Məhkəmə qərarları › İş №2(035)-506/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-506/2025

30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-506/2025 30.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi) X44 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum valideynləri atası X19 və anası X12 Zərdab rayonunun ikinci Alıcanlı kəndi ərazisində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 253.60 kv.metr olan fərdi yaşayış evinin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X19 xx.xx.2001-ci il tarixdə, anası X32 xx.xx.2006-ci il tarixdə ölmüşdür. Valideynlərindən Zərdab rayonu ikinci Alıcanlı kəndi ərazisində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 253.60 kv metr olan fərdi yaşayış evi miras qalmışdır. Valideynlərinin ondan başqa qızı X13, X20, X17, oğlu X4, qızı X21, X22, oğlu X30, qızı X23 və X3 ibarət vərəsələri olmuşdur. Valideynlərindən qalan miras əmlakları faktiki olaraq özü qəbul etmiş və hazırda idarə edir. Digər vərəsələr, bacı-qardaşlarının həmin miras əmlakları onun tərəfindən qəbul edilməsinə heç bir narazılıqları yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətindədir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, atası X19 xx.xx.2001-ci il tarixdə, anası X32 xx.xx.2006-ci il tarixdə ölmüşdür. Valideynlərindən Zərdab rayonu ikinci Alıcanlı kəndi ərazisində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 253.60 kv metr olan fərdi yaşayış evi miras qalmışdır. Valideynlərinin ondan başqa qızı X13, X20, X17, oğlu X4, qızı X21, X22, oğlu X30, qızı X23 və X3 ibarət vərəsələri olmuşdur. Valideynlərindən qalan miras əmlakları faktiki olaraq özü qəbul etmiş və hazırda idarə edir. Digər vərəsələr, bacı-qardaşlarının həmin miras əmlakları onun tərəfindən qəbul edilməsinə heç bir narazılıqları yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Zərdab rayonu ikinci Əlicanlı kəndi ərazisində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 253.60 kv metr olan fərdi yaşayış evi mərhum X9 xüsusi mülkiyyətində olmuş və X24 həmin əmlakda ümumi birgə payı olmuşdur. İşdə olan Zərdab rayon İHB-nin Alıcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 293 saylı arayışından görünür ki, mərhum X19 xx.xx.2001-ci il tarixdə vəfat etmiş və ölən günə kimi Alıcanlı kənd inzibati ərazi dairəsində yaşamış və vəfat edərkən onun X13, X20, X17, oğlu X4, qızı X21, X22, oğlu X30,X23 və X3 ibarət vərəsələri vardır. İşdə olan Zərdab rayon Çallı kənd Soveti tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi X10 atası qrafasında atası kimi X25, anası qrafasında anası kimi X33 yazılmışdır. İşdə olan Zərdab rayon Çallı kənd Soveti tərəfindən xx.xx.1962-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi X2 atası qrafasında atası kimi X25, anası qrafasında anası kimi X33 yazılmışdır. İşdə olan Zərdab rayon Çallı kənd ZDS İcraiyyə komitəsi tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi X5 atası qrafasında atası kimi X25, anası qrafasında anası kimi X33 yazılmışdır. İşdə olan Zərdab rayonu Çallı kənd Soveti tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi X11 atası qrafasında atası kimi X25, anası qrafasında anası kimi X33 yazılmışdır. İşdə olan Zərdab rayonu Çallı kənd Soveti tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi X14 atası qrafasında atası kimi X19, anası qrafasında anası kimi X32 yazılmışdır. İşdə olan Zərdab rayonu Çallı kənd Soveti tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi X6 atası qrafasında atası kimi X19, anası qrafasında anası kimi X32 yazılmışdır. İşdə olan Zərdab rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi X7 atası qrafasında atası kimi X25, anası qrafasında anası kimi X33 yazılmışdır. İşdə olan Zərdab rayon İHB-nin Çallı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2024cü il tarixdə təkrar verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi X6 atası qrafasında atası kimi X19, anası qrafasında anası kimi X32 yazılmışdır. İşdə olan Zərdab rayonu Çallı kənd Soveti tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi Ərizəçi atası qrafasında atası kimi X19, anası qrafasında anası kimi X32 yazılmışdır. İşdə olan Ucar rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1986-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X43 və X18 arasında xx.xx.1986-cı il tarixdə Ucar rayon VVAQ şöbəsində nikah akt qeydləri kitabında 118 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşdə olan Ulyanovsk şəhəri Zasviyajski rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X23 arasında bağlanmış nikah 03..12.1993-cü il tarİxdə pozulmuş, nikah pozulduqdan sonra kişi Əmirov, qadın Əmirova soyadında qalmışdır. İşdə olan Zərdab rayonunun Alıcanlı kənd icra hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X31 və X26 arasında xx.xx.1992-ci il tarixdə Zərdab rayonunun Alıcanlı kənd icra hakimiyyətində nikah akt qeydləri kitabında 07 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Çələbiyev, arvada Çələbiyeva soyadı verilmişdir. İşdə olan Zərdab rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2001-ci ildə ölmüşdür. İşdə olan Zərdab rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2006-cı ildə ölmüşdür. İşdə olan Notariat ofisində X13, X20, X17, oğlu X4, qızı X21, X22, oğlu X30,X23 və X15 tərəfindən imzalanaraq tərtib olunmuş ərizələrdən görünür ki, onların hər biri xx.xx.2001-ci il tarixində vəfat etmiş ataları-X8 və xx.xx.2006-cı il tarixdə vəfat etmiş anaları X12 miras qalmış əmlakı qəbul etməmişlər, etmək istəmirlər. Adlarının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirlər. Müddətin bərpası üçün məhkəməyə müraciət etməyəçəklər. Ərizənin geri götürülməsinin mümkün olmaması onlara notarius tərəfindən izah edilmişdir. İşdə olan Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X37 tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, X1 X16 etibar etmişdir. İşdə olan Zərdab Rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 95 nömrəli məktubdan görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə vəfat etmiş atası X8 və xx.xx.2006-cı il tarixdə vəfat etmiş anası X12 miras qalmış əmlaka-Zərdab rayonu, ikinci Alıcanlı kəndində yerləşən fərdi yaşayış evinə və 0.25 ha yaşayış məntəqələri torpaq sahəsinə dair vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı xx.xx.2015-ci il tarixdə Zərdab rayon notariat ofisinə təqdim edilmiş ərizəsinə baxılmış, ərizə və ona əlavə edilmiş sənədlərdən, o cümlədən informasiya sistemlərindən, müvafiq qurumlardan əldə edilmiş məlumatlardan görünür ki, mirası qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Qeyd olunan səbəblərdən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cü maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin valideynləri atası X19 və anası X27 məxsus Zərdab rayonu ikinci Alıcanlı kəndi ərazisində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 253.60 kv metr olan fərdi yaşayış evi olmuşdur. Ərizəçinin atası X19 xx.xx.2001-ci il tarixdə, anası X32 xx.xx.2006-ci il tarixdə ölmüşdür. Miras qoyanlar sözügedən miras əmlakları heç kimə vəsiyyət etməmişlər. Miras qoyanın ərizəçi də daxil olmaqla 10 nəfər qanun üzrə birinci növbəli vərəsələri vardır. Vərəsələrdən hazırkı Ərizəçi sözügedən miras əmlakları faktiki qəbul etmişdir. Digər vərəsələr nə faktiki, nə də ki, notariusa ərizə vermək yolu ilə mirası qəbul etməmişlər. Miras əmlaklar barəsində vərəsəlik işi açılmamışdır. Digər vərəsələr Zərdab Notariat Ofisində ərizə verərək mərhum valideynlərindən qalmış miras əmlakların qardaşı Ərizəçi tərəfindən qəbul edilməsinə razı olduqlarını, gələcəkdə ona qarşı heç bir tələblərinin olmayacağını bildirmişlər. Miras əmlaklar barədə hər hansı bir mübahisə yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, miras 2001 və 2006-cı illərdə açıldığından mirasın qəbuluna dair məsələ hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddalarını rəhbər tutaraq hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli və sözügedən mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X19 və X12 miras qalmış Zərdab rayonu ikinci Alıcanlı kəndi ərazisində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 253.60 kv metr olan fərdi yaşayış evinun Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar