Məhkəmə qərarları › İş №2(035)-613/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-613/2023

20.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-613/2023 20.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi X5 maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi) Həsənquliyev İlqam Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək anası X4 miras qalmış Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 1.19 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olmuşdur. X2 xx.xx.1980-cı ildə, anası X11 xx.xx.1997-ci ildə vəfat etmişdir. Mərhum anasından miras qalmış Zərdab rayonu, Yuxarı Seyidlər kəndində 1,19 ha torpaq sahəsindən bu günkü günə kimi özü istifadə edir. Anasından miras qalan 1.19 ha torpaq sahəsini qəbul etməyinə etiraz edə biləcək heç kim yoxdur. Anasının vəfatından, yəni miras açıldığı vaxtdan xeyli müddətdən artıq vaxt keçdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə 2023-cü il tarixli məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, anası X11 xx.xx.1997-ci ildə ölmüşdür. X13 rayonu Yuxarı Seyidlər kəndində Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1.19 ha torpaq sahəsi miras qalmışdır. Miras qoyanın, o da daxil olmaqla qardaşı X9, bacısı X6, qardaşı X15 və bacısı X3 ibarət 5 nəfər vərəsəsi vardır. Miras qalan əmlak onun tərəfindən faktiki olaraq miras kimi qəbul edilmişdir. Digər vərəsələr (qardaş və bacıları) miras qalan əmlakı onun tərəfindən miras kimi qəbul etməsinə razıdırlar. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçün mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0023 Kod 90504028 olan Dövlət Aktından görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə X7 Zərdab rayonu Yuxarı Seyidlər kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.19 ha torpaq sahəsi verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X11 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təkrar verilmiş doğum haqqında şəhadətnamənin notariat qayadad təsdiq olunmuş surətindən görünür, şəhadətnamənin sahibi Ərizəçi atası qrafasında atası kimi X8, anası qrafasında anası kimi X11 yazılmışdır. İşdə olan Zərdab rayon İHB-nin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 183 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1997-ci ildə vəfat etmiş anası X11 ölən günədək Zərdab rayonu Yuxarı Seyidlər kəndində yaşamış və onun oğlu xx.xx.1948-ci il təvəllüdlü X9, qızı xx.xx.1949-cu il təvəllüdlü X6, oğlu xx.xx.1951-ci il təvəllüdlü X15, qızı xx.xx.1954-cü il təvəllüdlü X10 və xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi ibarət vərəsələri qalmışdır. İşdə olan X10, X15, X6 və X9 tərəfindən məhkəməyə göndərilən teleqramlardan görünür ki, onlar anası X4 qalan miras əmlakı qardaşları Ərizəçi tərəfindən qəbul edilməsinə razı olduqlarını bildirmişlər. X1 miras qalmış 0.76 ha pay torpaq sahəsini qardaşı X17 tərəfindən miras kimi qəbul etməsinə razıdır və heç-bir ehtirazı yoxdur. Gələcəkdə bu barədə iddiası olmayacaqdır. İş materiallarında olan Zərdab rayon Dövlət Notariat Ofisi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 207 saylı məktubdan görünür ki, “Elektron Notariat” informasiya sistemində axtarış zamanı mərhum X4 miras qalmış heç bir miras əmlaklara dair vərəsəlik işi açılmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o, cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cü maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin anası X7 məxsus Zərdab rayonu Yuxarı Seyidlər kəndində Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1.19 ha torpaq sahəsi olmuşdur. X11 xx.xx.1997-ci ildə ölmüşdür. Miras qoyan sözügedən miras əmlakı heç kimə vəsiyyət etməmişdir. Miras qoyanın ərizəçi də daxil olmaqla 5 nəfər qanun üzrə birinci növbəli vərəsələri vardır. Vərəsələrdən hazırkı Ərizəçi mirası faktiki qəbul etmişdir. Digər vərəsələr nə faktiki, nə də ki, notariusa ərizə vermək yolu ilə mirası qəbul etməmişlər. Miras əmlak barəsində vərəsəlik işi açılmamışdır. Digər vərəsələr məhkəməyə teleqramlar göndərərək mirasın ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etməmişlər. Miras əmlak barədə hər hansı bir mübahisə yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, miras 1998-ci ildə açıldığından mirasın qəbul edilməsi məsələsinin həlli zamanı həmin dövrdə qüvvədə olmuş (1964-cü il redaksiyalı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddalarını rəhbər tutaraq hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli və sözügedən mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X4 miras qalmış Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarına əsasən Zərdab rayonu Yuxarı Seyidlər kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1.19 ha torpaq sahəsinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar