Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-491/2023 06.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsin”nə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi) X16 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək anası X3 miras qalmış Zərdab rayonu Qoruqbağı kəndində yerləşən 1.71 ha və 1.73 ha çöl pay torpaq sahəsini onun tərəfindən miras əmlakı olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X3 Zərdab rayonu Qoruqbağı kəndində 1.71 ha və 1.73 ha torpaq sahəsi miras qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən anası X8 xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli 1.71 ha və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli 1.73 ha çöl pay torpaq sahəsinə dair Çıxarışlar verilmişdir. Mərhum anası X3 miras qalmış Zərdab rayonu Qoruqbağı kəndində yerləşən 1.71 ha və 1.73 ha çöl pay torpaq sahəsini miras əmlak kimi onun tərəfindən faktiki olaraq qəbul olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2023-cü il tarixli məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayonu Qoruqbağı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.71 ha və 1.73 ha pay torpaq sahələri anası X8 məxsus olmuşdur. X25 xx.xx.2016-cı ildə vəfat etmişdir. X2, oğlu X9 (xx.xx.2019-cu ildə vəfat etmiş), qızı X4, X10, X11, oğlu X5 ibarət birinci növbəli vərəsələri vardır. X18 miras qalan hazırda sözügedən əmlakları özü faktiki olaraq qəbul etmiş və idarə edir. Digər vərəsələr-qardaş və bacıları sözügedən miras əmlakların onun tərəfindən qəbul olunmasına heç bir etirazları yoxdur. Buna dair hər hansı bir narazılıqları yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab rayonu Qoruqbağı kəndi ərazisində yerləşən 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2023-cü il, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi X6 və X7 ümimi birgə mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab rayonu Qoruqbağı kəndi ərazisində yerləşən 1.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2023-cü il, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi X6 və X7 ümimi birgə mülkiyyətindədir. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X14 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Zərdab rayon İHB-nin Qoruqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 143 saylı arayışdan görünür ki, Ərizəçi anası X6 vəfatından sonra onun, oğlu X9 (vəfat etmişdir), qızı X4, X10, X11, oğlu X19 və Ərizəçi (ərizəçi) ibarət vərəsələri qalmışdır. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi atası qrafasında atası kimi X13, anası qrafasında anası kimi X14 yazılmışdır. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X13 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan X11, X1 Fərqanə Camal qızı tərəfindən yazılmış və notariat qaydada təsdiq olunmuş ərizələrdən və X21 tərəfindən məhkəməyə göndərilən teleqramdan görünür ki, onlar mərhum anaları X3 miras qalmış çöl pay torpağı və digər əmlakların qardaşı Ərizəçi tərəfindən miras əmlak olaraq qəbul edilməsinə razıdırlar, gələcəkdə heç bir şikayət və tələblərinin olmayacaqlarını bildirmişlər. İş materiallarında olan Zərdab rayon Dövlət Notariat Ofisi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 165 saylı məktubdan görünür ki, “Elektron Notariat” informasiya sistemində axtarış zamanı mərhum X3 miras qalmış heç bir miras əmlaklara dair vərəsəlik işi açılmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cü maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin anası X6 Zərdab rayonu Qoruqbağı kəndi ərazisində X15 ilə birlikdə ümumi birgə mülkiyyətlərində 1.71 və 1.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra sözügedən pay torpaq sahələri miras qalmışdır. Miras qoyanın hazırkı ərizəçi də daxil olmaqla övladları X9 (xx.xx.2019-cu il tarixdə vəfat etmişdir), X4, X10, X11, X5 ibarət vərəsələri vardır. Miras əmlak heç kimə vəsiyyət edilməmişdir. Miras qalan əmlakı ərizəçi faktiki olaraq miras kimi qəbul etmişdir. Digər vərəsələr miras qalan əmlakın ərizəçi tərəfindən miras kimi qəbul edilməsinə etiraz etməmişlər. Miras əmlak barəsində vərəsəlik işi açılmamışdır. Miras əmlak barədə hər hansı bir mübahisə yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddalarını rəhbər tutaraq hesab edir ki, ərizə qanuni və əsaslıdır. Ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli və sözügedən miras əmlakların (miras qoyana aid hissəsinin) ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X3 miras qalmış Zərdab rayonu Qoruqbağı kəndində yerləşən 1.71 ha və 1.73 ha pay torpaq sahələrinin (miras qoyana aid hissəsinin) Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-491/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-491/2023
06.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver