Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-430/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X15 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, cavabdehlər X6 nümayəndəsi (vəkil) X10 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər X11 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2476/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-23-3-37/2-A-00xx-xx/2023 saylı məktubundan görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 ilə İddiaçı arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestr nömrəsi **********62 olan, xx.xx.2008-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli (iş 2-(62)5743/2016 nömrəli) qətnaməsi ilə İddiaçı ilə X11 arasında bağlanmış və notarial qaydasında təsdiqlənmiş xx.xx.2008-ci alqı-satqı müqaviləsi və reyestr nömrəsi **********62 olan, xx.xx.2008-ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə əsasında Tovuz rayonu, X28 kəndində yerləşən, 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyət hüququ ləğv edilmişdir. 2.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə X6 adına qeydə alınmışdır.
3. Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilədən görünür ki, X11 mülkiyyətində olan Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2000 manat müqabilində Cavabdeh3 satmışdır.
4. Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilədən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2500 manat müqabilində Cavabdeh4 satmışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakda **********62 nömrəli reyestrlə Cavabdeh4 tam mülkiyyət hüququ qeydə alınmışdır.
6. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddiaçı X4 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilmişdir. İddiaçı qiyabi qətnamənin ləğvinə dair verdiyi ərizə əsasında həmin qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır.
7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı və digərlərinə qarşı AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
8. Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbi dair mülki iş üzrə icrada dönüş edilməsi haqqında cavabdeh İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş və Tovuz Rayon Məhkəməsinin 2(062)-5743/2016 saylı xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi üzrə icrada dönüş həyata keçirilmiş və Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı mülkiyyət hüquqları bərpa edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər X8, Cavabdeh3, Cavabdeh4, Tovuz regional Asan Xidmət Mərkəzinin Notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlər X11 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız sayılması və cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2008-ci il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi üzrə ona satmış və torpaq sahəsi üzərində hüquqları daşınmaz dövlət reyestrində qeydə alınmışdır. X23 8 il sonra alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışının etibarsız sayılmasına dair iddia ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Qiyabi qətnamə üzrə mübahisəli torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmışdır. Həmin qiyabi qətnamənin ləğvinə dair ərizə vermiş və məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilərək qiyabi qətnamə ləğv edilmişdir. Bundan sonra işləmək üçün Rusiya Federasiyasına getmiş və 2023-cü ildə qayıtmışdır. Torpaq sahəsini istifadə etmək istəyən zaman məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi X11 tərəfindən xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3, onun tərəfindən isə xx.xx.2017- ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh4 satılmışdır. Müraciəti əsasında Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə icrada dönüş həyata keçirilmiş və 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa edilmişdir. Qərardad icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə göndərilmişdir. Lakin həmin orqan mübahisəli torpaq sahəsinin başqa şəxsə satılması və sonuncu dəfə Cavabdeh4 adına dövlət qeydiyyatına alınmasını bildirmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2476/2024 saylı qətnaməsi ilə (hakim F.Əliyev) İddiaçı cavabdehlər X8və qeyrilərinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində əsassız olmuşdur. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli torpaq sahəsinin «vicdanlı sahibi» olması nəticəsinə gəlindiyi üçün iddianın digər hissələri bu əsasdan təmin edilə bilməz. Odur ki, məhkəmə iddia tələbinin digər hissələri üzrə araşdırma aparmamışdır. İddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddiaçı özünü mülkiyyətçi hesab edərək iddianı irəli sürmüşdür. Həqiqətən də, qiyabi qətnamə qəbul edilənə kimi mülkiyyətçi olmuşdur. Məhkəmə iddia tələbini mülkiyyətin müdafiəsi kimi qiymətləndirdiyi üçün iddia müddətinin tətbiqini məqsədəmüvafiq saymamışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 144 və 337-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2476/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(062)-2476/2024 saylı qətnaməsi tam qanunsuz və əsassızdır. İlk öncə qeyd etmişdir ki, o, mübahisələndirdiyi X11 ilə Cavabdeh3 arasında bağlanmış 16 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 05 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsini 25 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsi üzərində onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yəni torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Onun xəbəri olmadan hazırkı iş üzrə cavabdeh X11 heç bir əsas olmadan onunla arasında bağlanmış 25 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvinə dair dair Tovuz Rayon Məhkəməsində iddia qaldırmış və Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən onun əsassız iddiası təmin edilmişdir. O, Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli qiyabi qətnaməsindən 2017-ci ilin iyul ayının sonlarında məlumatı olub və qiyabi qətnamənin ləğvinə dair məhkəməyə ərizə vermişdir. Tovuz Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli qərardadına əsasən, Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2016cı il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Sonradan həmin iddia tələbi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Lakin həmin vaxt onun X6 qiyabi qətnamənin icra olunması nəticəsində torpaq sahəsinin öz adına keçirməsindən və cəmi 20 gün ərzində digər şəxslərin adına alqı-satqı müavilərinin bağlanmasından xəbəri olmamışdır. Aradan keçən müddət ərzində Rusiya Federasiyasında olduğuna görə həmin torpaq sahəsi ilə maraqlana bilməmişdir. Sonradan ərizəsi əsasında 09 iyun 2023-cü il tarixli icrada dönüş haqqında qərardad qəbul edilmişdir. Qərardad icra edilməsi üçün üçüncü şəxs Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Ərzai İdarəsinə göndəriləndən sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Cavabdeh4 mülkiyyətindədir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 guya həmin torpaq sahəsini vicdanlı alıcı kimi əldə etdiklərini əsas götürərək, iddia tələbini təmin etməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə işin hallarına uyğun deyildir. Belə ki, həmin torpaq sahəsini o, X5 vicdanlı alıcı kimi almışdır. X11 heç bir əsas olmandan 9 ildən sonra əsassız bir iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə onun xəbəri olmadan qiyabi qətnamə ilə həmin iddianı təmin etmişdir. Həmin qiyabi qətnamə də, onun verdiyi ərizə ilə ləğv edilmişdir. X1 iddiası əsaslı idisə, onda 2017-ci ildə işin baxılmasında maraqlı olardı. Sadəcə olaraq X11 həmin vaxt torpaq sahəsini başqa şəxsə satdığına görə işə baxılmasında maraqlı olmamış, daha sonra torpaq sahəsini ikinci şəxsə sataraq aralarından bağlanmış əhəmiyyətsiz əqdi pərdələməyə çalışmışlar. Bir hal da, məhkəmənin diqqətindən yayınmışdır ki, X6 Cavabdeh3 ilə 16 iyun 2017- ci il tarixli alqısatqı müqaviləsini bağlamağa subyektiv hüququ olmamışdır. Maddi hüquq norması X6 Cavabdeh3 ilə 16 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsini mövcud olmamasını sübut edir. X3 həmin torpaq sahəsini Cavabdeh3 satmaq adı ilə onunla 16 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsini bağlayan zaman bilirdi ki, torpaq sahəsi iddiaçıya məxsusdur. Sadəcə olaraq məhkəmənin qanunsuz qiyabi qətnaməsi ilə müvəqqəti həmin torpaq sahəsini öz adına keçirib Cavabdeh3 satmışdır. Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 05 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi də yalnız görünüş üçün bağlanmış və X6 Cavabdeh3 ilə 16 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsini pərdələmək üçün bağlanmışdır. Hazırkı iş üzrə məhkəmə yalnız X11 ilə Cavabdeh3 arasında bağlanmış 16 iyun 2017-ci il tarixlialqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 05 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsini vicdanlıalıcı kimi əldə edildiyi qənaitinə gəlməklə işin bütün faktlarının araşdırılmamasını özü özlüyündə sübut etmişdir. X3 qanunsuz qiyabi məhkəmə qətnaməsinə əsasən onun mülkiyyətində olan torpaq sahəsini öz adına keçirmiş, bundan onun xəbəri olan kimi dərhal həmin torpaq sahəsini Cavabdeh3 satmış, sonradan da, cəmi 20 gün keçməmiş Cavabdeh3 torpaq sahəsini Cavabdeh4 sataraq torpaq sahəsini vicdanlı olaraq əldə edilməsi kimi don geyindirmişdir. Cavabdehlərdən Cavabdeh3 və X11 vəkili Akif İsmayılovun məhkəmədə mübahisəli torpaq sahəsinin əslində Cavabdeh3 məxsus olması və X7 adına formal olaraq sənədləşdirilməsi və onun da, formal olaraq satılması ilə bağlı verdiklərin izahatlar da, nəzərə alınmamışdır. Əgər onların verdikləri izahatlar doğru idisə, onda 25 fevral 2008-ci il tarixli alqı-satqı müaviləsi nə səbəbdən 8 il sonra mübahisələndirilirdi? Bütün bunlar məhkəmənin gəldiyi nəticə üçün mühüm faktiki halların aydınlaşdırılmamasını sübut edir. Məhkəmə cavabdehlər Cavabdeh3, daha sonra Cavabdeh4 mübahisəli torpaq sahəsini vicdanlı əldə etmələri barədə gəldiyi nəticəni əsaslandıran zaman yalnız maddi hüquq normasında öz əksini tapan halı qeyd etməklə kifayətlənərək bu halı da, sübut edə bilməmişdir. Məhkəmənin cavabdehlər Cavabdeh3, daha sonra Cavabdeh4 mübahisəli torpaq sahəsini vicdanlı əldə etmələri barədə gəldiyi nəticə yuxarıda qeyd etdiklərinə əsasən işin hallarına uyğun gəlmir. X6 mübahisəli torpaq sahəsini Cavabdeh3 satan zaman bilnişdir ki, qanunsuz qiyabi qətnaməyə əsasən həmin torpaq sahəsini özadına qaytarıb və həmin qətnamənin ləğvi onun adına olan sənədlərin ləğvi deməkdir. Bundan yayınmaq üçün həmin torpaq sahəsini Cavabdeh3 satmışdır. X12 bağladığı alqı-satqı müqaviləsinin ləğvində israrlı olmuş olsaydı ona həmin mülki işə baxılmasında maraqlı olardı. Torpaq sahəsini Cavabdeh3 satdığından işin bitməsi qənaətinə gəlinmiş və həmin torpaq sahəsi Cavabdeh4 da, satılmaqla onunla Cavabdeh3 arasında bağlanmış 16 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsini pərdələnmişdir.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, X11 qanunsuz qiyabi məhkəmə qətnaməyə əsasən onun mülkiyyətində olan torpaq sahəsini öz adına keçirmiş, bundan onun xəbəri olan kimi dərhal həmin torpaq sahəsini Cavabdeh3 satmış, sonradan da, cəmi 20 gün keçməmiş Cavabdeh3 torpaq sahəsini Cavabdeh4 sataraq torpaq sahəsini vicdanlı olaraq əldə edilməsi kimi don geyindirmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Cavabdeh3 onun qohumudur. Cavabdeh3 ilə birlikdə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Düz Qırıqlı kəndinin yaxınlığında Gədəbəy rayonun ərazisindən Adilin atasının adına şərikli 18 ha torpaq sahəsi almışlar. Əlavə olaraq hazırkı mübahisəli torpaq sahəsini isə öz adına almışdır. Sonradan şərikli aldıqları 18 ha torpaq sahəsini Adil qaytarmaqdan imtina etmişdir. Sonra isə hazırkı mübahisəli torpaq sahəsini öz adına keçirmişdir. Cavabdeh4 isə Adilin şərikidir. Mübahisəli torpaq sahəsinin onun olduğunu bilirmiş. Torpaq sahəsini onun mülkiyyətindən çıxarmaq üçün alqı-satqı etmişlər. Hətta 2023-cü ildə o, mübahisəli torpaq sahəsinin əkmədirmək üçün traktor göndərərkən, Adil traktoristi sahədən çıxararaq torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir.
18. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh X6 nümayəndəsi (vəkil) X16 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2476/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi Mənnədov Adilə satılmışdır. Sadəcə olaraq ilkin olaraq Ağakişinin adına sənədləşdirilmişdir. Əslində həmin torpaq sahəsi Adilindir. Ona görə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Birinci instansiya məhkəməsində şahidlərin dinlənilməsi ilə bağlı vəsatət verməməklərinmin səbəbi zərurət bilməkləri olmuşdur.
19. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2476/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Adil ona mübahisəli torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Adillə uzun illərdir dostluq münasibətləri vardır. İddiaçını da, tanımışdır. Mübahisəli torpaq sahəsinin Adilə məxsus olduğunu və Ağakişinin adına sənədləşdirildiyini torpaq sahəsini alan ərəfədə bilmişdir. Torpağı Adildən 3000 manata almışdır. Alandan sonra bilmişdir ki, mübahisə vardır. Torpağı icarəyə vemişdir. Hazırda icarədə deyildir. 2023-cü ildə bilmişdir ki, torpaqla bağlı mübahisə vardır. Müqaviləyə nə üçün 2500 manat yazılmasını bilməmişdir. Torpağı 2 ya 3 il icarəyə vermişdir. İcarə müqaviləsi bağlamamışdır.
20. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini Laləzardan o, almışdır. Lakin Torpaq sahəsini Ağakişinin adına almışdır. Sonradan Ağakişi torpağı ona vermədyi üçün, torpaqla bağlı qiyabi qətnamə çıxarılandan sonra torpağı öz adına sənədləşdirmiş və dostu Hüseynə satmışdır. Qiyabi qətnamə çıxarılarkən məhkəmədə iştirak etmişdir. 2023-cü ildə torpaq sahəsini Ağakişi traktorla əkmək istəyərkən, həqiqətən də, traktoristin qarşısına o çıxaraq torpaq sahəsini əkməyə qoymamışdır. Torpaq sahəsinə getməsinə səbəb isə Hüseynin onun satdığı torpaq sahəsi ilə mübahisə olduğunu bildirdikdən sonra, sahəyə gedib Ağakişiyə torpaq sahəsinin nə Ağakişinin, nə də, onun mülkiyyətində olmamasını, Hüseynin mülkiyyətində olmasını bildirmək olmuşdur.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər tərəflər məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
26. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
27. Maddə 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
37. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
38. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
39. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2476/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
44. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı ilə X11 arasında xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilə əsasında İddiaçı adına qeydiyyat tarixi xx.xx.2008-ci il, reyestr nömrəsi **********62 olan çıxarış verilmişdir. X6 iddiası əsasında Tovuz Rayon Məhkəməsinin 2(062)-5743/2016 saylı xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə yuxarıda göstərilən alqı-satqı müqaviləsi və çıxarış etibarsız sayılmışdır. Torpaq sahəsi üzərində xx.xx.2017-ci il tarixdə yenidən X6 hüquqları qeydə alınmışdır. Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilə əsasında mübahisəli torpaq sahəsi X11 tərəfindən 2000 manat müqabilində Cavabdeh3 satılmış, sonuncu tərəfindən isə daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilə əsasında 2500 manat müqabilində Cavabdeh4 satılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi isə İddiaçı ərizəsi əsasında ləğv edilmiş və işə baxılması təzələnmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Hazırda mübahisəli torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX seriyalı ******* saylı çıxarış üzrə xx.xx.2017-ci il tarixdən Cavabdeh4 xüsusi mülkiyyətindədir. Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbi dair mülki iş üzrə icrada dönüş edilməsi haqqında cavabdeh İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş və Tovuz Rayon Məhkəməsinin 2(062)-5743/2016 saylı xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi üzrə icrada dönüş həyata keçirilmiş və Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı oğlunun mülkiyyət hüquqları bərpa edilmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materialları, təqdim edilmiş sübutlar və tərəflərin izahatları ilə təsdiq olunur ki, İddiaçı X11 ilə Cavabdeh3 arasında bağlanmış 16 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 30 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsini 25 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsi üzərində onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Apellyasiyya şikayətinin dəlilində qeyd edilir ki, Cavabdeh3 ilə Cavabdeh4 vicdanlı alıcı ola bilməzlər. Çünki hər ikisi həmin torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bilmiş, X11 ilə onlar arasında bağlanmış müqavilər də, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılmasının qarşısını almaq məqsədilə bağlanmışdır. Məhkəmə kollegiyası apellyasiya şıkayətinin dəlilləri ilə razılaşır və qeyd edir ki, məhkəmə baxışı zamanı Cavabdeh3 izahatında bildirmişdir ki, torpaq sahəsinin mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmasından məlumatlı olmuşdur. Yəni, həmin torpaq sahəsini İddiaçı adına o, almışdır və hesab edir ki, həmin torpaq sahəsi ona məxsusdur, sadəcə İddiaçı adına qeydə alınmışdır. Həmçinin digər Cavabdeh4 izahatında qeyd etmişdir ki, Cavabdeh3 ilə uzun illərdir dostluq münasibətləri vardır. Mübahisəli torpaq sahəsinin Adilə məxsus olduğunu və Ağakişinin adına sənədləşdirildiyini torpaq sahəsini alan ərəfədə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2018-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Göründüyü kimi, qanunverici əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab etmişdir.
46. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Hazırkı işdə iddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğuna istinad edərək, cavabdehlərin həmin torpaq sahəsini bilərəkdən məqsədli şəkildə digər şəxslərlə alqı-satqı etdiklərini göstərmişdir. Mübahisəli torpaq sahəsindən uzun müddətdir ki, istifadə etməsə də, alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X11 və sonuncu alıcı Cavabdeh4 İddiaçı ilə X11 arasında olan alqı-satqı müqavilələrindən məlumatlı olmuşlar. X6 həmin torpaq sahəsini ikinci dəfə satmasında subyektiv hüququ olmamışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
48. Kollegiya, mübahisəsi gedən torpaq sahəsi ilə bağlı müqavilələrinin hazırkı dövrədək qüvvədə olmasını bir daha vurğulayaraq qeyd edir ki, cavabdeh həmin torpaq sahəsi üzərində sərəncam vermək, yəni onlara dair digər şəxslərlə müqavilə bağlamaq səlahiyyətinə malik subyekt olmamışdır; səlahiyyəti olmayan şəxslər (subyektlər) arasında bağlanmış müqavilələr isə onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb ola bilməzlər. Həmçinin qeyd olunmalıdır ki, bağlanmış əqdlər etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “... Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”.
50. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik rəsmi reyestrdə qeydə alınmış daşınar əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə tərəflərin əmlaka dair subyektiv hüquqlarının olub-olmamasını aydınlaşdırır. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlər isə Mülki Məcəllənin yuxarıda qeyd edilən 329.1 və 337.1-ci maddələrinin tələbinə, o cümlədən bağlanmış yalan əqdlər isə Mülki Məcəllənin 340-cı maddəsinin tələbinə görə etibarsız hesab olunur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
51. İşin mübahisəsiz halıdır ki, daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqaviləsi ilə X2 rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2000 manat müqabilində Cavabdeh3 satmışdır. Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqaviləsi ilə Cavabdeh3 Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2500 manat müqabilində Cavabdeh4 satmışdır. Belə olan halda isə kollegiya qeyd edir ki, mübahisə predmeti olan 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi geri qaytarıldığından, onun üçün tərəflər arasında ödənilmiş məbləğlərdə geri qaytarılmalıdır.
52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını xahiş etsə də, iş materialarından görünür ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Odur ki, kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
53. Kollegiya iddia tələbinin cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, cavabdehlərin həmin torpaq sahəsindən istifadə etməkləri mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur və bu baxımdan iddia tələbi həmin hissədə də, əsaslı olduğundan təmin edilməlidir.
54. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2476/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2476/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2476/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı barədə X11 ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilə və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017ci il tarixli, AN İ ******* saylı müqavilə etibarsız hesab edilsin. Cavabdeh4 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın reyestrində **********62 nömrə ilə aparılmış qeyd ləğv edilsin. Alqı-satqı müqavilələri etibarsız hesab edildiyindən xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilə üzrə X5 2000 manat alınıb Cavabdeh3, xx.xx.2017-ci il tarixli, AN İ ******* saylı müqavilə üzrə 2500 manat Cavabdeh3 alınaraq Cavabdeh4 verilsin. Cavabdehlər X11, Cavabdeh3 və Cavabdeh4 Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.