Məhkəmə qərarları › İş №2(035)-513/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-513/2024

26.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-513/2024 26.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment və müalicə pulu tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment və müalicə pulu tələbi) X6 Baxşəli oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və müalicə pulu tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər hər ay 235 manat alimentin və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər hər ay 235 manat alimentin və xx.xx.2024-cü il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar 100 manat, dövlət rüsumuna görə ödədiyi 32 manat və Mediasiyaya ödədiyi 60 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2023-cü ildə qeyri rəsmi ailə qurmuş, faktiki nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuş, xx.xx.2024-cü il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Qaynanasının yersiz söz-söhbətlərinə görə, əri ilə də söz-söhbətləri olurdu. Cavabdehlə, xasiyyətləri tutmur, münasibətləri alınmır. Cavabdehlə ailə qurub, cəmi 09 ay bir yerdə yaşamışlar. Hazırda cavabdehlə ayrı yaşayırlar. Uşaqla birlikdə valideynlərinin yanında Zərdab rayonunun Alıcanlı kəndində qalır. Özünün maddi vəziyyəti çox ağırdır, dolanışıqda əziyyət çəkir. Uşaq böyüdükcə problemləri, ehtiyacları artır. Qızı Zeynəbin sol bud-çanaq oynağının ankilozu xəstəliyi vardır. Uşağın müalicəsi üçün hər ay masaj və müalicəsi üçün həkimə müraciətlər edir, buna görə əlavə xərclər lazım olur. Cavabdeh onlarla maraqlanmır, uşağına maddi köməklik etmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə cavabdeh məhkəmə iclasına gəlməmiş, məhəkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək, ...xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulacaq alimentin məbləğinin 150 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə faktiki olaraq 2023-cü ildə ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından bir uşaqları-xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehin anası ailələrini müdaxilə etdiyi üçün, cavabdehlə aralarında mütəmadi olaraq söz-söhbət yaranmışdır. Artıq bu söz-söhbətlərə dözmədiyindən uşağı ilə birlikdə gəlib ata evində yaşamaq məcburiyyətində qalmışdır. Hazırda cavabdehlə ayrı yaşayırlar. Özü uşaqla birlikdə Zərdab rayonunun Alıcanlı kəndində yaşayan valideynlərinin yanında qalır, xəstəliyinə görə heç bir yerdə işləmir. Qızı Zeynəb də xəstədir, mütamadi olaraq Zeynəbi həkim müayinələrindən keçirilməli olur. Cavabdeh isə nə onunla, nə də uşağı ilə maraqlanmır, könüllü olaraq maddi köməklik göstərmir. İlkin olaraq mediasiya təşkilatına müraciət etsə də, cavabdehlə razılığa gəlmədiyindən mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İşdə olan Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin sahibi X2 atası qrafasında atası kimi Cavabdeh, anası qrafasında anası kimi İddiaçı yazılmışdır. İşdə olan mediator X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024- 00791 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ailə mübahisəsinın (atalıq faktının müəyyən edilməsi, aliment və qızıl-zinət əşyalarının qaytarılması tələbinin) mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də,mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir. 60 (altmış) manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Cavabdeh tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə göndərilən ərizədən görünür ki, ...o, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulacaq alimentin məbləğinin 150 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər 2023-cü il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Tərəflərin faktiki nikahlarından bir uşaqları- xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər hazırda ayrı yaşayırlar. Cavabdeh uşağı ilə maraqlanmır, könüllü olaraq uşağına maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı ilkin olaraq mediasiyaya müraciət etmiş, lakin mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, tərəflərin faktiki nikahlaından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən uşağa görə 235 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına, mütamadi aylıq qazanca sahib olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını nəzərə alır. Məhkəmə araşdırması zamanı iddianın alimentə dair hissədə rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. İddiaçıı uşağı-xx.xx.2023-cü il təvəllüdlü X2 xəstəliyinə görə aylıq müayinə və müalicəsinə görə cavabdehdən hər ay 100 manat pulun tutulmasını iddia etsə də, iddiasını həmin hissədə məhkəmə iclasında əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən təklif olunsa da, iddiaçı izahat verməkdən savayı iddianı “müalicə pulu” tələbinə dair hissədə əsaslandıra biləcək hər hansı bir mötəbər sübut, yəni qızı Zeynəbin hansı xəstəlikdən əziyyət çəkməsi və buna görə müalicəyə ehtiyacının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, iddiaçının məhkəmə iclasında verdiyi izahata qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı müalicə pulu tələbinə dair hissədə iddiasını məhkəmə iclasında sübüta yetirə bilməmişdir. Bu səbəbdən iddia “müalicə pulu” tələbinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia “müalicə pulu” tələbinə dair hissədə təmin edilmədiyi üçün həmin tələbə dair ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzindəödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 200 manat x 12 ay = 2400 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 44.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İlkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 44.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar