Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-643/2024 08.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsinə 08 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında rəsmi olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsini və X2 həvalə olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsinin prosessual forma və məzmununa riayət edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı üçün onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddiaçı ərizəni tərtib edərkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, iddiaçı cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətini əlavə etməmiş, iddia tələbində əmək müqaviləsinin ləğv edilməsini və iddia ərizəsinin xahiş etdi hissəsində isə əmək müqaviləsinə xitam verilməsi üçün X2 həvalə olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdehlərə çatacaq sayda iddia ərizəsinin surəti əlavə edilmədiyi üçün, həmçinin əmək müqaviləsinin ləğv edilməsi və əmək müqaviləsinə xitam verilməsinə X2 həvalə olunması ümumi məhkəmələr aid olmadığı üçün iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya qeyd olunan qüsurları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin surəti cavabdehlərin və üçüncü şəxslərin sayına görə (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddələrinə əsasən ərizədə iddiaçı və ya ərizəçinin tələbləri və onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Məhkəmə hesab edir ki, iddia ərizənin prosessual formasına və məzmununa riayət edilmədiyi və iddia ərizəsininsurətlərini tərəflərə çatacaq sayda işə əlavə edilmədiyi, həmçinin iddia ərizəsində iddiaçının tələbi aydın şəkildə göstərilmədiyi üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-643/2024
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-643/2024
08.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver