Məhkəmə qərarları › İş №2(035)-538/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-538/2023

04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-538/2023 04.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsin”nə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi) X17 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı ildə vəfat etmiş atası X3 Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 43.0 kv.m, üç otaqdan ibarət olan əvvəlki-59 nömrəli ev, mənzil 8, hazırki-117 nömrəli ev, 7 saylı mənzilin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 65 kv.m, yaşayış sahəsi 43.0 kv.m metr, üç otaqdan ibarət olan əvvəlki- 59 nömrəli ev, mənzil 8, hazırki-117 nömrəli ev, mənzil 7 atası X10 məxsus olmuşdur. Özü və qardaşı X14 həmin evdə yaşamış, böyüyüb boya başa çatmışlar. X24 xx.xx.2006-cı ildə, anası X1 xx.xx.2012-ci ildə vəfat etmişdir. X7 və qardaşı X4 ibarət birinci növbəli vərəsələri olmuşdur. X19 miras qalan hazırda sözügedən mənzili özü faktiki olaraq qəbul etmiş və idarə edir. Digər vərəsə olan qardaşı Natiq Umarov sözügedən miras əmlakı onun tərəfindən qəbul olunmasına heç bir etirazı yoxdur. Buna dair hər hansı bir narazılığı yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2023-cü il tarixli məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 65 kv.m, yaşayış sahəsi 43.0 kv.m metr, üç otaqdan ibarət olan əvvəlki- 59 nömrəli ev, mənzil 8, hazırki-117 nömrəli ev, mənzil 7 atası X10 məxsus olmuşdur. Özü və qardaşı X14 həmin evdə yaşamış, böyüyüb boya başa çatmışlar. X24 xx.xx.2006-cı ildə, anası X1 xx.xx.2012-ci ildə vəfat etmişdir. X7 və qardaşı X4 başqa digər vərəsələri yoxdur. X19 miras qalan hazırda sözügedən mənzili özü faktiki olaraq qəbul etmiş və idarə edir. Digər vərəsə olan qardaşı Natiq Umarovun sözügedən miras əmlakın onun tərəfindən qəbul olunmasına heç bir etirazı yoxdur. Buna dair hər hansı bir narazılığı yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən 1969-cu ildə mişar daşından tikilmiş, ümumi sahəsi 65 kv.m, o cümlədən yaşayış sahəsi 43 kv.m, üç otaqdan ibarət olan 59 № li evin 8 № li yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasında X8 adına qeydə alınmışdır. İşdə olan Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, Ərizəçi atası qrafasında atası kimi X15, anası qrafasında X5 yazılmışdır. İşdə olan Zərdab rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə təkrar verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi X9 atası qrafasında atası kimi X15, anası qrafasında anası kimi X2 yazılmışdır. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təkrar verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X1 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşdə olan Zərdab şəhər Mənzil İstismar sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Zərdab şəhəri Azərbaycan küçəsindəki 117 saylı yaşayış evinin 7-ci mənzilində qeydiyyatda olan Ərizəçi valideynləri –atası X13 xx.xx.2006-cı il tarixdə, anası X2 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və onların oğlu X16 və oğlu X6 ibarət ailə üzvləri qalmışdır. İşdə olan X14 tərəfindən yazılmış və notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Zərdab şəhəri Azərbaycan küçəsi ev 117 (59.4), mənzil 7 də yerləşən yaşayış mənzilinin qardaşı Ərizəçi adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cü maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin atası Ömərov (Umarov) Cərulla Cəlil oğlu xx.xx.2006-cı ildə, anası X1 xx.xx.2012-ci ildə vəfat etmişdir. Ərizəçinin atasından Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 43.0 kv.m, üç otaqdan ibarət olan əvvəlki-59 nömrəli ev, mənzil 8, hazırki-117 nömrəli ev, 7 saylı mənzil miras qalmışdır. Miras əmlak heç kimə vəsiyyət edilməmişdir. Miras qoyanın ərizəçi də daxil olmaqla 2 nəfər qanun üzrə birinci növbəli vərəsəsi vardır. Vərəsələrdən hazırkı Ərizəçi mirası faktiki qəbul etmişdir. Digər vərəsə nə faktiki, nə də ki, notariusa ərizə vermək yolu ilə mirası qəbul etməmişdir. Miras əmlak barəsində vərəsəlik işi açılmamışdır. Digər vərəsə notariat qaydasında təsdiq edilmiş ərizə verməklə mirasın ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etməmişdir. Miras əmlak barədə hər hansı bir mübahisə yoxdur. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçi miras qoyanın oğlu olmaqla miras qalan əmlakı faktiki olaraq miras kimi qəbul etmişdir. Ona görə də ərizə qanuni və əsaslıdır və təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Ömərov (Umarov) Cərulla Cəlil oğlundan miras qalmış Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 43.0 kv.m, üç otaqdan ibarət olan əvvəlki-59 nömrəli ev, mənzil 8, hazırki-117 nömrəli ev, 7 saylı mənzilin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar