Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-578/2024 18.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Payların müəyyən edilməsi tələbi) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 18 oktyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 saylı qərarı ilə Torpağın Mülkiyyət Hüququna dair JN-0040 KOD 90509028 nömrəli Dövlət Aktına əsasən, Zərdab rayon Gödəkqobu kənd ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü məqsədi ilə ona və onun digər ailə üzvülərinə verilmiş, hazırda Cavabdeh tərəfindən istifadə oluan 5.50 ha çöl pay torpaq sahəsindən onun 1/6 hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onu atasıdır. Torpaq islahatı zamanı onların mülkiyyətinə Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 saylı qərarı ilə Torpağın Mülkiyyət Hüququna dair JN-0040 KOD 90509028 nömrəli Dövlət Aktına əsasən Zərdab rayon Gödəkqobu kəndi ərazisində 5.50 ha pay torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi birgə mülkiyyətlərində olsa da, faktiki cavabdehin istifadəsindədir və cavabdeh tərəfindən istifadə edilir. Özü sonradan ailə qurub Zərdab rayonu Alcanlı kəndində yaşadığı və payları müəyyən edilmədiyi üçün torpaqdan istədiyi kimi istifadə edə və sərəncam verə bilmir. Cavabdehə müraciət etsə də, məhkəmədən kənar qaydada paylarını müəyyənləşdirə bilməmişlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etiraz və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onu atasıdır. Torpaq islahatı zamanı onların mülkiyyətinə Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 saylı qərarı ilə Torpağın Mülkiyyət Hüququna dair JN-0040 KOD 90509028 nömrəli Dövlət Aktına əsasən Zərdab rayon Gödəkqobu kəndi ərazisində 5.50 ha pay torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi birgə mülkiyyətlərində olsa da, faktiki cavabdehin istifadəsindədir və cavabdeh tərəfindən istifadə edlir. Özü sonradan ailə qurub Zərdab rayonu Alcanlı kəndində yaşadığı və payları müəyyən edilmədiyi üçün torpaqdan istədiyi kimi istifadə edə və sərəncam verə bilmir. Cavabdehə müraciət etsə də, məhkəmədən kənar qaydada paylarını müəyyənləşdirə bilməmişlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Torpağın Mülkiyyət Hüququna dair JN-0040 KOD 90509028 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 saylı qərarı ilə Cavabdeh, Musayeva Cəmiyyət Məhəmməd qızı, Musayeva (hazırda Əliyeva) Ayət Hacıbala qızı, Musayeva(hazırda Əsədova) Nigar Hacıbala qızı, X3 və X1 mülkiyyətinə Zərdab rayon Gödəkqobu kəndi ərazisində 5.50 ha pay torpaq sahəsi verilmişdir. İşdə olan Zərdab rayon Alıcanlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X2 arasında Zərdab rayon Alıcanlı kənd icra nümayəndəliyində xx.xx.2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 29-cü maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatından və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, torpaq islahatı zamanı iddiaçının, cavabdehin və onların digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 saylı qərarı ilə Torpağın Mülkiyyət Hüququna dair JN-0040 KOD 90509028 nömrəli Dövlət Aktına əsasən Zərdab rayon Gödəkqobu kəndi ərazisində 5.50 ha pay torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi iddiaçının və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçının payı müəyyən olunmamışdır. İddiaçı hazırda həmin torpaq sahəsində öz payının müəyyən edilməsini istəyir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq və sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, sözügedən torpaq sahəsi iddiaçının və onun digər ailə üzvlərinin birgə mülkiyyətində olduğundan iddiaçının həmin torpaq sahəsindən öz payını müəyyən edilməsini tələb emək, təkbaşına və ya başqaları ilə birlikdə öz payına sahib olmaq, ondan istifadə etmək və barəsində sərəncam vermək hüquqları vardır. Sözügedən torpaq sahəsi JN-0040 KOD 90509028 nömrəli olan Dövlət Aktına əsasən altı nəfərə ayrıldığı üçün iddiaçıların 1/6 hissədə payı müəyyən edilməklə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. JN-0040 KOD 90509028 nömrəli olan Dövlət Aktına əsasən iddiaçıya və onun digər ailə üzvlərinə birgə mülkiyyət hüququ əsasında məxsus olan Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən 5.50 ha pay torpaq sahəsində İddiaçı 1/6 (altıda bir) hissədə payı müəyyən edilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-578/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-578/2024
18.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver