Məhkəmə qərarları › İş №2(102)-2001/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2001/2025

02.07.2025 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2001/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X8, Cavabdeh3, Cavabdeh4, Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, daşınmaz əmlakın dövlət reystrində düzəlişin aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X9 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-430/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-23-3-37/2-A-00xx-xx/2023 saylı məktubundan görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 ilə İddiaçı arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququnun daşınmaz əml akın dövlət reyestrində qeydiyyata alınaraq reyestr nömrəsi **********62 olan, xx.xx.2008-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-(62)5743/2016 nömrəli qətnaməsi ilə İddiaçı ilə X11 arasında bağlanmış və notarial qaydasında təsdiqlənmiş xx.xx.2008-ci alqı-satqı müqaviləsi və reyestr nömrəsi **********62 olan, xx.xx.2008-ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə əsasında Tovuz rayonu, X23 kəndində yerləşən, 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyət hüququ ləğv edilmişdir;

3. Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydə alınmışdır;

4. X11 mülkiyyətində olan Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 2000 manata Cavabdeh3 satmışdır;

5. Cavabdeh3 mülkiyyətində olan Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 2500 manata Cavabdeh4 satmışdır. Həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakda **********62 nömrəli reyestrlə Cavabdeh4 tam mülkiyyət hüququ qeydə alınmışdır;

6. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddiaçı X4 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin və onun əs asında verilmiş çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilmişdir. İddiaçı qiyabi qətnamənin ləğvinə dair verdiyi ərizə əsasında həmin qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır;

7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh İddiaçı və digərlərinə qarşı AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır;

8. Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbi dair mülki iş üzrə icrada dönüş edilməsi haqqında cavabdeh İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş və Tovuz Rayon Məhkəməsinin 2(062)-5743/2016 saylı xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi üzrə icrada dönüş həyata keçirilmiş və Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı mülkiyyət hüquqları bərpa edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər X8, Cavabdeh3, Cavabdeh4, Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu, Dönük Qırıqlı kəndində yer ləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlər X11 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız sayılması və cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, X2 rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2008-ci il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi üzrə ona satmış və torpaq sahəsi üzərində hüquqları daşınmaz dövlət reyestrində qeydə alınmışdır. X18 8 il sonra alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxa rışının etibarsız sayılmasına dair iddia ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Qiyabi qətnamə üzrə mübahisəli torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmışdır. Həmin qiyabi qətnamənin ləğvinə dair ərizə vermiş və məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilərək qiyabi qətnamə ləğv edilmişdir. Bundan sonra işləmək üçün Rusiya Federasiyasına getmiş və 2023-cü ildə qayıtmışdır. Torpaq sahəsini istifadə etmək istəyən zaman məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi X11 tərəfindən xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3, onun tərəfindən isə xx.xx.2017- ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh4 satılmışdır. Müraciəti əsasında Tovuz Rayon Məhkəməsin in xx.xx.2023-cü il tarixli qərardadı ilə icrada dönüş həyata keçirilmiş və 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa edilmişdir. Qərardad icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə göndərilmişdir. Lakin həmin orqan mübahisəli torpaq sahəsinin başqa şəxsə satılması və sonuncu dəfə Cavabdeh4 adına dövlət qeydiyyatına alınmasını bildirmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının dedikləri həqiqət deyildir. Mübahisəli torpaq sahəsi elə təməlindən ona məxsus olmuşdur. Çünki torpaq sahəsi Dönük Qırıqlı kəndində yerləşdiyindən və bələdiyyə ilə həmin kəndin sa kini olmadığı üçün alqı-satqı edə bilmədiyindən bütün rüsumları ödəyərək torpaq sahəsini Laləzar Nağıyevanın adına rəsmiləşdirmişdir. Bunu bələdiyyə orqanı da təsdiq edə bilər. Daha sonra isə notarial alğı-satqı əsasında öz adına rəsmiləşdirmişdir. Torpaq sahəsini aldıqdan bir müddət sonra pul lazım olduğu üçün satmışdır. Onu da qeyd etdi ki, qiyabi qətnamənin ləğv edilməsindən onun məlumatı olmamışdır. Çünki məhkəmədən hər hansı bildiriş gəlməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh4 bildirmişdir ki, iddianı qəbul etmir. Mübahisəli torpaq sahəsini notarial qaydada təsdiqlənmiş alğı-satqı müqaviləsi üzrə almışdır. Hazırda da torpaq sahəsi onun tərəfindən istifadə edilir. Cavabdeh3 ona torpaq sahəsini satdığını bildirmiş, o da öz növbəs ində aralarında razılaşdıqları qiyməti ödəyərək torpaq sahəsini almışdır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş edir.

13. Məhkəmə iclasında cavabdeh X6 nümayəndəsi (vəkil) Vəkil iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi formal olaraq hüquqlarını təmsil etdiyi şəxsin adına rəsmiləşdirilmişdir. Əslində torpaq sahəsi Cavabdeh3 məxsus olmuşdur. Cavabdeh3 özünün istəyi üzrə Laləzar Nağıyeva ilə iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Çünki Cavabdeh3 ilə iddiaçının münasibəti yaxşı olmuş və iddiaçıya güvənilmişdir. Torpaq sahəsi isə əslində Cavabdeh3 sahibliyində olmuşdur. Lakin münasibətləri pozulduğu üçün Laləzar Nağıyeva məhkəməyə müraciət edərək alğı-satqı müqaviləsini ləğv etdirmişdir. Qiyabi qətnamənin ləğv edilməsindən isə Laləza r Nağıyevanın məlumatı olmamışdır. Bu ərəfədə isə torpaq sahəsini faktik sahibinə notarial alğı-satqı ilə satmışdır. Bundan başqa iddiaçının torpaq sahəsinin harada yerləşməsindən xəbəri belə olmamışdır. Hansı ki, iddiaçı özü maraqlı olsa idi elə qiyabi qətnamə ləğv edildikdən sonra torpaq sahəsi üzərində hüquqların qeydə alınması ilə bağlı müvafiq orqana müraciət edərdi. Bütün bunlar mübahisəli torpaq sahəsinin formal olaraq Laləzar Nağıyeva tərəfindən iddiaçıya satılmasına dəlalət edir. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi.

14. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2476/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir (hak im F.Əliyev).

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində əsassız olmuşdur. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli torpaq sahəsinin «vicdanlı sahibi» olması nəticəsinə gəlindiyi üçün iddianın digər hissələri bu əsasdan təmin edilə bilməz. Odur ki, məhkəmə iddia tələbinin digər hissələri üzrə araşdırma aparmamışdır. İddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddiaçı özünü mülkiyyətçi hesab edərək iddianı irəli sürmüşdür. Həqiqətən də, qiyabi qətnamə qəbul edilənə kimi mülkiyyətçi olmuşdur. Məhkəmə iddia tələbini mülkiyyətin müdafiəsi kimi qiymətləndirdiyi üçün iddia müddətinin tətbiqini məqsədəmüvafiq saymamışdır.

16. Məhkəmə ö z mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 144 və 337-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı, mübahisələndirdiyi X11 ilə Cavabdeh3 arasında bağlanmış 16 iyun 2017-ci il tarixli alğı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 05 iyul 2017-ci il tarixli alğı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsini 25 fevral 2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsi üzərində onun hü quqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yəni torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Onun xəbəri olmadan hazırkı iş üzrə cavabdeh X11 heç bir əsas olmadan onunla arasında bağlanmış 25 fevral 2008-ci il tarixli alğı-satqı müqaviləsinin ləğvinə dair dair Tovuz Rayon Məhkəməsində iddia qaldırmış və Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən onun əsassız iddiası təmin edilmişdir. O, Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli qiyabi qətnaməsindən 2017-ci ilin iyul ayının sonlarında məlumatı olub və qiyabi qətnamənin ləğvinə dair məhkəməyə ərizə vermişdir. Tovuz Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli qərardadına əsasən, Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Sonradan həmin iddia tələbi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Lakin həmin vaxt onun X6 qiyabi qətnamənin icra olunması nəticəsində torpaq sahəsinin öz adına keçirməsindən və cəmi 20 gün ərzində digər şəxslərin adına alqı-satqı müavilərinin bağlanmasından xəbəri olmamışdır. Aradan keçən müddət ərzində Rusiya Federasiyasında olduğuna görə həmin torpaq sahəsi ilə maraqlana bilməmişdir. Sonradan ərizəsi əsasında 09 iyun 2023-cü il tarixli icrada dönüş haqqında qərardad qəbul edilmişdir. Qərardad icra edilməsi üçün üçüncü şəxs Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Ərzai İdarəsinə göndəriləndən sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Cavabdeh4 mülkiyyətindədir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 guya həmin torpaq sahəsini vicdanlı alıcı kimi əldə etdiklərini əsas götürərək, iddia tələbini təmin etməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə işin hallarına uyğun deyildir. Belə ki, həmin torpaq sahəsini o, X5 vicdanlı alıcı kimi almışdır. X11 heç bir əsas olmandan 9 ildən sonra əsassız bir iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə onun xəbəri olmadan qiyabi qətnamə ilə həmin iddianı təmin etmişdir. Həmin qiyabi qətnamə də, onun verdiyi ərizə ilə ləğv edilmişdir. X1 iddiası əsaslı idisə, onda 2017-ci ildə işin baxılmasında maraqlı olardı. Sadəcə olaraq X11 həmin vaxt torpaq sahəsini başqa şəxsə satdığına görə işə baxılmasında maraqlı olmamış, daha s onra torpaq sahəsini ikinci şəxsə sataraq aralarından bağlanmış əhəmiyyətsiz əqdi pərdələməyə çalışmışlar. Bir hal da, məhkəmənin diqqətindən yayınmışdır ki, X6 Cavabdeh3 ilə 16 iyun 2017-ci il tarixli alğı-satqı müqaviləsini bağlamağa subyektiv hüququ olmamışdır. Maddi hüquq norması X6 Cavabdeh3 ilə 16 iyun 2017-ci il tarixli alğısatqı müqaviləsini mövcud olmamasını sübut edir. X3 həmin torpaq sahəsini Cavabdeh3 satmaq adı ilə onunla 16 iyun 2017-ci il tarixli alğı-satqı müqaviləsini bağlayan zaman bilirdi ki, torpaq sahəsi iddiaçıya məxsusdur. Sadəcə olaraq məhkəmənin qanunsuz qiyabi qətnaməsi ilə müvəqqəti həmin torpaq sahəsini öz adına keçirib Cavabdeh3 satmışdır. Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 05 iyul 2017-ci il tarixli alğı-satqı müqaviləsi də yalnız görünüş üçün bağlanmı ş və X6 Cavabdeh3 ilə 16 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsini pərdələmək üçün bağlanmışdır. Hazırkı iş üzrə məhkəmə yalnız X11 ilə Cavabdeh3 arasında bağlanmış 16 iyun 2017-ci il tarixli alğı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 05 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsini vicdanlı alıcı kimi əldə edildiyi qənaitinə gəlməklə işin bütün faktlarının araşdırılmamasını özü özlüyündə sübut etmişdir. X3 qanunsuz qiyabi məhkəmə qətnaməsinə əsasən onun mülkiyyətində olan torpaq sahəsini öz adına keçirmiş, bundan onun xəbəri olan kimi dərhal həmin torpaq sahəsini Cavabdeh3 satmış, sonradan da, cəmi 20 gün keçməmiş Cavabdeh3 torpaq sahəsini Cavabdeh4 sataraq torpaq sahəsini vicdanlı olaraq əldə edilməsi kimi don geyindirmiş dir. Cavabdehlərdən Cavabdeh3 və X11 vəkili Vəkil məhkəmədə mübahisəli torpaq sahəsinin əslində Cavabdeh3 məxsus olması və X7 adına formal olaraq sənədləşdirilməsi və onun da, formal olaraq satılması ilə bağlı verdiklərin izahatlar da, nəzərə alınmamışdır. Əgər onların verdikləri izahatlar doğru idisə, onda 25 fevral 2008-ci il tarixli alqı-satqı müaviləsi nə səbəbdən 8 il sonra mübahisələndirilirdi? Bütün bunlar məhkəmənin gəldiyi nəticə üçün mühüm faktiki halların aydınlaşdırılmamasını sübut edir. Məhkəmə cavabdehlər Cavabdeh3, daha sonra Cavabdeh4 mübahisəli torpaq sahəsini vicdanlı əldə etmələri barədə gəldiyi nəticəni əsaslandıran zaman yalnız maddi hüquq normasında öz əksini tapan halı qeyd etməklə kifayətlənərək bu halı da, sübut edə bilməmişdir. Məhkəmənin cavabdehlər Cavabdeh3, da ha sonra Cavabdeh4 mübahisəli torpaq sahəsini vicdanlı əldə etmələri barədə gəldiyi nəticə yuxarıda qeyd etdiklərinə əsasən işin hallarına uyğun gəlmir. X6 mübahisəli torpaq sahəsini Cavabdeh3 satan zaman bilnişdir ki, qanunsuz qiyabi qətnaməyə əsasən həmin torpaq sahəsini özadına qaytarıb və həmin qətnamənin ləğvi onun adına olan sənədlərin ləğvi deməkdir. Bundan yayınmaq üçün həmin torpaq sahəsini Cavabdeh3 satmışdır. X12 bağladığı alqı-satqı müqaviləsinin ləğvində israrlı olmuş olsaydı ona həmin mülki işə baxılmasında maraqlı olardı. Torpaq sahəsini Cavabdeh3 satdığından işin bitməsi qənaətinə gəlinmiş və həmin torpaq sahəsi Cavabdeh4 da, satılmaqla onunla Cavabdeh3 arasında bağlanmış 16 iyun 2017-ci il tarixli alğı-satqı müqaviləsini pərdələnmişdir.

19. Məhkəmə iclasında iştirak edən C avabdeh4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Adil ona mübahisəli torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Adillə uzun illərdir dostluq münasibətləri vardır. İddiaçını da tanımışdır. Mübahisəli torpaq sahəsinin Adilə məxsus olduğunu və Ağakişinin adına sənədləşdirildiyini torpaq sahəsini alan ərəfədə bilmişdir. Torpağı Adildən 3000 manata almışdır. Alandan sonra bilmişdir ki, mübahisə vardır. Torpağı icarəyə vemişdir. Hazırda icarədə deyildir. 2023-cü ildə bilmişdir ki, torpaqla bağlı mübahisə vardır. Müqaviləyə nə üçün 2500 manat yazılmasını bilməmişdir. Torpağı 2 ya 3 il icarəyə vermişdir. İcarə müqaviləsi bağlamamışdır.

20. Məhkəmə iclas ında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini Laləzardan o, almışdır. Lakin Torpaq sahəsini Ağakişinin adına almışdır. Sonradan Ağakişi torpağı ona vermədyi üçün, torpaqla bağlı qiyabi qətnamə çıxarılandan sonra torpağı öz adına sənədləşdirmiş və dostu Hüseynə satmışdır. Qiyabi qətnamə çıxarılarkən məhkəmədə iştirak etmişdir. 2023-cü ildə torpaq sahəsini Ağakişi traktorla əkmək istəyərkən, həqiqətən də, traktoristin qarşısına o çıxaraq torpaq sahəsini əkməyə qoymamışdır. Torpaq sahəsinə getməsinə səbəb isə Hüseynin onun satdığı torpaq sahəsi ilə mübahisə olduğunu bildirdikdən sonra, sahəyə gedib Ağakişiyə torpaq sahəsinin nə Ağakişinin, nə də, onun mülkiyyətində olmamasını, Hüseynin mülkiyyətində olmasını bildirmək olmuşdur.

21. Gəncə Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2(104)-430/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2476/2024 saylı qətnaməsi tamamilə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğı-satqısı barədə X11 ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilənin və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh4 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın reyestrində **********62 nömrə ilə aparılmış qeydin ləğv edilm əsi, alqı-satqı müqavilələri etibarsız hesab edildiyindən xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilə üzrə X5 2000 manat alınıb Cavabdeh3, xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilə üzrə 2500 manat Cavabdeh3 alınaraq Cavabdeh4 verilməsi, cavabdehlər X11, Cavabdeh3 və Cavabdeh4 Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təqdim edilmiş sübutlar və tərəflərin izahatları ilə təsdiq olunur ki, İddiaçı X11 ilə Cavabdeh3 arasında bağlanmış 16 iyun 2017ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 30 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahə sini 25 fevral 2008ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsi üzərində onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Apellyasiyya şikayətinin dəlilində qeyd edilir ki, Cavabdeh3 ilə Cavabdeh4 vicdanlı alıcı ola bilməzlər. Çünki hər ikisi həmin torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bilmiş, X11 ilə onlar arasında bağlanmış müqavilər də, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılmasının qarşısını almaq məqsədilə bağlanmışdır.

23. Məhkəmə kollegiyası apellyasiya şıkayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə baxışı zamanı Cavabdeh3 izahatında bildirmişdir ki, torpaq sahəsinin mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmasından məlumatlı olmuşdur. Yəni, həmin torpaq sahəsini İddiaçı adına o, almışdı r və hesab edir ki, həmin torpaq sahəsi ona məxsusdur, sadəcə İddiaçı adına qeydə alınmışdır. Həmçinin digər Cavabdeh4 izahatında qeyd etmişdir ki, Cavabdeh3 ilə uzun illərdir dostluq münasibətləri vardır. Mübahisəli torpaq sahəsinin Adilə məxsus olduğunu və Ağakişinin adına sənədləşdirildiyini torpaq sahəsini alan ərəfədə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2018-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 140cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsi ndə dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Göründüyü kimi, qanunverici əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab etmişdir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilik rəsmi reyestrdə qeydə alınmış daşınar əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə tərəflərin əmlaka dair subyektiv hüquqlarının olub-olmamasını aydınlaşdırır. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlər isə Mülki Məcəllənin yuxarıda qeyd edilən 329.1 və 337.1-ci maddələrinin tələbinə, o cümlədən bağlanmış yalan əqdlər isə Mülki Məcəllənin 340-cı maddəsinin tələbinə görə etibarsız hesab olunur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

25. İşin mübahisəsiz halıdır ki, daşınmaz əml akın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqaviləsi ilə X2 rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2000 manat müqabilində Cavabdeh3 satmışdır. Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqaviləsi ilə Cavabdeh3 Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2500 manat müqabilində Cavabdeh4 satmışdır. Belə olan halda isə kollegiya qeyd edir ki, mübahisə predmeti olan 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi geri qaytarıldığından, onun üçün tərəflər arasında ödənilmiş məbləğlərdə geri qaytarılmalıdır.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını xahiş etsə də, iş materialarından görünür ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Odur ki, kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

53. Kollegiya iddia tələbinin cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, cavabdehlərin həmin torpaq sahəsindən istifadə etməkləri mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur və bu baxımdan iddia tələbi həmin hissədə də, əsaslı olduğundan təmin edilməlidir.

26. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 140, 149, 157, 324, 337, Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 81, 88, 217, 385, 389, 390-cı maddələrinə istinad edərək ə saslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-430/2024 nömrəli 18 fevral 2024 il tarixli qətnaməsini tamamilə ləğv edilib iddanın təmin edilməməsi barədə qərar qəbul edilməsini, mümkün olmadıqda isə işin təkrar baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyası onun apellyasiya məhkəməsinin iclasında verdiyi izahatı təhrif etmişdir. Əvvəla, izahatında Cavabdeh3la yaxın münasibəti olmasını, ancaq dostu olmamasını, Cavabdeh3 özünə məxsus olub Tovuz rayonun Dönük Qırıqlı kəndinni ərazisində yerləşən 0,095 ha torpaq sahəsini satmaq istəməsini, həmin sahə ilə bağlı iddiaçı Ağakişiyevlə arasında hər hansı mübahisənin ilə bağlı iddiaçı Ağakişiyevlə arasında hər hansı mübahisənin olubolmamasını ona bildirməməsini, qanuni əsaslarla mülkiyyətimə verilmiş həmin torpaqsahəsiniayrı-ayrı vətəndaşlara icarəyə verməsini, yalnız 2023-cü ildə başqa şəxsəicarəyə verərkən, artıq həmin sahənin əkilmiş olmasına dair mənə məlumat verildikdən sonra Adil Məməədova müraciət edərək həmin sahənin kim tərəfindən əkilməsini müəyyən etməklə nə kimi narazılığı olmasını araşdırmasını xahiş etməsini, nəticəcdə Cavabdeh3 araşdırmasından sonra həmin sahə ilə bağlı iddiaçı ilə Cavabdeh3 arasında mübahisə olmasını bilməsini göstərmişəm. “Ərəfəsində” ifadəsinin izahını verməklə Adildən aldığı torpaq sahəsi üzrə mübahisənin olmas ını 2023-cü ildə İddiaçı tərəfindən başqa şəxsə icarəyə verilərək əkilməsi nəticəsində bilməyini məhkəmə kollegiyasına verdiyi izahatında ətraflı qeyd etmişdir. O, heç vaxt izahatında göstərməmişdir ki, Adillə Ağakişi arasında torpaq mübahisəsi olmasını torpaq sahəsini Adildən alan zamanı bilmişdir. Əgər, həmin torpaq sahəsi ilə bağlı Adillə Ağakişi arasında mübahisə olmasını əvvəldən bilsəydi, həmin sahəni heç bir halda almazdı. Bundan əlavə iddiaçı izahatında göstərmişdir ki, Adillə aralarında pay torpaq sahəsi ilə bağlı mübahisələri əvvəllər də olmuşdur. Həmin mübahisə ilə də bağlı Adil mənə heç bir məlumat verməmişdir. Onu da əlavə edir ki, Ermənistan Respublikasının Krasnoselsk rayonunda anadan olub böyümüş, məlum milli münaqişə zamanı ailəsi ilə birlikdə Ermənistandan deportasuya olu naraq Tovuz rayonunda məskunlaşmışlar. Minbir əziyyətlə ailəsinin boğazından kəsərək topladığı pul vəsaiti ilə qanuni əsaslarla və sözün həqiq mənasında vicdanlı alıcı olaraq satın aldığı, cəmisi 0,095 ha torpaq sahəsini məhkəmə kollegiyası tam qanunsuz olaraq məni vicdanlı alıcı statusundan məhrum edərək, iddiaçının əsassız iddiasını təmin etməklə məlum qanunsuz və ədalətsiz qətnaməsini çıxarmışdır. Bununla da məhkəmə kollegiyası istinad etdiyi həmin maddi hüquq normalarının tələblərini vicdanlı alıcı olaraq ona münasibətdə düzgün tətbiq etməmişdir. Belə ki, Məhkəmə kollegiyası yalnız iddiaçının apellyasiya şikayətindəki dəllilinə əsaslanaraq hesab etmişdir ki, cavabdehlər olaraq o və Cavabdeh3 vicdanlı alıcılar ola bilmərik. Ona görə ki, iddiaçının hesab etdiyinə görə həmin torpaq sahəsi nin əvvəldən iddiaçıya məxsus olmasını bilmişik. Əslində məlum iddia üzrə iş materialları ilə sonradan, yəni məhkəmə mübahisəsi qaldırılandan sonra tanış olduğu zaman ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilsə də gələcəkdə özünün mülkiyyətinə keçiriləcəyi vədi ilə öz pul vəsaitini sərf etməklə Cavabdeh2 iddiaçının adına Cavabdeh3 satın almış, sonradan iddiaçı ilə aralarında narazılıq yaranmasına görə Cavabdeh2 iləiddiaçıarasındakı müqaviləni Tovuz rayon Məhkəməsinin xx.xx.2016-cı iltarixli qətnaməsi əsasında lağv edilmiş, həmin torpaq sahəsini AdilMəmmədov Laləzlrlə xx.xx.2017-ci il taarixdə bağladıqları alqı-satqımüqaviləsi əsasında satın almış, Cavabdeh3 mənə öz mülkiyyətində olan 0,095 ha torpaq sahəsini təcili pula ehtiyacının olmasına görə satması nı bidirmiş, aralarında bamğadıqları xx.xx.2017-ci il tarixli müqavilə əsasında 3000 (üç min) manata satmışdır. Bir daha qeyd edir ki, AdilMəmmədovun ona satdığı 0,095 hatorpaq sahəsinin əvvəldən İddiçıya məxsus olmasından məlumatı olmamışdır. Çünki, bildiyi qədər Cavabdeh3 özünə məxsus olan daşınmaz əmlakları istədiyi halda satmış, lazım olanda isə satın alırdı. Ona satdığı həmin 0,095 ha sahəsinin də eyni hallardan olmasına görə heç bir halda gələcəkdə mübahisəli ola biləcəyini düşünməmiş, nə də AdilMəmmədovdan təfsilatı ilə maraqlanmamışdır. Bu baxımdan tək iddiaçının dəlillərinə əsasən məhkəmə kollegiyasının həmin torpaq sahəsinin iddiaçıya məxsus olması barədə xüsusən onun əvvəldən məlumatının olması qənatinə gəlməkdə məhkəmə kollegiyası haqsızlıq etmişdir. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

31. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şə xs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

32. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

33. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur.

44. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 tərəfindən Cavabdeh3 satıldığı məqamda daşınmaz əmlakın dövlət reyestrindəki qeyd əsaslı olmamış, bu səbəbdən həmin əşya barəsində adları çəkilən şəxslər, habelə Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış müqavilələr etibarsız olmuşdur.

45. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.

46. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh4 izahatında Cavabdeh3 ilə uzun illərdir dostluq münasibətlərinin olduğunu, mübahisəli torpaq sahəsinin Adilə məxsus olduğunu və Ağakişinin adına sənədl əşdirildiyini torpaq sahəsini alan ərəfədə bildiyini qeyd etmişdir. Belə olan halda apellyasiya məhkəməsi Cavabdeh4 mübahisənin obyektinə əşya hüququ əldə edilməsi baxımından vicdanlı olmaması barədə qənaətə gəlmişdir.

47. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutla r araşdırılmış, onlara və Cavabdeh4 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Cavabdeh4 kassasiya şikayətində sözügedən məzmunda izahat vermədiyini bildirsə də, iş materiallarında məhkəmə iclas protokoluna müvafiq qeydlər verilməklə istinad olunan izahatın çıxarılması aşkar edilmir.

50. O da qeyd edilməlidir işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 430/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar