Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-33/2024 12.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi) X10 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum valideynləri atası X6 və anası X3 Zərdab rayonu Məlikli kəndində 0.51 ha həyətyanı torpaq sahəsi, 0.75 ha pay torpaq sahəsi və Zərdab rayon Məlikli kəndində iki mərtəbəli, beş otaqlı, iki köməkçi sahəsindən ibarət fərdi yaşayış evi onun tərəfindən miras əmlakı olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, valideynlərindən Zərdab rayonu Məlikli kəndində 0.51 ha həyətyanı torpaq sahəsi, 0.75 ha pay torpaq sahəsi və Zərdab rayon Məlikli kəndində iki mərtəbəli, beş otaqlı, iki köməkçi sahəsindən ibarət fərdi yaşayış evi miras qalmışdır. Sözügedən mirası faktiki olaraq qəbul etmiş, lakin mirasin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti üzürlü səbəbdən gecikdirmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Zərdab rayon Dövlət Notariat Ofisi ona imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2013-cü il tarixli məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, atası X6 xx.xx.2009-cu il, anası X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Valideynlərindən Zərdab rayonunun Məlikli kəndində yerləşən 0.51 ha həyətyanı torpaq sahəsi, iki mərtəbəli, beş otaqlı, iki köməkçi sahəsindən ibarət fərdi yaşayış evi və Məlikli kəndi ərazisində yerləşən 0.75 ha pay torpaq sahəsi miras qalmışdır. Miras qoyanın, o da daxil olmaqla bacıları X7 və X4 ibarət 3 nəfər vərəsəsi vardır. Miras qalan əmlaklar onun tərəfindən faktiki olaraq miras kimi qəbul edilmişdir. Digər vərəsələr (bacıları) miras qalan əmlakı onun tərəfindən miras kimi qəbul etməsinə razıdırlar. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçün mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair JN-105A kod 90510018 olan Şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X6 və X5 Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərara əsasən Zərdab rayonu Məlikli kəndində 0.51 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-366 kod 90510018 olan Dövlət Aktından görünür ki, X6 və X5 Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərara əsasən Zərdab rayonu Məlikli kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.75 ha torpaq sahəsi verilmişdir. İşdə olan Məlikli kənd Soveti tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin sahibi Ərizəçi atası qrafasında atası kimi X6, anası qrafasında anası kimi X8 yazılmışdır. İşdə olan Zərdab rayon İHB-nin Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə təkrar verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X6 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İşdə olan Zərdab rayon İHB-nin Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan Zərdab rayon İHB-nin Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 226 saylı arayışından görünür ki, Ərizəçi valideynləri atası X6 xx.xx.2009-cu il tarixdə, anası X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumlar vəfat edən günədək Zərdab rayonu Məlikli kəndində qeydiyyatda olmuş və orada yaşamışlar. Mərhumla eyni ünvanda qızı Ərizəçi yaşayıb. X1 miras qalmış Zərdab rayonu Məlikli kəndində yerləşən iki mərtəbəli, 5 otaqlı, iki köməkçi yaşayış sahəsi olan fərdi yaşayış evi qalmışdır. İşdə olan Zərdab rayon İHB-nin Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 227 saylı arayışından görünür ki, Ərizəçi atası X6 və anası X8 vəfat etdikdən sonra X7, Ərizəçi və X4 ibarət vərəsələri qalmışdır. İşdə olan X9 və X7 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il ərizələrdən görünür ki, onlar mərhum valideynləri X6 və X3 miras qalmış bütün daşınan və daşınmaz əmlakın bacıları Ərizəçi rərəfindən miras əmlak kimi qəbul olunmasına razıdırlar. Bununla əlaqədar gələcəkdə heç bir şikayət və tələblərinin olmayacağını bildirmişlər. İş materiallarında olan Zərdab rayon Dövlət Notariat Ofisi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 92 saylı məktubdan görünür ki, “Elektron Notariat” informasiya sistemində axtarış zamanı X1 və X3 miras qalmış heç bir miras əmlaklara dair vərəsəlik işi açılmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cü maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin valideynləri atası X6 və anası X5 məxsus Zərdab rayonu Məlikli kəndində 0.51 ha həyətyanı torpaq sahəsi, 0.75 ha pay torpaq sahəsi və Zərdab rayon Məlikli kəndində iki mərtəbəli, beş otaqlı, iki köməkçi sahəsindən ibarət fərdi yaşayış evi olmuşdur. X6 xx.xx.2009-cu il tarixdə, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Miras qoyanlar sözügedən miras əmlakları heç kimə vəsiyyət etməmişlər. Miras qoyanın ərizəçi də daxil olmaqla 3 nəfər qanun üzrə birinci növbəli vərəsələri vardır. Vərəsələrdən hazırkı Ərizəçi sözügedən miras əmlakları faktiki qəbul etmişdir. Digər vərəsələr nə faktiki, nə də ki, notariusa ərizə vermək yolu ilə mirası qəbul etməmişlər. Miras əmlaklar barəsində vərəsəlik işi açılmamışdır. Digər vərəsələr məhkəməyə ərizə göndərərək mirasın ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etməmişlər. Miras əmlaklar barədə hər hansı bir mübahisə yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, miras 2019-cu ildə açıldığından mirasın qəbuluna dair məsələ hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddalarını rəhbər tutaraq hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli və sözügedən mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X6 və X3 miras qalmış Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərara əsasən verilmiş Zərdab rayonu Məlikli kəndində yerləşən 0.51 ha həyətyanı torpaq sahəsi, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərara əsasən verilmiş Zərdab rayonu Məlikli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.75 ha torpaq sahəsi və Zərdab rayon Məlikli kəndində yerləşən iki mərtəbəli, beş otaqlı, iki köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-33/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-33/2024
12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver