Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-38/2024 23.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi) X12 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X4 Zərdab rayonu Məlikumudlu kəndində 2.3729 ha və 1.6448 ha çöl pay torpaq, 0.29 ha və 0.02 ha həyətyanı torpaq sahəsi və 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi onun tərəfindən miras əmlak olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X4 Zərdab rayonu Məlikumudlu kəndində 2.3729 ha və 1.6448 ha pay torpaq sahəsi, 0.29 ha və 0.02 ha həyətyanı torpaq sahəsi və 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Sözügedən mirası faktiki olaraq qəbul etmiş, lakin mirasin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti üzürlü səbəbdən gecikdirmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Zərdab rayon Dövlət Notariat Ofisi ona imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2024-cü il tarixli məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X21 Zərdab rayonunun Məlikumudlu kəndində yerləşən 2.3729 ha və 1.6448 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Zərdab rayonu Məlikumudlu kəndi ərazisindən verilmiş 0.02 ha və 0.29 ha həyətyanı torpaq sahələri və 1 mərtəbəli, 3 otaqlı, 1 zal, 2- mətbəxdən ibarət fərdi yaşayış evi miras qalmışdır. Miras qoyan Əsəd Qubadovun özü də daxil olmaqla oğlu X13, X16, X1 Nuru Əsəd oğlu, qızı X9 və X2 ibarət vərəsələri vardır. Miras qalan əmlaklar onun tərəfindən faktiki olaraq miras kimi qəbul edilmişdir. Digər vərəsələr miras qalan əmlakların onun tərəfindən miras kimi qəbul edilməsinə razıdırlar. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə prosesinin gedişində maraqlı şəxs qismində cəlb edilərək dindirilən X16 izahatında göstərmişdir ki, ərizəçi doğma anasıdır. X3 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atasından qalan bütün miras əmlakları faktiki olaraq anası qəbul etmişdir. Atasından qalan sözügedən miras əmlakları anası tərəfindən qəbul olunmasına heç bir etirazı yoxdur. Məhkəmə prosesinin gedişində maraqlı şəxs qismində cəlb edilərək dindirilən X14 izahatında göstərmişdir ki, ərizəçi doğma anasıdır. X3 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atasından qalan bütün miras əmlakları faktiki olaraq anası qəbul etmişdir. Atasından qalan sözügedən miras əmlakları anası tərəfindən qəbul olunmasına heç bir etirazı yoxdur. Məhkəmə prosesinin gedişində maraqlı şəxs qismində cəlb edilərək dindirilən X13 izahatında göstərmişdir ki, ərizəçi doğma anasıdır. X3 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atasından qalan bütün miras əmlakları faktiki olaraq anası qəbul etmişdir. Atasından qalan sözügedən miras əmlakları anası tərəfindən qəbul olunmasına heç bir etirazı yoxdur. Məhkəmə prosesinin gedişində maraqlı şəxs qismində cəlb edilərək dindirilən X9 izahatında göstərmişdir ki, ərizəçi doğma anasıdır. X3 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atasından qalan bütün miras əmlakları faktiki olaraq anası qəbul etmişdir. Atasından qalan sözügedən miras əmlakları anası tərəfindən qəbul olunmasına heç bir etirazı yoxdur. Mülki işdə olan sənədlər: İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab rayonu Məlikumudlu kəndi ərazisində yerləşən 2.3729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2023-cü il, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X15, Ərizəçi, X17 və X9 həmin torpaq sahəsində ümumi birgə payları olmaqla hüquq sahibləridirlər. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab rayonu Məlikumudlu kəndi ərazisində yerləşən 1.6448 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2023-cü il, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X15, Ərizəçi, X17 və X9 həmin torpaq sahəsində ümumi birgə payları olmaqla hüquq sahibləridirlər. İşdə olan Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair JN-214F kod 90511028 olan Şəhadətnamədən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə Zərdab rayonu Məlikumudlu kəndi ərazisində X15, Ərizəçi, X9 və X6 mülkiyyətinə 0.02 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair JN-214A kod 90511028 olan Şəhadətnamədən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə Zərdab rayonu Məlikumudlu kəndi ərazisində X15, Ərizəçi, X9 və X6 mülkiyyətinə 0.29 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Zərdab rayon İHB-nin Məlikumudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 28 saylı arayışdan görünür ki, Ərizəçi X5 vəfat etdikdən sonra ərindən miras olaraq 1 mərtəbəli 3 otaqlı, 1 zal, 2-i mətbəxdən ibarət fərdi yaşayış evi qalmışdır. İşdə olan Zərdab rayon İHB-nin Məlikumudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan X16, X14, X13 və X9 tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş ərizədən görünür ki, onlar atalarından qalan bütün əmlakları anaları tərəfindən miras kimi qəbul etməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. İşdə olan Zərdab Rayon Məhkəməsinə X18 və X7 tərəfindən göndərilən teleqramlardan görünür ki, onlar ataları X15 rəhmətə getdiyinə görə mülkü anaları Ərizəçi adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan Zərdab rayon Dövlət Notariat Ofisi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 13 saylı məktubdan görünür ki, “Elektron Notariat” informasiya sistemində axtarış zamanı mərhum X4 miras qalmış heç bir miras əmlaklara dair vərəsəlik işi açılmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cü maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin X5na məxsus Zərdab rayonunun Məlikumudlu kəndində yerləşən 2.3729 ha və 1.6448 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Zərdab rayonu Məlikumudlu kəndi ərazisindən verilmiş 0.02 ha və 0.29 ha həyətyanı torpaq sahələri və 1 mərtəbəli, 3 otaqlı, 1 zal, 2- mətbəxdən ibarət fərdi yaşayış evi olmuşdur. Ərizəçinin əri Əsəd Qubadov xx.xx.2021-ci il tarixdə ölmüşdür. Miras qoyan sözügedən miras əmlakları heç kimə vəsiyyət etməmişdir. Miras qoyan X8 ərizəçi də daxil olmaqla oğlu X13, X16, X1 Nuru Əsəd oğlu, qızı X9 və X2 ibarət qanun üzrə birinci növbəli vərəsələri vardır. Vərəsələrdən hazırkı Ərizəçi sözügedən miras əmlakları faktiki qəbul etmişdir. Digər vərəsələr nə faktiki, nə də ki, notariusa ərizə vermək yolu ilə mirası qəbul etməmişlər. Miras əmlaklar barəsində vərəsəlik işi açılmamışdır. Digər vərəsələr məhkəməyə ərizə təqdim edərək və teleqramlar göndərərək mirasın ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etməmişlər. Miras əmlaklar barədə hər hansı bir mübahisə yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddalarını rəhbər tutaraq hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli və sözügedən mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X4 miras qalmış Zərdab rayonunun Məlikumudlu kəndində yerləşən 2.3729 ha və 1.6448 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Zərdab rayonu Məlikumudlu kəndi ərazisindən verilmiş 0.02 ha və 0.29 ha həyətyanı torpaq sahələri (miras qoyana aid hissəsinin) və 1 mərtəbəli, 3 otaqlı, 1 zal, 2- mətbəxdən ibarət fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-38/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-38/2024
23.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver