Məhkəmə qərarları › İş №2(035)-490/2023

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-490/2023

04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-490/2023 04.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin baxılmamış saxlanması barədə) Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxsna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbi”nə dair ərizəsi üzrə mülki işə 04 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Aqrar İslahat Komissiyasının 19 iyul 1998-ci il tarixli 10 saylı qərarına əsasən mərhum babası X1 və mərhum nənəsi X2 verilmiş 0.14 hektar həyətyani torpaq sahəsi və onun üzərində inşa olunmuş iki otaq bir zaldan ibarət fərdi yaşayış veinin və 1,47 hektar pay torpaq sahəsinin onun tərifindən miras olaraq qəbul edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 2(035)-490/2023 saylı mülki işin materialarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflərə dəfələrlə məhkəmə bildirişi, sms vasitəsi ilə xəbərdarlıq göndilməsinə baxmayaraq onlar, məhkəmənin çağırışına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nın 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, tərəflər işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikləri üçün ərizə Azərbaycan Respublikası MPM-nın 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalı, həmçinin Azərbaycan Respublikası MPM-nın 114.1.5-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul tam olaraq Ərizəçi qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbi”nə dair ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul tam olaraq Ərizəçi qaytarılsın. Ərizəçi ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar