Məhkəmə qərarları › İş №2(035)-549/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-549/2023

06.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-549/2023 06.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işüzrə (Açar sözlər: Pul tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi –vəkil X3 Cavabdehin nümayəndəsi- X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 06 noyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən yükdaşımaların həyata keçirilməsi nəticəsində vurulmuş ziyana görə 17000 ABŞ Dolları və mediasiya qurumuna ödənilmiş 50 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı istehsal edilən müxtəlif təyinatlı malların irihəcimli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə İddiaçı MMC arasında əmək müqaviləsi bağlanmış və iddiaçı cəmiyyətdə yük avtomobili üzrə sürücü vəzifəsində işə qəbul edilmişdir. Həmin vaxtdan cavabdeh cəmiyyətə məxsus yük avtomobilləri ilə yüklərin ölkələrarası daşınmasını həyata keçirmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh iddiaçıya məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükü Gürcüstan Respublikasının dövlət sərhədindən keçərkən aparılan gömrük yoxlaması nəticəsində onun üzərindən qanunsuz daşınan qızıl-zinət əşyaları aşkar edilmiş və ona görə də cavabdehə qarşı Gürcüstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanaraq cinayət məsuliyyətinə cəlb edilmiş və təqsiri sübuta yetirilmişdir. Ona görə də “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkına yerləşdirilərək, həmin vaxtdan hazırki vaxtadək orada saxlanılmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2022-ci il ilin dekabr ayından hazırki vaxtadək iddiaçıya məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkında saxlanıldığından və buna görə də, həmin avtomobildən yeddi ay müddətində istifadə edilməməsi nəticəsində iddiaçıya aylıq 2000 ABŞ dolları olmaqla, cəmi 17000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Lakin, həmin vurulmuş ziyan cavabdeh tərəfindən hazırki vaxtadək iddiaçıya ödənilməmişdir. İddiaçı borcun ödənilməsini tələb etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi–vəkil X6 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikasında istehsal edilən müxtəlif təyinatlı malların irihəcimli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə İddiaçı MMC arasında əmək müqaviləsi bağlanmış və cavabdeh cəmiyyətdə yük avtomobili üzrə sürücü vəzifəsində işə qəbul edilmişdir. Həmin vaxtdan Cavabdeh cəmiyyətə məxsus yük avtomobilləri ilə yüklərin ölkələrarası daşınmasını həyata keçirmişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükü Gürcüstan Respublikasının dövlət sərhədindən keçirərkən aparılan gömrük yoxlaması nəticəsində cavabdehin üzərindən qanunsuz daşınan qızılzinət əşyaları aşkar edilmiş və ona görə də cavabdehə qarşı Gürcüstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanaraq cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi üzrə cavabdehin təqsiri sübuta yetirilmişdir. Ona görə də “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkına yerləşdirilərək, həmin vaxtdan hazırki vaxtadək orada saxlanılır.İddiaçı həmin avtomobillə ay ərzində minimum bir dəfə yük daşınmasını həyata keçirdikdə 2000 ABŞ dolları gəlir əldə edir. Lakin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2022-ci il ilin dekabr ayından hazırki vaxtadək iddiaçıya məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkında saxlanıldığından və buna görə də həmin avtomobildən yeddi ay müddətində istifadə edilməməsi nəticəsində iddiaçıya aylıq 2000 ABŞ dolları olmaqla, cəmi 17000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Belə ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya yeddi ay ərzində nəqliyyat vasitəsinin istifadə edilməməsi səbəbindən 14000 USD və əlavə çəkilmiş xərclərə görə 3000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabadehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabadeh onun oğludur. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh bağlanmış müqavilə üzrə yük avtomobili üzrə sürücü vəzifəsində işə qəbul edilmişdir. Həmin vaxtdan cavabdeh cəmiyyətə məxsus yük avtomobilləri ilə yüklərin ölkələrarası daşınmasını həyata keçirmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh iddiaçıya məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükü Gürcüstan Respublikasının dövlət sərhədindən keçirərkən aparılan gömrük yoxlaması nəticəsində cavabdehin üzərindən qanunsuz daşınan qızılzinət əşyaları aşkar edilmiş və ona görə də cavabdehə qarşı Gürcüstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanaraq cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi üzrə cavabdehin təqsiri sübuta yetirilmişdir. Odur ki, cavabdehin maddi imkanı və ailə vəziyyətini nəzərə alaraq tələb olunun borcdan azaldılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı MMC-nin nümayəndəsi –vəkil X6 tərəfindən məhkəmə prosessində təqdim olunmuş ərizədən görünür ki, iddia ərizəsində səhvən yazılmış olduğu 3000 ABŞ Dollardan imtina etdiyini, iddianın qalan digər hissəsinin təmin olunmasını xahiş etmişdir. İşdə olan İddiaçı MMC-nin direktoru Ş.Tağıyev tərəfindən məhkəməyə göndərilmiş Arayışdan görünür ki, bir ədəd nəqliyyat vasitəsinin Bakı-İstanbul Bakı istiqamətində yük daşınma xidmətinin dəyəri 4750 USD təşkil edir. Onlardan xərclər park ödənişi üçün 50 USD, yanacaq xərcləri üçün 915 USD, Gürcüstan Respublikasında inzibati xərcləri üçün 335 USD, Türkiyə Respublikasında tərəzi və ödənişli yollar xərci üçün 200 USD, ezamiyyə və əmək haqqı xərcləri 1250 USD təşkil edir. Ümumilikdə qey olunan bir reys üçün 2750 USD xərc edilir. Beləliklə bir nəqliyyat vasitəsi ilə şirkətə 2000 USD gəlir gətirir. Yəni yeddi ay ərzində ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadə edilməməsi səbəbindən şirkətə ən azı 14000 USD ziyan dəydiyi bildirilmişdir. İşdə olan mediator X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № MŞŞ/-MT018/2023- 01839 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı MMC məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından müəyyən edildi ki, iddiaçı istehsal edilən müxtəlif təyinatlı malların irihəcimli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə İddiaçı MMC arasında əmək müqaviləsi bağlanmış və cavabdeh cəmiyyətdə yük avtomobili üzrə sürücü vəzifəsində işə qəbul edilmişdir. Həmin vaxtdan cavabdeh cəmiyyətə məxsus yük avtomobilləri ilə yüklərin ölkələrarası daşınmasını həyata keçirmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh iddiaçıya məxsus “Kogel” yük markalı **- ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükü Gürcüstan Respublikasının dövlət sərhədindən keçərkən aparılan gömrük yoxlaması nəticəsində onun üzərindən qanunsuz daşınan qızıl-zinət əşyaları aşkar edilmiş və ona görə də cavabdehə qarşı Gürcüstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanaraq cinayət məsuliyyətinə cəlb edilmiş və təqsiri sübuta yetirilmişdir. Ona görə də “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkına yerləşdirilərək, həmin vaxtdan hazırki vaxtadək orada saxlanılmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2022-ci il ilin dekabr ayından hazırki vaxtadək iddiaçıya məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkında saxlanıldığından və buna görə də, həmin avtomobildən yeddi ay müddətində istifadə edilməməsi nəticəsində iddiaçıya aylıq 2000 ABŞ dolları olmaqla, cəmi 14000 ABŞ dolları və əlavə çəkilmiş xərclərə görə 3000 ABŞ dolları olmaqla, cəmi 17000 ABŞ dolları məbləğində maddi ziyan dəydiyi bildirilmişdir. İddiaçı borcun ödənilməsini tələb etlsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının ödəmiş olduğu dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh ödəniş gününə Azərbaycan Respublikası manat məzənnəsi ilə 14000 (on dörd min) ABŞ Dolları və mediasiya qurumuna ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar