab rayon Dövlət Notariat Ofisi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 91 saylı məktubdan görünür ki, “Elektron Notariat” informasiya sistemində axtarış zamanı mərhum X5 və X2 miras qalmış heç bir miras əmlaklara dair vərəsəlik işi açılmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cü maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin X6na və oğlu X7 məxsus Zərdab rayonu Xanməmmədli kəndində yerləşən Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsi, 1.4873 ha və 4.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və X9 məxsus Zərdab rayonu Xanməmmədli kəndində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 487 kv.m, köməkçi sahəsi 38 kv.m olan fərdi yaşayış evi olmuşdur. Ərizəçinin əri Qurban Qurbanov xx.xx.2015-ci il tarixdə, oğlu Zamin Qurbanov xx.xx.2018-ci il tarixdə ölmüşdür. Miras qoyanlar sözügedən miras əmlakları heç kimə vəsiyyət etməmişlər. Miras qoyan X8 ərizəçi də daxil olmaqla oğlu X4, X10(xx.xx.2018-ci ildə vəfat etmişdir), X11 və X3 ibarət qanun üzrə birinci növbəli vərəsələri vardır. Miras qoyan X10 isə boşanmış, övladı da olmamışdır. Vərəsələrdən hazırkı Ərizəçi sözügedən miras əmlakları faktiki qəbul etmişdir. Digər vərəsələr nə faktiki, nə də ki, notariusa ərizə vermək yolu ilə mirası qəbul etməmişlər. Miras əmlaklar barəsində vərəsəlik işi açılmamışdır. Digər vərəsələr məhkəməyə ərizə göndərərək mirasın ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etməmişlər. Miras əmlaklar barədə hər hansı bir mübahisə yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddalarını rəhbər tutaraq hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli və sözügedən mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X5 və X2 miras qalmış Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərara əsasən verilmiş Zərdab rayonu Xanməmmədli kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi (miras qoyanlara aid hissəsinin), Zərdab rayonu Xanməmmədli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.4873 ha və 4.91 ha torpaq sahələri (miras qoyanlara aid hissəsinin) və miras qoyan X5 miras qalmış Zərdab rayonu Xanməmmədli kəndində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 487 kv.m, köməkçi sahəsi 38 kv.m olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar