Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-492/2023 28.08.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin baxılmamış saxlanması barədə) Zərdab Rayon Məhkəməsi X1 sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İddiaçıının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və torpaq sahəsindən məcburi çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 24 avqust 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və torpaq sahəsindən məcburi cıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında imzalanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və Zərdab rayon Məlikli kəndi ərazisindən 1-ci kateqoriyalı “Maralçıxan” adlandırılan massivdə yerləşən Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və digər ailə üzvlərinə məxsus Zərdab rayon Məlikli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ona və ailə üzvülərinə verilmiş 1.61 ha çöl pay tarpaq sahəsindən Cavabdeh ilə onun və mərhəm oğlu X2 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. İddiaçıının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nın 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nın 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nın 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün iddia ərizəsi Azərbaycan Respublikası MPM-nın 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı həmçinin Azərbaycan Respublikası MPM-nın 114.1.5-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli 3178 nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul tam olaraq İddiaçı qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və torpaq sahəsindən məcburi çıxarılma tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli 3178 nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul tam olaraq İddiaçı qaytarılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №2(035)-492/2023
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-492/2023
28.08.2023 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver