Məhkəmə qərarları › İş №2(035)-535/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-535/2025

26.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-535/2025 26.08.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsindən çıxarılma tələbinə dair) Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi İddiaçı2 nümayəndəsi Məmmədov Elmir Məzahir oğlu və İddiaçı3 Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinin mütəxəssisi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddiası üzrə mülki işə 26 avqust 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Zərdab rayonu Təzəkənd kəndinin “Aşağı bağ” adlanan ərazisində yerləşən kateqoriyasına (təyinatına) görə örüş torpağı kimi müəyyən edilərək kənd sakinlərinin ümumi istifadəsinə verilmiş 60,0 ha torpaq sahəsinin zəbt etdiyi 13,0 ha hissəsindən çıxarılmasına və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarına əsasən 25 il müddətinə Zərdab rayon Təzəkənd kənd ərazisində “Aşağı bağ” adlanan ərazisi kateqoriyasına (təyinatına) görə örüş torpağı kimi müəyyən edilərək kənd sakinlərinin ümumi istifadəsinə verilmiş 60,0 ha torpaq sahəsindən kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 13 ha torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. İcarə müqaviləsi bağlanan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Bu fakt Ədliyyə Nazirliyi Göyçay Regional İdarəsinin xx.xx.2021-ci il tarixdə kənd sakinlərinə ünvanladığı məktubdada öz təsdiqini tapmışdır. Eyni zamanda sözü gedən məktub Zərdab Bələdiyyəsinin xx.xx.2021 -ci il tarixli 02 saylı iclasında müzakirə olunmuş və xx.xx.2024cü il tarixli qərar ilə Cavabdeh 13,0 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı qərar ləğv olunmuşdur. Hazırda cavabdeh sözü gedən torpaq sahəsində öz məqsədləri üçün istifadə edir və kənd sakinlərinin istifadəsinə müneələr yaradır. Sözü gedən torpaq sahəsi örüş təyinatlıdır və kənd sakinlərinin ümumu istifadəsindədir. Dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsələrdə, heç bir nəticəsi olmamışdır. Ona görə də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət emişlər. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaya etiraz: Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, həmin iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Zərdab rayon Təzəkənd Bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 3 saylı qərarı və həmin tarixli icarə müqaviləsi əsasında Təzəkənd Bələdiyyəsinin torpaq sahəsindən kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün 25 illik müddətə 13.0 hektar torpaq sahəsi ona icarəyə verilmişdir. Bu barədə xx.xx.2005-ci il tarixli, JN-4798 seriyalı, KOD ******* nömrəli “Torpaqdan istifadə hüququna dair şəhadətnamə” də tərtib edilmişdir. Sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olub və iddiaçılara heç bir aidiyyəti yoxdur. Bələdiyyə ilə rəsmi müqaviləsi var və müqavilənin 25 illik müddəti var. Buna əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilsə də, İddiaçı1 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməm iclasında iştirak edən İddiaçı3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onun həmkəndlisidir. Zərdab rayon Bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 03 saylı qərarına əsasən 25 il müddətinə Zərdab rayon Təzəkənd kənd ərazisində “Aşağı bağ” adlanan ərazisi kateqoriyasına (təyinatına) görə örüş torpağı kimi müəyyən edilərək kənd sakinlərinin ümumi istifadəsinə verilmiş 60,0 ha torpaq sahəsindən kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 13 ha torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. İcarə müqaviləsi bağlanan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Bu fakt Ədliyyə Nazirliyi Göyçay Regional İdarəsinin xx.xx.2021-ci il tarixdə kənd sakinlərinə ünvanladığı məktubdada öz təsdiqini tapmışdır. Eyni zamanda sözü gedən məktub Zərdab Bələdiyyəsinin xx.xx.2021 -ci il tarixli 02 saylı iclasında müzakirə olunmuş və xx.xx.2024-cü il tarixli qərar ilə Cavabdeh 13,0 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı qərar ləğv olunmuşdur. Hazırda cavabdeh sözü gedən torpaq sahəsində öz məqsədləri üçün istifadə edir və kənd sakinlərinin istifadəsinə müneələr yaradır. Sözü gedən torpaq sahəsi örüş təyinatlıdır və kənd sakinlərinin ümumu istifadəsindədir. Dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsələrdə, heç bir nəticəsi olmamışdır. Ona görə də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət emişlər. Məhkəməm iclasında iştirak edən İddiaçı2 nümayəndəsi X4 iddianı müdafiə edərək İddiaçı3 izahatına uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayon Təzəkənd Bələdiyyəsinin (hazırkı Zərdab bələdiyyəsi) xx.xx.2004-cü il tarixli, 03 saylı qərarı ilə və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi üzrə ona Zərdab rayon Təzəkənd bələdiyyəsinin torpaq sahəsindən kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 25 il müddətinə 13 ha torpaq sahəsi ayrılmış və bu barədə ona X2 Hüququna dair JN-4798 KOD 90501018 olan Şəhadətnamə verilmişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsindən istifadə edir. Hazırda orada yonca əkmişdir. Cari ilin əvvəllərindən cavabdehlər iri və xırdabuynuzlu mal-qaranı onun icarəsində olan torpağına salaraq məhsul yetişdirib ot biçməsinə imkan vermirlər. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq iddiaçılar qanunsuz hərəkətlərindən əl çəkməyərək onun icarə hüquqlarının həyata keçirməsinə maneçilik törətməkdə davam edirlər. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinin mütəxəssisi X7 izahatında bildirmişdir ki, Zərdab rayon Təzəkənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarı ilə və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi üzrə Cavabdeh Zərdab rayon Təzəkənd bələdiyyəsinin torpaq sahəsindən kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 25 il müddətinə 13 ha torpaq sahəsi ayrılmış və bu barədə Cavabdeh X2 Hüququna dair JN-4798 KOD 90501018 olan Şəhadətnamə verilmişdir. Sözü gedən torpaq sahəsi DWJ baza məlumatlarında örüş kimi göstərilsədə, lakin, TEKUS baza məlumatlarında əkinçilik kimi qeyd edilmişdir. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərdab Bələdiyyəsinin sədr müavini X6 izahatında bildirmişdir ki, 2021-ci il tarixdə sözü gedən müqavilənin ləğvi üçün Zərdab Rayon Məhkəməsinə,2024-cü il tarixdə isə şəhadətnamənin ləğv olunması üçün Şəki İnzibati Məhkəməsinə müraciət olunmuşdur. İddialar əsassız olduğundan təmin olunmamışdır. Yəni məhkəmələrin mövqeyinə görə icarəyə verilən zaman hansısa pozuntuya yol verilməmişdir Mülki işdə olan sənədlər: İşdə olan X2 Hüququna dair JN-4798 KOD 90501018 olan Şəhadətnamədən görünür ki, Zərdab rayon Təzəkənd bələdiyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə bələdiyyənin mülkiyyətində olan 13.0 hektar torpaq sahəsi kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə Cavabdeh Alahverdi oğluna icarəyə verilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-391/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Zərdab Bələdiyyəsinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi tələbi”nə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2584/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Zərdab Bələdiyyəsinin Cavabdeh qarşı xx.xx.2005-ci il tarixdə tərtib edilmiş JN-4798 KOD 90501018 saylı X2yə dair Şahadətnamənin ləğv edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli Etibarnamədən müəyyən olunur ki,İddiaçı1 onu Zərdab Rayon Məhkəməsində təmsil etmək üçün Nümayəndə bir il müddətinə etibarnamə vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Etibarnamədən müəyyən olunur ki, İddiaçı2 X1 onu məhkəmədə təmsil etmək üçün etibarnamə vermişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 51.1 Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 51.2 İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. Maddə 51.4 İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.2 Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 241.1 Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Maddə 706.1 Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Təzəkənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarına əsasən kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə 13,0 hektar torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. Sözü gedən müqavilənin şərtlərindən müəyyən olunur ki, müqavilə torpaqdan istifadə hüququna dair şəhadətnamə alındıqdan sonra qüvvəyə minir. İş materiallarına əlavə olunmuş JN-4798 saylı şəhadətnamədən isə müəyyən olunur ki, şəhadətnamə xx.xx.2005-ci ildə tərtib olunmuş və tərəflərə təqdim olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, müqavilənin başlanğıc tarixi xx.xx.2005-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, hazır ki, işdə iddiaçılar cavabdehin 13,0 hektar torpaq sahəsindən çıxarılmasını tələb etsələrdə lakin iddia verən zaman iki şərti nəzərə almamışdılar. Birinci şərt tərəflər arasında müqavilə öhdəliklərinin mövcud olması ikinci şərt isə iddiaçıların subyektiv hüququnun olub olmamasıdır. Birinci şərtə münasibətdə məhkəmə bildirir ki, tərəflər arasında müqavilə olması,müqavilənin hətda qanunvericiliyə zidd şəkildə bağlanılması onun bir tərəfli şəkildə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunda xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin ləğv olunması qeyd olunmuşdur.. Lakin məhkəmə hesab edir ki, icarə müqaviləsinin ləğvi bir tərəflidir və müqavilə öhdəliklərinə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, müqavilənin bağlanması,dəyişdirilməsi və ləğvi tərəflərin iradə ifadəsini əks etdirdiyindən qeyd oluna hallar tərəflərin razılığı və ya məhkəmə qaydasında mümkün ola bilər. İkinci şərt olan subyektiv hüquq məsələsinə münasibətdə isə məhkəmə bildirir ki, iddiaçılar hazır ki, iş üzrə müraciət edən zaman subyektiv hüquqlarının olub olmamasını nəzərə almamışdılar. Belə ki, tərəflərin verdiyi izahatdan və iş materiallarından müəyyən olunur ki, iddiaçıların cavabdehin çıxarılmasını xahiş etdiyi 13,0 hektar torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Qanunvericilik imperativ normadan çıxış edərək mülkiyyət hüququnun müdafiəsinin yalnız mülkiyyətçiyə məxsus olduğunu bildirir. Bundan əlavə məhkəmə qeyd edir ki,məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki,iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ;müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçıların cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etmək üçün subyektiv hüququ olmadığı üçün iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizələri təmin edilməsin. İddiaçılar tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar