Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-322/2024 05.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X4 Elxan oğlunun sədrliyi Babayev Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə qaydalarının müəyyən edilməsi tələbi”nə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli dörd otaqlı mənzilindən istifadə qaydalarının müəyyən olunması, elektrik, təbii qaz və su sayğaclarının cavabdehlərin sayğaclarından ayrılması, yeni kanalizasiya xəttinin çəkilməsi, kiçik mətbəxin tikilməsi, evin girişində kiçik hamam tikilməsi, bütün bu görüləcək işlərə cavabdehlər tərəfindən edilən maneələrin cavabdehlərə qadağan edilməsi və s.qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və 2(035)-322/2024 saylı mülki iş açılmışdır. Məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 Zərdab Rayon Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işləyən X2 qaynı, digər Cavabdeh1 qaynı oğludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 19.2.3-cü maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər; Həmin Məcəllənin 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü özünə etiraz etməyə borcludurlar. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Hesab edirəm ki, mülki iş üzrə Cavabdeh2 qardaşı arvadı X3 hal-hazırda Zərdab Rayon Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyindən yuxarıda göstərilən qanunvericilik normalarına əsasən mən həmin mülki işə hakim kimi mahiyyəti üzrə baxa bilmərəm. Ona görə də mən özüm-özümə etiraz edirəm. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-22, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə qaydalarının müəyyən edilməsi tələbi”nə dair mülki iş baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. X5
Məhkəmə qərarları › İş №2(035)-322/2024
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-322/2024
05.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver