Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-463/2025 24.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi) X24 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Zərdab rayonu Aqrar İslahat Komissiyasının 19 iyul 1998-ci il tarixli 10 saylı qərarına əsasən mərhum X2 və mərhum nənəsi X9 verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş iki otaq bir zaldan ibarət fərdi yaşayış evinin və 1.47 hektar pay torpaq sahəsinin onun tərəfindən miras olaraq qəbul edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 19 iyul 1998-ci il tarixli 10 saylı qərarına əsasən mərhum X2 və mərhum nənəsi X9 0.14 ha fərdi yaşayış evi, həyətyanı sahə və 1.47 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Sonradan 0.14 hektar torpaq sahəsinin üzərində babası tərəfindən iki otaq bir zaldan ibarət mənzil inşa olunmuşdur. X2 xx.xx.1999-cu il tarixdə dünyasını dəyişmişdir. Bundan sonra nənəsi tək qaldığı üçün onu övladlığa götürmüşdür. Nənəsi (anası) X14 isə xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. Hazırda pay torpaq sahəsi, həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş mənzil faktiki olaraq onun istifadəsindədir. Buna əsasən Zərdab rayon Notariat Ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə verməsini xahiş etmişdir. Lakin Zərdab rayon Notariat Ofisi vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarına əsasən X2 və nənəsi X9 1.47 ha pay torpaq sahəsi, 0.14 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin həyətyanı torpaq sahəsində babası iki otaq, bir zaldan ibarət ev inşa etdirmişdir. X34 xx.xx.1999-cu il tarixdə ölmüşdür. X27 tək qaldığından onu övladlığa götürmüşdür. Nənəsi (anası) X15 xx.xx.2002-ci ildə ölmüşdür. X34 və nənəsi(anası) X18 rayonunun Şahhüseynli kəndi ərazisində Aqrar İslahat Komissiyasının 19 iyul 1998-ci il tarixli 10 saylı qərarına əsasən verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş iki otaq bir zaldan ibarət fərdi yaşayış evi və 1.47 hektar pay torpaq sahəsi miras qalmışdır. X34 və nənəsi (anası) Miyasə Cabbarovanın ondan başqa qızı X12, X21, X10, oğlu X22, qızı X7, oğlu X26 və X11 ibarət vərəsələri olmuşdur. Baba və nənədən (anadan) qalan miras əmlakları faktiki olaraq özü qəbul etmiş və hazırda idarə edir. Digər vərəsələr X12, X21, X10, X22, X7, X26 və X23 həmin miras əmlakları onun tərəfindən qəbul edilməsinə heç bir narazılıqları yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab VVAQ şöbəsi tərəfindən 29.06.200-ci il tarixdə verilmiş övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X14 tərəfindən evladlığa götürülmüşdür. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 10№ ilə qeyd edilmişdir. İşdə olan Zərdab rayonu Şahhüseynli kənd soveti tərəfindən xx.xx.2000-ci ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi atası qrafasında atası kimi X23, anası qrafasında anası kimi X14 yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-0004 kod 90512018 olan Dövlət Aktından görünür ki, X4 və X5 mülkiyyətinə Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarına əsasən Zərdab rayonu Şahhüseynli kəndində 1.47 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-004F Kod 90512018 olan Şəhadətnamədən görünür ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarına əsasən X4 və X5 mülkiyyətinə Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarına əsasən Zərdab rayonu Şahhüseynli kəndində 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Zərdab rayonu İHB-nin Şahhüseynli kənd nümayəndəliyi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İşdə olan Zərdab rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2002-ci ildə ölmüşdür. İşdə olan Zərdab rayon İHB-nin Şahhüseynli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 64 saylı arayışdan görünür ki, Ərizəçi X2 və nənəsi X14 vəfat etdikdən sonra onların qızı X12, X21, X8, oğlu X22, qızı X7, oğlu X26 və X11 ibarət vərəsələri qalmışdır. İşdə olan X12, X21, X10, X22, X7, X26 və X23 tərəfindən məhkəməyə ünvanlanmış, notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onların hər biri ayrı ayrılıqda məhkəməyə ərizə təqdim edərək X1 və anaları X6 qalan miras əmlakların qardaşları oğlu Ərizəçi tərəfindən qəbul edilməsinə etirazlarının omadığını bildirmişlər. İşdə olan Zərdab Rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 119 nömrəli məktubdan görünür ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə vəfat etmiş mərhum X2ndan və xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum nənəsi X6 mirasların qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zərdab rayon notariat ofisinə müraciətinə cavab olaraq bildirilmişdir ki, vərəsələr Mülki Məcəllənin 1246cı maddəsinə əsasən mirası 6 ay ərzində qəbul etməli və ya Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq mirası faktiki qəbul etməlidir... Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1159.2-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cü maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarına əsasən ərizəçinin X2 və nənəsi X9 Zərdab rayonu Şahhüseynli kəndi ərazisində 1.47 ha pay torpaq sahəsi və 0.14 hektar həyətyanı torpaq sahəsi verilmiş, 0.14 hektar həyətyanı torpaq sahəsində babası iki otaq, bir zaldan ibarət ev inşa etdirmişdir. Ərizəçinin X34 xx.xx.1999-cu il tarixdə ölmüşdür. X27 tək qaldığından ərizəçini övladlığa götürmüşdür. Ərizəçinin nənəsi (anası) X14 xx.xx.2002-ci ildə ölmüşdür. Ərizəçinin X34 və nənəsi (anası) X18 rayonunun Şahhüseynli kəndi ərazisindən Aqrar İslahat Komissiyasının 19 iyul 1998-ci il tarixli 10 saylı qərarına əsasən verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş iki otaq, bir zaldan ibarət fərdi yaşayış evi və 1.47 hektar pay torpaq sahəsi miras qalmışdır. Ərizəçinin X34 və nənəsi (anası) Miyasə Cabbarovanın ərizəçidən başqa qızı X12, X21, X10, oğlu X22, qızı X7, oğlu X26 və X11 ibarət vərəsələri olmuşdur. Ərizəçi baba və nənədən (anadan) qalan miras əmlakları faktiki olaraq özü qəbul etmiş və hazırda idarə edir. Digər vərəsələr-X12, X21, X10, X22, X7, X26 və X13 həmin miras əmlakları ərizəçi tərəfindən qəbul edilməsinə heç bir narazılıqları yoxdur. Miras əmlaklar barədə hər hansı bir mübahisə yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddalarını rəhbər tutaraq hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli və sözügedən miras əmlakların ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X4 və X6 miras qalmış Zərdab rayonu Şahhüseynli kəndi ərazisində yerləşən Aqrar İslahat Komissiyasının 19 iyul 1998-ci il tarixli 10 saylı qərarına əsasən verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş iki otaq, bir zaldan ibarət fərdi yaşayış evi və 1.47 hektar pay torpaq sahəsinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-463/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-463/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver