Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-362/2023 06.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: nikahın pozulması və aliment tələbi) X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında Zərdab rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci ildə, 10 nömrə ilə qeyd edilmiş nikahın pozulması, övladları xx.xx.2022-ci il təvəllüdlü X1 özünün himayəsində saxlanılması və cavabdehdən Amirin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin, Amirin 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh ailə qurduqları ilk vaxtlardan ailə-nikah münasibətlərinə hörmət etməmiş, daimi olaraq onunla dava-dalaş etmişdir. Bir ildən artıqdır ki, övladı ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh bu müddətdə onunla və övladı ilə maraqlanmamış, özü uşağın təlabatlarını qarşılamaqda çətinlik çəkir. Mediasiya prosesindən keçsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixdə teleqram göndərərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından bir uşaqları xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə ailə qurduqları ilk günlərdən cavabdeh ailə-nikah münasibətlərinə hörmət etməmiş, evə vaxtlıvaxtında gəlib getməmiş, aralarında mütamadi olaraq söz-söhbət yaranmışdır. Cavabdehlə ayrı yaşayırlar. Özü uşaqla birlikdə valideynlərinin yanında yaşayır. Cavabdehlə aralarında yaranmış ailə mübahisəsi ilə əlaqədar mediasiyaya müraciət etmiş, mediasiya prosesində iştirak etmişlər, lakin mübahisənin həllinə razılığa gəlməmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə tərəfindən onlara barışmaq üçün 03 ay vaxt verilməsinə baxmayaraq aralarındakı ər-arvad münasibətin bərpası mümkün olmamışdır. Artıq ailənin qorunub saxlanması mümkün deyildir. Cavabdeh uşağına könüllü olaraq maddi köməklik göstərmir. Məhkəmədən cavabdehlə aralarındakı nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X1 özünün himayəsində saxlanılması, Amirin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat məbləğində aliment və Amirin 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X5 arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə nikah akt qeydləri kitabında 10 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Qubadlı, arvada Qubadlı soyadı verilmişdir. İşdə olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. İşdə olan mediator X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT018/2023- 01010 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı və Cavabdeh mediasiya prosesində iştirak etmiş, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə göndərilən teleqramdan görünür ki, o, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamaları və ailənin saxlanması qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 22.1-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə görə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda uşağın kimin yanında qalması, uşağın saxlanması üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulmasını müəyyən etmək və ərarvaddan birinin tələbi ilə onların birgə mülkiyyətində olan əmlakların bölgüsünə dair məsələlər məhkəmə tərəfindən həll edilir. 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə görə uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 85.1 və 85.1.1-ci maddələrinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkmə qaydasında zəruri vəsaitə malik keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyənnaməsinin 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından bir uşaqları-xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər hazırda ayrı yaşayırlar. Uşaq iddiaçının (ananın) yanında qalır. İddiaçı cavabdehlə aralarında yaranmış ailə mübahisəsi ilə əlaqədar mediasiyaya müraciət etmiş, tərəflər mediasiya prosesində iştirak etmişlər, lakin mübahisənin həllinə razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə barışmaları üçün məhkəmə tərəfindən 03 ay vaxt verilsədə, ailənin bərpa olunması mümkün olmamışdır. İddiaçı cavabdehlə olan nikahının pozulmasında israr etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, artıq ailənin bərpası mümkün deyildir. Ona görə də tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə uşağın tərəflərdən (valideyinlərdən) hansının yanında qalması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2022-ci il təvəllüdlü X3 azyaşlı olmaqla daha çox ana qayğısı ilə əhatə olunmalı olduğundan və iddiaçının (ananın) yanında qaldığından, uşaq iddiaçının, yəni anasının yanında saxlanmalıdır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 iddiaçının (ananın) yanında qaldığından həm Amirin yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağa görə, həm də, Amirin 3 yaşına çatanadək iddiaçının (ananın) özünə Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən uşağa görə 220 manat aliment tutulmasını və uşağın 3 yaşına çatanadək əlavə 100 manat pul tutularaq onun xeyrinə verilməsini tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına, mütamadi aylıq qazanca sahib olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın və azyşlı uşağı təkbaşına saxlamağa məcbur olan ananın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ilə Cavabdeh arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulan xx.xx.2022-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat aliment, habelə xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatanadək iddiaçının (ananın) özünə görə 50 manat aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-362/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-362/2023
06.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver